Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Tapdığı pulu haramdan halala çevirən kəndli və vicdanlı uşaq

Tarix:2-05-2018, 10:02 Baxış Sayı:220

Tapdığı pulu haramdan halala çevirən kəndli və vicdanlı uşaq

Tapılan itiyi qaytarmağın vicdan məsələsi olduğu mövzusunda olan bu söhbəti təxminən 17-18 il öncə də yazmışam (Bunu ona görə yazıram ki, birdən hansısa yaddaşı iti oxucum xatırlayar və mənə irad tutar).

Hadisə ötən əsrin əvvəllərində bizim kənddə baş verib. Kəndimizdən olan bir ağsaqqal pay-piyada örüşə, əkinə-biçinə gedirmiş. Asta-asta gedərkən arxadan üç atlı gəlib ona çatır, salam verir. Ağsaqqal onları tanımır, amma təxmin edir ki, qonşu kənddəndirlər, bazara alış-verişə gedirlər. Atlılar ağsaqqaldan 40-50 metr aralananda kişi fərq edir ki, onlardan birinin cübindən nəsə düşdü. Kişi gəlib həmin yerə çatır, yerə düşən şeyi qaldırır, baxır ki, pul kisəsidir və içi doludur, qızıl pul da var, gümüş pul da.

Ağsaqqal vicdanlı, imanlı adam imiş, başa düşür ki, o pulu yiyəsinə qaytarmalıdır, qaytarmasa haram pul sayılar.

Eyni zamanda kişi çox kasıb imiş, anlayır ki, bu kisədə onun birillik ruzisi var, necə deyərlər, Allah qismətini yetirib. Bəs nə etsin, necə eləsin ki, həm haram pul yediyi üçün vicdanı sızlamasın, həm də tapdığı pul əlindən çıxmasın. Kişi fikirləşməkdəykən, atlılar 150-200 metr də aralanırlar.

Kişi oxumuş adamlardan, mollalardan eşidibmiş ki, bir adam nəsə tapanda üç dəfə “belə bir şey tapmışam, kimindir” deyib səslənməlidir, yiyəsi çıxmasa, artıq tapdığı şey onun halalıdır.

Ağsaqqal çıxış yolu tapır, artıq 3-4 yüz metr aralanmış atlıları səsləyir: “Eeey, atlılar, bir dayanın”. Atlılar arxadan səs gəldiyini eşidib atlarının başını çəkir, dayanırlar. Kişi yavaşca, özünün eşidəcəyi səslə deyir: “Bu torba sizdən düşdü”. 3-4 yüz metr o tərəfdəki atlılar ağsaqqaldan səs gəlmədiyini görüb, yollarına davam edirlər. Ağsaqqal onları bir dəfə də çağırır. Yenə dayanırlar. Yenə eyni şey. Bu hadisə üçüncü dəfə də təkrarlanandan sonra atlılar geridə qışqıran səy kişiyə məhəl qoymadan çapıb gedirlər. Kişi də pul kisəsini boxçasına qoyub, “hə, artıq halal oldu” deyə gedir örüşə.

Bu hadisə Tovuzda məktəblinin tapdığı pulu yiyəsinə qaytarmasına dair xəbər və şərhləri oxuyanda yadıma düşdü.

Belə informasiyalar vardı ki, pul yiyəsi uşağa mükafat verməyib. Sonra yazdılar ki, yox, pulu itən xanım uşağa bir miqdar pul vermək istəyib, amma uşaq götürməyib. Daha sonra belə şərhlər yazanlar da oldu ki, pul yiyəsi vicdanlı uşağa pul verməyə borclu deyildi.

Düzdür, yazılı qanunlarda elə bir şey yoxdur ki, birinin bir şeyi itəndə və tapan adam onu qaytaranda mütləq zərərə düşmək üzrə olan şəxs vicdanlı adama mükafat verməlidir.

Ancaq elə də deyil. Bir adam vicdanlı hərəkət edibsə, ona qarşı da mütləq vicdanlı hərəkət edilməlidir. Belə olanda hər kəs bilir ki, vicdanlı olmaqla da nəsə qazanmaq olar. Haramxorluğun, vicdansızlığın tüğyan etdiyi ölkəmizdə bu çox önəmlidir.

Bəlkə də tovuzlu uşaq bizim kəndçimiz kimi uzun illər kasıblıq, maddi sıxıntı çəkmiş, həyatın hər üzünü görmüş olsaydı, o qədər də vicdanlı olmaz, tapdığı pulu qaytarmaz, gətirib atasına verərdi. Ancaq o uşaq safdır, təmizdir, anlayır ki, bu pul onun deyil, başqasınındır, demək, sahibinə verilməlidir. Bir də o uşağın yerində başqası, uzun illər boyunca yığdığı pul-parası min cür fitnə-fellə əlindən alınmış, 5 sot torpağa görə rüşvət vermiş, becərdiyi məhsulu dəyər-dəyməzinə satmağa məcbur olmuş, öz haqqını almaq üçün məmur qapılarında boynubükük durmuş biri olsaydı, tapdığı pulu qaytarardımı? Əsla qaytarmazdı. Hətta o, atlıları səsləyib vicdanını rahatladan kəndçimiz kimi də etməzdi, tapdığını cibinə basıb hadisə yerindən elə uzaqlaşardı ki, izi-tozu qalmazdı.

Bir dəfə “20 Yanvar” dairəsində elə bir hadisəyə rast oldum. Bir oğlan cipinin “podnojka”sına qalxıb səsləndi: “Ay camaat, indicə bir portmanat tapmışam, kimindir?” Dərhal yeddi-səkkiz adam “mənimdir” dedi. Oğlan dedi, elə şey yoxdur, bir portmanat yeddi adamın ola bilməz, kim bu pulqabının içindəki pulun miqdarını və hansı əskinaslardan ibarət olduğunu deyəcək, portmanatı ona verəcəm.

Tələsirdim, metroya düşməliydim, ta bilmədim, o vicdanlı oğlan pulu əsl sahibinə qaytardı, ya  yox.

Dediyim odur ki, vicdanlı adamlar var və həmişə olacaq. Sadəcə, başqaları kütləvi şəkildə vicdansızlıq edəndə və qınanmayanda, vicdanlı olmaq əhəmiyyətsiz olur, axmaqlıq kimi görünür.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL