Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Brut, sən də?

Tarix:15-05-2018, 12:03 Baxış Sayı:276

Brut, sən də?

Natiq Ədilov

Aslan İsmayılovun siyasətçi, hüquqşünas və ziyalı ola bilməməklik elminin sirrləri

Axır ki, Aslan İsmayılovun da zamanı çatdı. Müxalifətə qarşı kampaniyaya o da qoşuldu və və ya qoşdular. Aslan bəy müxalifəti “25 il ərzində heç bir islahata, dəyişikliyə nail ola bilməməkdə” qınayıb. Bununla da son 25 ilin məşəqqətli nəticələrinə görə məsuliyyəti öz aləmində Əliyevlərin çiynindən götürüb qoyub müxalifətin çiyninə. Aslan bəy bilmir ki, 25 ildə islahat aparmaq iqtidarın işi idi? Bilmir ki, 25 ildə yalnız oğrular və korrupsionerlər “nələrəsə” nail olub? Bütün dürüst adamlar isə bu ölkədə nələrinisə itirib?Ailə diktaturasının hökm sürdüyü ölkədə islahatların olmamasına görə bu qədər siyasi məhbusu olan, bu qədər itkilər vermiş müxalifəti qınamaq sadəcə səhv deyil axı. Məqsədli şəkildə xalqı aldatmaq istəyidir.

Aslan bəy cavab verə bilərmi mənim sualıma: Özbəkistanda, Türkmənistanda da dəyişikliklərin qabağını Əli Kərimli ilə Cəmil Həsənli alıb? Bu şərtlər altında sivil üsullarla nələrsə etmək mümkün idisə, nəyə görə Vəkillər Kollegiyasındakı yerini mübarizə ilə geri ala bilməyib? Sizin məntiqlə özü-özünə vəkillik edə bilməyən birinin başqalarına vəkillik etmək fikrinə düşməyə haqqı varmı?

Hər seçkidən sonra elan edirdiz ki, seçildim, mandat almağıma imkan vermədilər. Niyə parlament seçkilərində qələbələrinizi heç vaxt rəsmiləşdirə bilmədiniz? Yalnız zorun hakim olduğu ölkədə belə əsassız qınaqlarla müxalifətə az da olsa zərbə vurmaqla rejimin işinə yaradığınız aydın deyilmi?
Aslan İsmayılov müxalifəti “bu günkü hakimiyyətin formalaşmasında müstəsna roluna” görə tənqid edib. Gülməyin, belə də yazıb. 1993-cü ilin iyun çevrilişi günlərində Heydər Əliyevi müdafiə etmək üçün dəridən –qabıqdan çıxan, Heydər Əliyevə görə Əliyev əleyhdarlarına olmazın sözünü deyən bir şəxs utanmadan müxalifəti indiki hakimiyyətin formalaşmasında roluna görə tənqid edir.

Xub, tutaq ki, Əbülfəz Elçibəyin Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsini başqa cür yozdun. Hərçənd, rəhmətlik sağlığında bu dəvəti yetərincə izah edib. Çevrilişçilərə qarşı Heydər Əliyevlə koalisiya qurmaq istədiyini, prezidentlik vəzifəsini isə qətiyyən ona vermək istəmədiyini dönə-dönə izah edib. Axı o zaman 1-2 ay öncə dövlət katibi təyin olunmuş Əli Kərimlinin Heydər Əliyevin Bakıya dəvət olunmasına qarşı olduğunu bütün vicdanlı adamlar bilir axı. Bütün bunları bilə-bilə məlumatsız gəncləri çaşdırmaq, müxalifətə şər atmaq 60 yaşlı bir adama heç yaraşmaz.

Yaş demişkən, necə olur ki, siz öz 60 yaşınızda hamıya dərs keçmək, hər şeyi hamıdan yaxşı bilmək iddiasına düşürsüz, ancaq sizdən 7-8 il cavan Əli Kərimlinin artıq vaxtının keçdiyini elan edirsiz? Bilirsiz ki, sizin istiqamət verdiyiniz “yeni qüvvələrin” əksəriyyəti elə Əli Kərimli ilə eyni nəslin adamlarıdır (bu yepyenilərin içində Əli bəydən yaşca böyüklər də var)? Onlar vaxtında tələbə hərəkatı lideri ola bilmədiklərindən, xalq hərəkartında iştirak etmədiklərindən, ömürlərini Əliyevlərlə mübarizədə çürütmədiklərindən “yeni”, “gənc” qalıblar?

Ümumiyyətlə, bu yaş söhbəti gülünc deyilmi? Azərbaycan xalqı 2013-cü ildə indi hədəf seçdiyiniz Cəmil Həsənliyə səs vermədimi? Qonşu İranda Yaşıl inqilabın liderlərinin yaşı 68 və 72 deyildimi? Türkiyədə ana müxalifət lideri Kamal Qılıcdaroğlu 70 yaşının içində deyilmi? 72 yaşlı Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasından rejim qorxuya düşməmişdi? Onun qarşısını İlham Əliyev Putinlə birlikdə almadımı? 1993-cü ildə hakimiyyətə çevrilişlə gəlişini dəstəklədiyiniz Heydər Əliyev o zaman 70 yaşını arxada qoymamışdımı?

Aslan bəy, sizi danışdıran təkcə yaxın olduğunuz Paşayevlər klanı deyil. Həm də sizin şəxsi paxıllığınızdır. Sizin siyasi lider olmaq arzunuz olub, bacarmamısınız, bacaranlara paxıllıqdan düşmən kəsilmisiniz. Sizin yaxşı hüquqşünas olmaq arzunuz olub, alınmayıb, bəli, siz “iş görən” vəkil ola bilmisiniz, ancaq hüquq əhli sizi heç vaxt yaxşı hüquqşünas saymayıb, ona görə də ölkənin bütün peşəkar hüquqşünaslarına düşmən kəsilmisiniz. Sizin hörmətli ziyalı olmaq arzunuz olub, ancaq yetərincə müdrük, alicənab ola bilmədiyinizdən bu da sizdə alınmayıb. Hörmətli ziyalılarla yola getməməyiniz də burdan doğur.

Ancaq sosial şəbəkə fəalı, bloqçu olmaq sizdə alınıb, sosial mövzuları yaxşı işləyirsiniz. Sizin Onkoloji mərkəzlə, AZAL-la apardığınız mübarizəni hətta mən də dəstəkləyirəm. Hərçənd ki, AZAL-la mübarizənin də, Onkoloji mərkəzlə mübarizənin də arxasındakı motivin hakimiyyət daxilindəki klanlardan birinin digərini vurması olduğunu hamımız bilirik, ancaq həmin rüşvət yuvalarını vurun, sizinki belə xırda işlərdir. Siyasət, başqalarına yol göstərmək isə sizdə alınmaz. Boşuna cəhd etməyin. Siyasətdə uğur qazanmanın 1-ci şərti müstəqillikdir. Siz isə müstəqil deyilsiz. Hətta Əli Həsənovla davanız da öz təşəbbüsünüz deyil. Çox şükürlər olsun ki, xalqımız ayıq və məlumatlıdır. Reklamla böyütdüyünüz səhifəyə də çox güvənməyin. Hökumətin əlində bir milyon və daha çox adamın bəyəndiyi səhifələr də var. Nə edə bilirlər? Sizin o böyük səhifənin də 3-4 yazılıq canı var. Mənim yazıma görə üzv olduğum partiyanı və Milli Şuranı da şantaj etməyin. Bu dəfə pis ilişmisiz. Sizə söz verirəm, lazım olsa, hətta partiyadan, Milli Şuradan da çıxaram, ancaq siz müxalifəti gözdən salmaqdan əl çəkib, sosial mövzularınıza qayıtmayınca, mən də bildiklərimi xalqımızla bölüşməkdə davam edəcəm.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL