29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Vəfa Məmmədova: “Çətin ki, bu siyahıda İlqar da olsun…”
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı əfv sərəncamının verilməsinə sayılı günlər qalır.
Heç şübhəsiz ki, ictimaiyyətin əsas diqqət mərkəzində məşhur məhbuslardır. REAL sədri İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, NİDA-çı gənc İlkin Rüstəmzadə, AXCP-dən Asif Yusifli, Seymur Həzi, Məmməd İbrahim və digər siyasilərin, eləcə də ömürlük məhbuslardan kimlərin əfv siyahısında olub-olmayacağı barədə müxtəlif fikirlər var.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlamasında müsbət qərarlar qəbul etdiklərini söylədi: “Əfv siyahısında kimlərin adının olması birbaşa cənab prezidentin səlahiyyətinə aiddir. Siyahıda müxtəlif kateqoriyalardan olan insanlar var. Müraciətlərə baxılarkən öncəliklə mərhəmət, humanizm prinsipləri əsas götürülüb. Məhbuslar tərəfindən edilən müraciətlərdə bir çox amillər nəzərə alınıb. Məhbusun şəxsiyyəti, səhhətinin vəziyyəti, etdiyi cinayətin nəticələrinə münasibət, islaha meylli, davranışları, ailəsinin durumu, zərərçəkmişin mövqeyi, zərərçəkmişlə məhbusun barışıb-barışmadığı, dəymiş ziyanın ödənilib-ödənilməməsi, dövlətin milli təhlükəsizlik maraqları kimi amillər əsas götürülüb. Balanslar qorunmaqla rəy hazırlanıb və qərar qəbul olunub. Son qərar cənab prezidentə məxsusdur”.

Ə.Nuriyev dedi ki, ömürlük məhbuslarla bağlı məsələdə cəzanın müddəti şübhəsiz ki, burada mühüm rol oynayır:“Burada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Hər bir müraciət hərtərəfli araşdırılıb. Cəzanın 25 ilini başa vurmuş, son beş ildə qüsursuz davranış nümayiş etdirmiş şəxslərlə bağlı vaxtından əvvəl şərti cəza tətbiq edilə bilər. Bildiyim qədəri ilə indiyə qədər 6 nəfər cəzasının 25 ilini başa vurub. Çox güman ki, həmin şəxslərlə bağlı məhkəmələrə müraciətlər olunacaq. Məhkəmələr də bu müraciətlərə baxıb müvafiq qərarlar qəbul edə bilərlər. Üzümüzə gələn əfvin hansı gündə veriləcəyi barədə nəsə demək çox çətindir. Çünki bu hüquq da birbaşa cənab prezidentin səlahiyyətlərinə aiddir. Ola bilər ki, bu həftə ərzində əfv olsun, bunu istisna etməzdim”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əfvlə bağlı məhbusların kateqoriyalara ayrılmasının əleyhinədir: “Əgər ölkəmizdə ədalətli məhkəmələr olsa, güclü vəkillər fəaliyyət göstərsə, o zaman məhbusları kateqoriyalara ayırardım. Ədalətsiz şəkildə həbs edilənlər də az deyil. İstənilən halda azad edilən hər bir məhbusun adına sevinmək lazımdır. Çünki burada ailələrin sevincini unutmaq olmaz. Hazırda Azərbaycanın imici beynəlxalq aləmdə elə də yaxşı deyil. Bu vəziyyətin böyümə ehtimalları var. Azərbaycanda siyasi motivlərlə həbs edilən insanların olduğu danılmaz bir faktdır. Belə insanların azad edilməsi vacibdir. Ölkənin gələcək inkişafı, imici üçün mütləq bunlar nəzərə alınmalıdır. Siyasi məhbus siyahılarına çoxsaylı şəxslərin adlarının salındığı da bir acı reallıqdır. Çox istərdim ki, Gözəl Bayramlı başda olmaqla, qadın məhbuslarımız, bloggerlər, jurnalistlər azad olunsunlar. Ömürlük məhbuslar mütləq mənada azad edilməlidir. Bilmək olmur ki, onların nə qədər ömrü qalıb. Xəstə məhkumlar da nəzərə alınmalıdır”.
İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə ümidsizdir: “Çətin ki, bu siyahıda İlqar da olsun. Əgər möcüzə baş verərsə, sevinərik”.