Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Bugünkü yazımı 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr eləmək, respublikamızda yaşayan və hələ xoşbəxt gələcəklərindən xəbərsiz şəkildə burunlarının fırtığını qollarına silən balacaları qutlamaq, onlara yaltaq həyat, yalanla çörək qazanmaq, ev yıxmaq, oğurluq eləmək, ağsaqqal-ağbirçək öyüdlərinə qulaq asmaq, o cümlədən “Qaşın-şou”, “Maşın-şou”, “Pişim-şou” (bu cür təhrifedici, sarsıdıcı sarkazm, yandırıcı ironiya ilə dolu adlar quraşdırmağı xalq yazıçımız Anar müəllimdən öyrənmişəm; məsələn, onun satirik qəhrəmanları adətən Qarın Qutaboviç, Şakir Şəkəroviç, nə bilim, Pomidor Xiyarov kimi fantastik adlar daşıyır – bu adları xarici dillərə tərcümə eləmək çətinlik törətdiyi üçün AYB sədri indiyə qədər Nobel, Oskar, Kann, Mister Kainat ödüllərini ala bilməmişdir) kimi verilişlərin tərbiyəsi altında pərvazlanmağı arzulayacaqdım. Ancaq deyir sən saydığını say, gör Zidan nə sayır. “Real” Madrid futbol komandasının baş məşqçisi Zinəddin müəllimi nəzərdə tuturam. Dünən qəfildən götürüb vəzifədən istefa vermişdir. Şoka düşdük. Məncə onun başı xarabdır.
Əslində Zidanın səy olması hələ vaxtilə italyan futbolçu Materazi-nin təxribatına uyaraq ona kəllə atmasından bilinirdi. Nədi-nədi Materazi bunun ana-bacısına söyübdür. Tolerant olmaq, söyüşü peysərə vermək, oyunu davam etdirmək lazım idi. Əvəzində nə oldu? Hakim Zidanı o hərəkətinə görə meydandan qovdu, fransızlar isə deyəsən uduzdular – yadımda yaxşı qalmayıb. Halbuki, dünyada millətlər vardır nəinki söyüşü, az qala torpağının yarısını itirməyi boyun nahiyəsinə ezam edərək asudə, sərbəst, müstəqil, sabit şəkildə yaşayır. Nəyə lazımdır kəllə atmaq? Qazanmaq, qələbə o qədər əhəmiyyət daşımır. Əsas iştirakdır, yarışın özüdür. Oyunda Materazi ilə atəşkəs bağla, sonra duş otağında pis yerinə təpik qoyub qaç. Heç kim də görməsin.
Zidanın indiki hərəkəti isə ümumiyyətlə ağlasığmazdır. Təsəvvür edin ki, dünya futbolunda ən prestijli iki ödül varsa bunun biri Çempionlar Liqasının qalibi olmaqdır. (O biri də zənn edirəm dünya çempionu olmaqdır, bizim Azərbaycan millisi Berti Fokusun rəhbərliyi altında bir neçə dəfə dünya çempionu olmuşdu, bunun da sonrası yadımdan çıxıbdır. Ümumiyyətlə, bizim komanda bir neçə dəfə dünya çempionu olandan sonra daha məndə futbola maraq qalmamışdır, heç bir oyuna baxmıram). Həmin “Real” Madrid komandası isə son 3 ildə dalbadal 3 dəfə Çempionlar Liqasının qalibi olmaqla dünya rekorduna imza atmışdır. Elə bir rekorddur ki, bunun bəlkə yaxın 50 ildə hansısa başqa komanda tərəfindən təkrar olunacağına kimsə inanmır. Hələ mən Çempionlar Liqasını yazdım, “Real”ın Zidanın başçılığı altında İspaniya çempionatında, başqa turnirlərdə qazandığı medalların, kubokların da sayı-hesabı itmişdir. Bu cür vəziyyətdə isə sən götürüb istefa verirsən, dünyaya pis örnək olursan.
Özü də bu Zidan deyəsən Əlcəzair əsilli, müsəlman bir fransızdır. Müsəlman dünyası isə ömürlük vəzifə tutan padşahlar, krallar, prezidentlərlə doludur. Heç bir qələbəsi olmayan adamlardır, lakin xalq sevir, xalq ətraflarında sıx birləşir deyə istefa vermək istəmirlər. (Bəlkə ürəklərindən keçənlər olur, ancaq yazdığım kimi, xalqın sıxlığı arasından çıxıb istefaya getmək imkansızdır). Camaat uduza-uduza vəzifədən getmir, sən isə uda-uda gedirsən. Dəli deyil, bəs nədir?
Rəhmətliyin oğlu, bəyəm pis olardı ki, qohum-əqrəbanı, Əlcəzair dərələrində-filanda acından qum yeyənləri gətirib “Real”da işə düzəldəsən, Madriddə hərəsinə bir dükan açasan? Heç olmazsa Parisdə Eyfel qülləsinin axranasına bibioğlunu düzəltmək olmazdımı? Ayıb olsun. Müsəlman buna görə qabağa getmir e. Bir nəfər inkişaf edib qabağa çıxanda uğurlardan başı gicəllənir, çaşır, yolunu azır, istefa verir…
Adam qorxur bu pis hərəkət bütün müsəlman aləminə yayılar. Kaş yalan çıxsın. Son vaxtlar belə şeylər də yayılıbdır. Görürsən jurnalisti öldürürlər, ancaq xortdayıb brifinqə qatılır. Bazardan göycə alırsan, evdə alça çıxır. Pensiyaları artırırlar, deputatlardan başqa heç kimin cibi dolmur. Ümid edək. Hələ də mən qəlbimin dərin guşələrində Zidanın istefasına şübhə ilə yanaşıram.