Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Hər şeyin sonu ölümdürsə…

Tarix:7-06-2018, 10:21 Baxış Sayı:314

Hər şeyin sonu ölümdürsə…

Yalçın İmanov

Bugünlərdə daha bir hakim ömrünü bizə bağışladı. Gündəlik nəzər saldığım saytların birində getmiş bu xəbər hər dəqiqə yenilənən xəbər lentində gözdən-könüldən iraq bir yerdə yerləşdirilmişdi. O xəbər lenti ki, xəbər bolluğu ilə gün ərzində sürətlə aşağı sürüşür, az sonra heç axtardığın məlumatı da rahatlıqla tapa bilmirsən.

Bu hakimin sədrliyi ilə çoxlu məhkəmə proseslərim olmuşdu. Bu proseslərin mühüm hissəsi məhkəmə nəzarəti qaydasında verilən şikayətləriydi. Bilməyənlər üçün deyim, məhkəmə nəzarəti qaydasında verilən şikayətlər işə mahiyyəti üzrə baxılması ilə bağlı deyil, ibtidai istintaqda, məhkəməyə qədərəki dövrdə baş vermis qanun pozuntularıyla əlaqəli müraciətlərdir. Çalışıram dəqiq xatırlayam, yaddaşım məni aldatmırsa, onun sədrliyi ilə keçən bütün proseslərdə verdiyim saysız-hesabsız şikayətlərin biri də olsun təmin edilməmişdi. İşə bax ey, heç bir dənəsi də! Baxmayaraq ki, ortalıqda çox ciddi, əsaslı hüquq pozuntuları varıydı.

İndi söhbətin heç mövzusu da bu deyil.

Kiminsə çoxdan oxuduğum fikridir, məzmunu təxminən belədir, bir halda ki, bu dünyada ölüm var, onda bu dünyanın heç bir zülmünə, zillətinə, şərinə (bu kontekstdə qanunsuz sifarişinə) baş əyməyin mənası yoxdur. Əgər bunun tərsi olsaydı, yəni, həyat əbədi, daimi olsaydı, onda bu baş əyməyin, barışmağın, reverans etməyin bir mənası, məntiqi, anlamı olardı.

Yəni, həyatın ötəriliyi dəyərlərə tapınmağın və ondan sonsuz ilham almağın yeganə stimulu, qaynağıdı! Yəni, belə bir həyata meydan oxuya-oxuya, onda əbədi qalmağa ümid eləmək olar. Belə bir tərsmütənasiblik!

Vəkillik fəaliyyətimin son işlərindən biriydi, narkotiklə şərlənmiş bir fəalın qanunsuz həbsindən verdiyim apelyasiya şikayətinə baxılırdı. Bütün məhkəmə zallarında proses getdiyindən, boş yer tapa bilməyib, zorən iclası apelyasiya məhkəməsinin birinci mərtəbəsindəki prokurorlar üçün nəzərdə tutulmuş otaqda keçirirdik. Təkcə bu faktın özü kifayət edirdi ki, şikayət təmin edilməyəcək. Ancaq yenə də, dəli inam, hər şeyin dibinə, kökünə çatmaq ehtirası!

Uzunmüddətli həbsin ani şokundan həddən ziyadə gərgin və niyəsə pərt halda prokurorların balaca otağındakı qapı ağzında ayaqüstə, konvoyların əhatəsində dayanmış müdafiə etdiyim şəxs narkotikin cibinə polis idarəsinə atıldığını deyirdi, məhkəmə heyətinə danılmaz, inkarı qeyri-mümkün edən ağlabatan sübutlar gətirirdi. Onun narkotik alqı-satqısı ilə məşğul olanlara xas olmayan aydın duruşu və təbii davranışı işdən xəbərsiz olan adamda da günahsız olduğuna qəti və səmimi əminlik yaradırdi. İndi, haqq dünyasında olan qəhrəmanımız, qəfildən, günahsızlıq hissinin hakim kəsildiyi sakit və sirli pauzaya büsbütün aşkar zidd və yersiz ironiyayla “ciblərini tikərdin dəəə!” deyib, anlaşılmaz şəkildə qımışdı, qarşısındakı masanın üstündəki cinayət işinin qovluğunu bir balaca yuxarı qaldırıb, saymazyana ədayla azca kənara, yenə masının üstünə tulladı.

Buna hüquqda “konkludent işarə” deyirlər, Yəni, bitdi, heç nə, çox danışıb, zəhləmi tökməyin, onsuz da heç bir mənası yoxdur…

Bu, o vaxtlarıydı ki, həmin hakim mübtəla olduğu xəstəlikdən davamlı müalicə olunurdu (bunu mən də bilirdim və şikayətin təmin olunacağına ağılsız inamın əsas kökü də elə bundan qaynaqlanırdı), bir az ləng jestlərindən həkim məsləhəti və müayinə prosedurlarına dəqiq riayət etdiyi əlbəəl hiss olunurdu, ancaq buna baxmayaraq, görünən oydu ki, xəstəlik onu tamam zəiflədib, əldən salmışdı.

İlahi məntiq (və tutduğu post) məhz bu anda onun məsələlərə, başqa insanların taleyinə, əzablarına, problemlərinə daha həssas, daha mərhəmətli (qanunauyğun) yanaşmasını diqtə edirdi. Çünki adamın bir balaca canı ağrıyanda, başqasının canının ağrımasını daha kəskin hiss edir, adam özü ədalətsizliyə, şərə uğrayanda, ədalətsizliyin, şərin necə murdar, iyrənc bir şey olduğunun fərqinə daha dərindən varır. Axı, biz canlı varlıqlarıq, ətrafımızda baş verən hər şeyi özümüzdən keçirib, ona ad veririk, özümüzə münasibətdən başqalarına münasibəti müəyyən edirik. Bu, kainatın görünməz metafizik bağlantısıdı, bunsuz heç olmur!

Amma, belə görünür, hər şey bunca sadə, təbii və məntiqli deyilmiş! İnsan qəlbinin gizli guşələrində baş verən mürəkkəb, ziddiyyətli proseslər hər zaman başqa bir formada qarşımıza çıxıb, tərtəzəymiş kimi adami diksindirib, təəccübləndirəcək.

İndi əvvələ qayıdıram, bir halda ki, bu həyatın sonu labüd, qaçılmaz ölümdürsə, onda, bu zülüm-zillətin, şərin qarşısında baş əyib, ona təzim etməyin nə mənası?! Yox, əgər varsa, o hansı mənadır? Kimsə bunu mənə deyə, izah edə bilərmi? Yoxdursa, bəs onda bu nə parodoks izaholunmazlıqdır? Bir halda ki, ölüm adında cari, amma sərt bir reallıq ortalıqdadır, onda bu nə hay-həşirdir? Əgər ölərilik varsa, əbədiliyə iddialı və bəzən xəstəhal səviyyədə özünüdüşünmə, özünüqoruma instiktini, suyu üfürə-üfürə içmə vərdişini hara, necə yozaq, kimin və nəyin ayağına yazaq?

…Lənət şeytana, cənab hakim, dəyərdimi bütün bunlara?!

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL