Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
İlham Hüseyn
Azərbaycan hakimiyyəti bütün bu illər ərzində xalqın təfəkkürün xəstləndirmək uğrunda mübarizə aparıb. Əmin olublar ki, toplumun düzgün analiz etmək, həqiqətləri üzə çıxarmaq, düyünlü yalanları açmaq potensialı yoxdur. Ona görə də yalanlarına ayaq geyindirərək, ölkənin dörd tərəfinə addımlayıblar.
Vətəndaşa neftin gəlirin deyil, neft sazişin göstəriblər. Qazın təzyiqini deyil, qaz kəmərini göstəriblər. Təhsilin keyfiyyətini deyil, məktəb binasının tikintisini nümayiş etdiriblər. Tibbin nəaliyyətini yox, dəbdəbəli xəstəxana binasını təqdim ediblər. Məhkəmənin ədalətini deyil, yüksək təmirli məhkəmə binalarını üzə çıxarıblar. Torpaqların işğaldan azad edilməsiylə yox, hansısa təpənin ələ keçirilməsiylə “qəhrəman” olduqlarını tirajlayıblar.
Bəli, bütün “inkişaf göstəriciləri” xalqın aşağılanması fonunda zühur edib. Və bu proses sürətlə davam edir. “Formula-1” yarışını, “Avropa oyunları”nı, biznes forumları, multikulturalizmlə bağlı tədbirləri vətəndaşa “analoqsuz inkişaf” kimi sırayıblar. Əlbəttə, ölkədə beynəlxalq yarışların keçirilməsi müsbət haldır. Amma bu tədbirlər büdcənin soyqırımına, vətəndaşın haqqının oğurlanmasına, dünyanı aldatmağa xidmət edirsə, qətiyyən sevindirici deyil. Vətəndaşın sahib olacağı evi yoxdursa, ölkənin hansısa beynəlxalq yarışa ev sahibliyi etməsinin nə önəmi var? Ölkədə qanunlar oyuncağa çevrilibsə, “Avropa oyunları”nın hansı xeyirindən danışmaq olar? İnsanlar sürətlə ölkəni tərk edirsə, sürətli “Formula-1” yarışlarının keçirilməsi hansı dividenti qazandıra bilər?
İndi də analoqsuz inkişafın göstəricisi kimi Çelsi-Arsenal oyununun Azərbaycanda keçirilməsini gözümüzə soxurlar. Ölkənin qapısına hər gün tənəzzül “qol” vurursa, Olimpiya stadionunda vurulan qoldan necə feyziyab olar? Ölkə elə bir dalana salınıb ki, heç bir beynəlxalq tədbir, heç bir forum və festival dövlətin maraqlarına xidmət edə bilmir. Bizə gecə-gündüz göstərilənlərin adı dövlətin, dadı hökumətindir. Bir ölkədə istənilən adamı şərləmək mümkündürsə, bir ölkədə qanun dələduzların girovudursa, həmin ölkəyə göydən qızıl yağsa da nəticə sıfırdı.
Bir sözlə, hakimiyyət xalqın tortun əlindən alır və əvəzində konfet təqdim edir. Tortdan məhrum olmuş adamlara konfetlə təsəlli vermək “bacarıq”ına sahibdilər. Zaman isə göstərir ki, tortu konfetə dəyişənlərin ağzı şirin ola bilmir.
Ona görə də xalq ortaya elə bir iradə tortu qoymalıdır ki, heç kim ona keyfiyyətsiz konfet təqdim etmək xəyalına düşməsin.
Hələki “biz tortu yeyək, siz konfetə şükr eləyin” deyirlər. Ağzımızın dadın bilək ki, taleyimizin mədəsi xarab olmasın. Konfetlə təsəlli tapmaq təhlükəlidir.