Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Tənəzzül yox, tərəqqi dəyişikliyi naminə
İlham Hüseyn
Azərbaycanda uzun illərdi xeyir və şər arasında savaş gedir. Bu illər ərzində çox “qanlı döyüşlər” olub, ağır məhrumiyyətlər yaşanıb və bu gün də yaşanmaqdadı. Təbii ki, şərə təslim olanlar, xeyiri arxadan baltalayanlar, əqidəsini satışa çıxaranlar, mənliyini qılıncdan keçirənlər də olub. İndi 2019-cu ilin iyul ayıdı və 26 illik savaşdan sonra səngərdə qalanları hamı görür. Artıq hər şey şəffafdır və vicdanı özünə hakim seçnlər reallığı dana bilməz. Bu ölkədə ən çox məhrumiyyət yaşayan, amma bir an da geri çəkilməyən və bugün də mübarizəni davam etdirən qüvvə var. Hansıki, bu qüvvə döyüş şəraitində təşkilatlana bilib, böyüyüb və prinsiplərdən qalxan düzəldib. Bu ölkədə dəyişikliyi ən çox istəyən qüvvə AXCP-dir ki, hökumətin də ən böyük təzyiqi ona yönəlib. Ən çox ifşa edən AXCP-dir ki, ən sərt münasibət ona sərgilənir. Bu qədər əli-qolu bağlı olmasına rəğmən mitinqlər təşkil edən, hökuməti geri addım atmağa məcbur qoyan, ölkənin Şimali Koreya olmasına imkan verməyən də bu adamlardı. Artıq hökumət bu qüvvəylə açıq savaşa girib. Cəbhəçilərin toy etməsinə, işləməsinə, iclas keçirməsinə də imkan verilmir. Minlərlə troll bu qüvvəyə qarşı səfərbər olub, telekanallar hər gün bu adamlara çamur atır. Amma nə həbsdəki, nə də bayırdakı cəbhəçi ruhdan düşmür, yorulmur, geri çəkilmir.
İndi siz deyin, bu adamlara qarşı savaş açmaq hansı əxlaqın, hansı mənəviyyatın, hansı vicdanın məhsuludu? Həyatını ümummilli maraqlar üçün şam kimi əridənlərə necə şər atmaq olar? Hökumətlə həmrəylik nümayiş etdirməyin açıqlaması nədir?
İllərlə məhrumiyyətlər içində yaşayan cəbhəçi mühacirətə gedə bilməzdi, hökumətlə anlaşıb, komfort əldə edə bilməzdi? Dünən yumurtadan çıxan adamlar hansı mənəvi haqla AXCP-ni hədəf seçir?
Son günlər “inqilab” sözü populyarlaşıb. Hamı inqilabdan danışır. Hətta həcc ziyatətində şeytanı təəccübləndirən, buqələmun şəxsiyyət sahibi olan adam da inqilabdan danışır. Hər yana car çəkib ki, Əli Kərimli inqilaba əngəl törədir, cəbhəçilər inqilab ssenarisinə qarşıdır və.s Bəzi özünü ağıllı hesab edənlər də, bu Şeyx Nəsrullaha inanırlar. Bu ölkədə ən böyük inqilabçı cəbhəçilərdi və cəbhəçilər inqilabın lokomatividir.
Biz “inqilab” deyib, təxribat ixrac olunmasının əleyhinəyik. Siyasi və mənəvi uçurumun dibində olanların cəmiyyətə qəhrəman kimi təqdim olunmasının əleyhinəyik. İnqilabın mahiyyətindən xəbəri olmayan, ağzından çıxan sözün məsuliyyətin daşımayan, şeytan olduğu halda mömün libası geyinən adamların əleyhinəyik. Hökumətə bəhanə verənlərin, ləyaqətli adamlara çamur atmaqdan çəkinməyənlərin çağırışına qarşıyıq.
Namusuna and içərək yalan danışan, şər atan adam təhlükəli oyunçudu. Nadanlığa, vicdansızlığa adaptasiya olunmuş adamlar inqilab edə bilməz. Əyninə kəfən geyinmiş adamları satqınlıqda ittiham edənlərin imanı, ləyaqəti olmaz.
Biz xalqın növbəti dəfə aldanmasından, siyasi dələduzların tələsinə düşməsindən narahatıq. Biz inqilaba qarşı deyilik, siyasi intihara qarşıyıq.
Proseslərin yetişdiyi, hökumətin nüfuzunun aşağı düşdüyü, beynəlxlaq vəziyyətin əlverişli hal aldığı, xalqın müxalifət partiyasına axın etdiyi bir vaxtda, anti-Əli Kərimli, anti-AXCP, anti-müxalifət təbliğatı hökumətə nəfəslik vermirmi? Əgər bu adam 17 noyabr inqilabından əmindirsə, niyə Bakıya gələcəyini vəd etmir? Gəncə hadisələri zamanı olduğu kimi son məqamda geri çəkiləcəyinimi düşünür? “YAP rejimi xalqı 26 ildir aldadır, mən də aldadacam” xəyalınamı qapılıb?
Bu ölkədə dəyişiklik olacaq, bu ölkədə ədalət zəfər qazanacaq, amma bu dəyişikliyin London əcinnəsinə heç bir aidiyyatı olmayacaq. Zaman bir daha öz hakimliyini göstərəcək və həyatını şüurlu şəkildə xalqın azadlığı naminə fəda edənlərə dil uzadanlar, lənət hökmü alacaqlar. Heç kimə taleyimiz üzərində qumar oynamağa imkan verməməliyik. Unutmayaq ki, mübarizənin önündə olanları ləkələməyə cəhd etmək, rejimi labirintdən çıxarmaq, ölkəni daha böyük bataqlığa salmaqdı. Biz ölkəni uçuruma salmaq üçün yox, uçurumdan çıxarmaq üçün mübarizə aparırıq. Tənəzzül dəyişikliyinin deyil, tərəqqi dəyişikliyinin tərəfdarıyıq.