29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Şahvələd Çobanoğlu
Tanınmış cərrah, professor, klinika sahibi Fərman Ceyranlı niyə Gürcüstana getdi və nədən həbs olundu? Onun həbsinin sifarişçisi olmasına heç kimin şübhə etmədiyi Azərbaycan hakimiyyəti nə üçün azadlığa çıxmasına az qalmış onu axtarışa verib?
Ən sadə məntiq deyir ki, qanunsuzluğa yol verən biri olsaydı, əyriliklərlə barışıb işləmək, uğur və pul qazanmaq istəsəydi, Fərman Ceyranlı elə Azərbaycanda qalıb işləyərdi. Burada heç kim ona “get” demirdi, heç kim ona “sənə olmaz” demirdi. Vaxtilə böyük tibb müəssisənin rəhbəri olmuşdu, işdən çıxmaq səbəbi də ona daha yuxarı pilləyə qalxmaq imkanı verirdi. Çünki səhiyyə naziri Əli İnsanovun hökm etdiyi bir dövrdə ona sərt cavab qaytardığına görə işdən çıxarılmışdı, həbs edilmişdi. Əli İnsanovu artıq sərt düşmən kimi görən hakimiyyətə belə bir fiqur cəlbedici idi. Üstəlik, tanınmış doktor idi, gənc yaşında Moskvada elmlər doktoru olması ilə məşhur idi, nüfuzlu idi, Borçalı camaatının seçilənlərindən idi, Azərbaycanda hörməti vardı.
Lakin İnsanov həbs ediləndə onun əleyhinə danışmaq təklifini rədd etmiş, təklifi şəxsiyyətinə qarşı hörmətsizlik kimi qəbul etmiş, “mən danışanda, həbs ediləndə niyə fikrim maraqlı deyildi sizə” deyib alət olmayacağını söyləmişdi. Məsələ bunda da deyildi, o, mövcud idarəçiliyi qəbul etmirdi, çəkinmədən tənqid edə bilirdi. Cərimələr, “bandotdelin” və verginin basqınları da onun fikrini dəyişmir, barışmırdı.
Yalnız “Azadlıq” qəzetinin 25 illik yubileyinə göndərdiyi təbrik mətnini (https://www.azadliq.info/57982.html) oxumaqla Fərman bəyin mövqeyini çox aydın görmək olar: “Azadlıq” qəzetinin fəaliyyətini zülməti, qaranlığı yaran işığa bənzətmək olar. Həmişə haqqın yanında durub. Vətəndaşların fikirlərini, sözlərini, hakimiyyət nümayəndələrinə, Azərbaycan ictimaiyyətinə, beynəlxalq ictimaiyyətə çatdırmaqda əvəzsiz rol oynayır. Qapıları hər bir kəsin üzünə açıqdır. Şəxsən mənim özümlə bağlı yaşanan sıxıntılar zamanı ilk əks-sədə verən mətbuat vasitəsi olub, sözümü onun vasitəsilə müvafiq instansiyalara çatdırmaqla dəfələrlə çox böyük problemlərimi həll etmişəm. “Azadlıq” qəzeti əsl və yaman günün dostudur!
Qəzetin banilərindən tutmuş, bu gün qəzetin fəaliyyətində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm və bu böyük və şərəfli, eyni zamanda çətin işlərində əzm, səbr və gələcəyə inam arzu edirəm. Daim uğurlarınızın sədası gəlsin.
Təbrik edirəm!”.
Yəni doktor Ceyranlı Gürcüstana sadəcə klinika açmağa getməmişdi, klinika açmağa qalsa, burada da onun klinikası vardı, burada da klinikalar az qazanmırdı.
Fərman Ceyranlı Gürcüstana getdi ki, orada demokratiya və qanunçuluq var. Buradakı özbaşınalıq zəminində daha çox və daha asan yolla qazanmağı qəbul etmədi, neft bumu pullarının bolluğunu kasıb Gürcüstanın demokratiya və ədalət ümidinə dəyişdi. Onun niyə Gürcüstana getməsinin, orada həbs edilməsinin və indi azadlığa çıxmasına az qalmış bir vaxtda Azərbaycan hakimiyyətinin onu axtarışa verməsinin əsl səbəbi budur.
Görün bizim şanlı hakimiyyətin ona qəzəbli olmaq üçün nə qədər səbəblər ortaya çıxmışdı:
Azərbaycan hakimiyyətinə görə belə birisi hər zaman başağrısıdır və daha ciddi başağrısı ola bilər.
Gürcüstandakı demokratiya onun ümid etdiyi qədər möhkəm, qanunlar onun inandığı qədər işlək olmadı. Özünün həbsi, Əfqan Muxtarlının oğurlanıb Azərbaycan verilməsi bunu ona da, bütün dünyaya da sübut etdi. Onun həbsi ilə bağlı gürcü vəkilin dediyi sözlər belə idi: “Gürcüstan tarixində belə qondarma ittiham və məhkəmə hökmü olmayıb”.
Bundan əlavə, görünür ki, Fərman Ceyranlının böyük uğur qazanması və ictimai fəallığı, seçkilərə qatılması Gürcüstanda da xeyli qüvvələri narahat edibmiş. Onun həbsi həm ziyarət, həm ticarət qismində olmuşdu. Bununla belə Gürcüstan onun azadlığı ilə özünə yönələn ittihamlardan qurtulmaq üzrə idi ki, Azərbaycanın axtarış qərarı ilə yenidən seçim qarşısında qoyulub. Lakin onun Azərbaycana təhvil verilməsi Əfqanı gecə ikən oğurlayıb verməkdən heç nə ilə fərqlənməzdi. Üstəlik, Fərman Ceyranlı həm də Gürcüstan vətəndaşıdır.