Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Sülh, müharibə və mübarizə

Tarix:28-07-2022, 14:58 Baxış Sayı:155

Sülh, müharibə və mübarizə

İttihamlar hara yönəlməlidir?

İlham Hüseyn

Heç bir normal insan müharibə arzulamaz. Heç bir sağlam düşüncə sahibi insan ölümünə xidmət edən, faciələr yaşadan, dağıntılar yaradan müharibəni təbliğ etməz. Nəinki insana, hətta heyvana güllə atmağı da məqbul saymıram. Amma situasiyanın yaratdığı reallıqlar, zərurətə çevrilmiş addımlar var. Əgər düşmən sənin torpağına təcavüz edirsə, qoca-cavan-uşaq demədən öldürürsə, ev-eşiyini dağıdırsa, sənin də buna cavab vermək haqqın var və bu ədalətlidi. Yaxud, vəhşi bir aslan övladını parçalayacaqsa və sənin silahla müdaxilə etmək imkanın varsa, bunu etməlisən. Bu, sənin heyvan düşməni olmağın, heyvanları sevməməyin anlamına gəlmir. Yəni, sülh tərəfdarı olmaq başqa, təcavüzə, işğala qarşı olmaq başqadı. Pasifizmi- qorxaqlıq, təslimçilik, başıqapazlılığa razılıq kimi təqdim etmək yanlışdı. Əgər pasifizm vətən-dövlət-torpaq anlayışlarıyla üz-üzə qoyularsa, köləliyə, qürursuzluğa, milli kimliyin sıradan çıxmasına xidmət edər. Dünyada elə bir ölkə yoxdur ki ordudan, silahdan imtina etsin. Pasifizmin ən mötəbər nümayəndəsi Mahatma Qandinin qeyri-zorakı mübarizəsi zamanı onminlərlə insan həyatını itirdi. Bəzən sülh naminə döyüşməli olursan, azadlıq uğrunda qurban vermək zərurətə çevrilir. İşğala məruz qalan tərəf də torpağının azadlığı üçün döyüşməli olur. Ümumiyyətlə, dünyada heç bir ideologiya müharibəni təşviq etmir, “müharibə gözəldir” təbliğatı aparmır. Amma təəssüf ki, arzularla reallıqlar həmişə üst-üstə düşmür.
Yeri gəlmişkən, AXCP sədri Əli Kərimlinin dünənki tədbirdən olan çıxışını bəziləri kontekstdən çıxararaq “Əli Kərimli deyir ki, müharibə başlasa İlham Əliyevə yenə dəstək verərəm” formasında təqdim edir.
Əvvəla, o tədbirdə Əli bəy YAP hakimiyyətinin anti-milli olduğundan, London-Paris mülklərindən, bu hakimiyyəti rədd etməyin yollarından da danışdı. Niyə bu adamlar 2 saatlıq söhbətin içindən bir cümlə tapıb, üstünə yıxılıblar? O cür prinsipial, qətiyyətli, onluğa vuran söhbətləri niyə təbliğ etmədilər?
İkincisi, Əli Kərimli açıq şəkildə dedi ki, mən indi hər hansı müharibənin əleyhinəyəm, indiki dövrdə müharibə Rusiyanın maraqlarına xidmət etmiş olar. Ardınca da qeyd etdi ki, ordumuz nə vaxt vətən uğrunda döyüşə başlasa, mən yenə də ordumuza dəstək verəcəm. Amma pasifist dostlar Əli Kərimlinin illərdi “qaziyə, şəhid ailələrinə dəstək verin, insanlara layiq olduğu həyatı yaşamaq imkanı yaradın” təbliğatına, bu istiqamətdə apardığı mübarizəyə dəstək vermək əvəzinə, “müharibə” sözündən yapışıb, anti-təbliğat aparırlar.
Unutmayaq ki, bu hakimiyyətin əməllərinə susmaq, etiraz etməmək, ən böyük anti-pasifist mövqedə dayanmaqdı. Sülhü təhdid, insanlara zülm edənləri sıradan çıxarmasan, insan həyatını sığortalaya bilməzsən. Əgər dövlət idarələrində günahsız insanlara işgəncə verilirsə, sifarişli hökmlərlə insanların azadlığı əlindən alınırsa, səhiyyə öldürürsə, talançılıq milyonlarla insanı normal qidalanmadan məhrum edirsə, deməli, ən böyük müharibə ocağı avrtoritarizmdir. Sülh istəyən, insanpərvər olan, ölümləri rədd edən hər kəs bu şər ocağını söndürənlərə dəstək olmalıdı. Bizi xilas etmək istəyənlərdə hərf səhvi axtarmayaq, bizi məhv etmək istəyənlərin kitabını bağlayaq. Səmimiyiksə, ittihamların ünvanını da dəqiq tanımalıyıq.
Roma tarixçisi Korneliy Nepotun məhşur ifadəsini də unutmayaq. “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Düşmənlə də, azğın hökumətlə də, dəyərləri təhdid edənlərlə də…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL