Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Demokratiyanı söymək, ədaləti döymək

Tarix:19-09-2022, 10:42 Baxış Sayı:143

Demokratiyanı söymək, ədaləti döymək

İlham Hüseyn

200 milyard dollardan artıq vəsaiti talan edənlər, hüququ ayaqlar altına atanlar, xalqın səsini oğurlayanlar, yaltaqlığı normaya çevirənlər, korrupsiya çempionu olanlar, qaziləri intihar həddinə çatdıranlar, Tərtər terroruna göz yumanlar, demokratiya, azadlıq, ədalət tələb edənlərə “xain” damğası yapışdırırlar. Bu bədbəxtlər qanmırlar ki, biz ədaləti, azadlığı, şəffaflığı Amerikaya, Avropaya görə istəmirik, özümüzə görə istəyirik. Con, Maykl, Tom layiq olduğu həyatı yaşayır. Biz istəyirik ki, Əli, Vəli, Məmməd də layiq olduğu həyatı yaşasın. Biz hökumətə ABŞ-ı sev, Avropanı mədh elə demirik. “Azərbaycanı demokratik, sivil, qanunların şah olduğu ölkələrin sırasına salın” deyirik. “Vətəndaşa həmin ölkələrdə olduğu kimi dəyər verin” deyirik. “21-ci əsrdə ölkəni orta əsrlərə çevirməyin” söyləyirik. Ona görə də xalqımız bu həssas məqamda aldanmamalıdır. Bayden səni sevmirsə, sən xalqına zülm etməlisən? Nensi xoşumuza gəlməyən fikir səsləndiribsə, bəşəri dəyərlərdən imtina etməliyik? Makron erməniyə jest edibsə, biz ədalətli seçki keçirməməliyik? Görürsüz, nə qədər absurd yanaşmadır? Həm də bu təbliğatı aparanların övladları ABŞ-da, Avropada təhsil alır, orada istirahət edir, orada müalicə olunur, orada biznes qurur.
İndi əllərinə fürsət düşüb, öz yarıtmazlıqlarını bu fürsətin arxasında gizlətməyə çalışırlar. Deyirlər ki, filankəs ermənipərəstdi. Yaxşı, onda sən Azərbaycanpərəst ol də. Sən xalqı sevdiyini nümayiş etdir də. Repressiyanı da ABŞ edir, şəhid qardaşının üzr videosunu İngiltərə təşkil edib, Tərtər hadisələrini Almaniya törədib, günahsız insanları Fransa hökumətə həbsxanalara doldurub? Offşorlarda gizlədilən milyardlar Nensiyə məxsusdur? Fakt budur ki, zəngin bir ölkəni bütün sahələrdə tənəzzülə uğradıblar. Günahsız insanları həbs etməklə, mürtəce qanunlar qəbul edərək, dünyayla bazarlıq mövzusu yaradırlar.
Bir sözlə, son günlər aparılan anti-Qərb təbliğatı vətəni sevməyin, dövlətə bağlılığın göstəricisi deyil, şəxsi maraqların tələbidir. Azərbaycanın adını qara siyahılara salıb, düşmənə arqument qazandıran siyasət göz qabağındadır. İnsanlara təlqin edirlər ki, kölə kimi yaşamağa şükr edin, milyardların oğurlanmasına göz yumun. Qürursuzluğun, təslimçiliyin, qorxaqlığın, əsl vətəndaşlıq göstəricisi olduğunu təbliğ edirlər.
Azərbaycan haqlıdır, Ermənistana dəstək verənlər haqsızdır və dövlətimiz bizim qırmızı xəttimizdir. Amma buna da bilək ki, dövləti avtoritarizm bataqlığına salanlar, dövlətə ən böyük düşmənçilik edənlərdi. Bu dövlət hansısa Qərb diplomatının Ermənistana xoş söz deməsiylə dağılmaz. Bu dövləti anti-milli siyasət dağıdır. Demokratiyanı söyüb, ədaləti döyüb, azadlığı boğub, eyni zamanda da dövləti, xalqı sevmək olmaz. Əslində, bəşəri dəyərlərdən imtina, dövləti ayaqlamaqdı.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL