29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Xaqani Əliyev
Yəqin ki, aşagıdakı mülahizəm sizə bir az qəribə gələcək, amma məsələnin mahiyyətinə bir az dərindən varsaq, inanıram ki, mənimlə razılaşanlar tapılacaq.
Son illər Azərbaycanda bahalaşma, manatın məzənnəsinin məlum aqibəti, başqa sözlə desək, əhalinin alıcılıq qabiliyyətinin kəskin aşagı düşməsi və s. proseslər sürətlə davam edir. Hakimiyyətə baglı iqtisadçılar, politoloqlar bir sözlə böhrandan yan keçə bilmə “fərasəti” olanlar hər zaman olduğu kimi cəmiyyətə gələcəyə yönəlik nikbin fikirlər səsləndirir, biz “həmişə oldugu kimi” bu böhranı da atladacagız, hökümət “təcili tədbirlər” görür, biz az da dözün. Ardınca kalassik böhran terminləri ilə bu açıqlamalara bir az da qaz verirdilər ki, insanlarda şübhə qalmasın ki, düçar oldugumuz vəziyyət qlobaldır, yəni biz də dunyanın bir parçasıyıq, deməli bizim də başımıza iş gələ bilər. Yəni o məhşur “bura Azərbaycandır, …. deyil” ifadəsi müvəqqəti olaraq kənara qoyulurdu. Əslində bu ifadə siyasi ifadədir, son bir neçə ildir ki, dünyada gedən qlobal proseslərə ara verildiyindən işlənmir.
Nə isə, keçək əsas məsələyə. Məlum səbəblərdən son vaxtlar dünyada neftin qiymətinin aşagı düşməsi müşahidə olundu. Dunyanın bütün dövlətlərində, hətta neft idxal edən ölkələrdə yanacağın qiyməti aşagı düşdü. Azərbaycanda isə… əksinə bahalaşdı. Bu günlərdə yenə də qiymətlərin artması gözlənilir.
Demək istədiyim odur ki, bizdə böhran tamamilə ayrı (!) bir şeydir, əsrarəngizdir, onu gözlə görmək mümkün deyil. O bizdə milyardların qanuni dövriyyəyə girmədiyi paket – rüşvət sisteminin uygulandıgı vaxtdan başlayıb…
Hakimiyyətin antiböhran tədbirləri isə , çox sadədir – onlar əhaliyə səbirli olmagı məsləhət görürlər, hər kəsə büdcəsinə görə davranmagı tövsiyə edirlər. Yəqin ki, bu artıq sirr deyil ki, Azərbaycanda kiçik bir qrupun büdcəsi qalan doqquz milyon əhalinin büdcəsindən astronomik şəkildə fərqlənir. Və yeri gəlmişkən, icazə verin yuxarıda sizə qəribə gələcək fikrimi sizinlə bölüşüm. Mənə elə gəlir ki, böhran hazırda bu kiçik qrupun özündə gedir.Bu haqda bir az sonra…
Yəqin mənimlə razılaşarsınız, Azərbaycanda insanları ehtiyac içində yaşamaga “alışdırmaq” hələlik çox asan görünür. Nə qədər kədərli olsa da deməliyəm ki, əslində buna o qədər də ehtiyac yoxdur. Sərt idarəetmə, məlum xüsusiyyət, vərdiş və ən nəhayət instinktə (!) malik hüquq – mühafizə orqanların bulundugu bir ölkədə hakimiyyətin qiymətlərin qalxmasından əndişəyə düşməsinə gərək yoxdur. Sadə xalq da yavanlıqla (bu termin son 50 ildir demək olar ki işlənmirdi, müharibədən qalma idi. Təxminən çörək və ucuz qida məshulları ilə günü yola vermək deməkdi – X.Ə) …dəyənək arasında seçim etməyi bacarır. Əlbəttə hələlik. Bax əsas məsələdə bu hələlikdədir. Çünki zaman keçdikcə, bu gedişatla insanlar çarəni dəyənəyin üzərinə getməklə axtarmagı düşünə bilərlər. Bu mənada hakimiyyətin təşvişə düşməsini anlamaq mümkündür. Özü də bu elə bir məsələdir ki, burada müxalifəti günahlandırmaq, onları qabaga vermək mümkün deyil və ən əsası çox təhlükəlidir. Bir anlığa təsəvvür edin – müxalifət liderinin evinin qarşısına minlərlə insanı toplayıblar və sözün hər iki mənasında iri məmurlar, fiziki ölçüləri məsləhətə uygun olmayan polislər əllərində meqafonları kütləyə uzadırlar ki, sorun o müxalifətdən hesabınızı. Gerisinin hansı məcraya düşəcəyini özünüz düşünün…
Budcəmizdə olması lazım olan vəsait hazırda çox uzaqlardadır. Və hazırda o pulların söhbəti gedir. Kim nə qədər ogurlayıb və harda gizlədib. Görünən də odur ki, heç kim də qaytarmagı düşünmür.
Əvvəlcə bu işi “bandotdel”ə tapşırdılar. Onlar da bir az hazırda kredit “oliqarxları” dediyimiz iri sahibkarları tutub buraxmaqla məşgul olmağa başladılar. Gördülər ki, onlar milyonların çoxunu sadəcə yeyiblər, qalanına da gözə soxmaq üçün bir iki obyekt qaralayıblar. Ortaya axmaq bir mənzərə çıxdı. Məlum oldu ki, onların bir çoxunda normal insanlarda olan xüsusiyyətlər yoxdur. Çoxunun psixi problemləri var. Odur ki, bu işi asqıya aldılar. Çünki onları cəmiyyətə təqdim etmək hakimiyyətə heç də başucalığı gətirməyəcəkdi. Odur ki, keçdilər onlara bu aglasıgmaz kreditləri ayıran bankirlərə. Ortaya daha kədərli tablo çıxdı. Məlum oldu ki, onların aglı elə oliqarxlarla (!) eyni səviyyədədir. Çünki əksəriyyəti bir – biri ilə qohum – əqraba imiş. Gülməli olduğu qədər də kədərlidir. Halbuki banklar o dövrdə beş – on min manat kredit üçün sadə insanların 80 – 100 min manatlıq evini girov götürməyə naz edirdilər. Beləliklə yüz milyardlar bu minvalla bölündü…
Pulların arxasına keçən ən böyük kəsim olan iri məmurlar hələlik təhlükəni atlatmış kimi görünsələr də ölkədəki iqtisadi – siyasi durum başqa şey deyir…
Məmurların ən böyük bədbəxtçiliyi odur ki, onlar həmişə əldə etdiyi sərvəti qanuni, halal yolla qazadıqlarını düşünürlər, buraxın o pulları geri qaytarmagı, heç bu yoldan dönməyi belə düşünmürlər. Lap uşaq kimidirlər…
Oxuculardan üzr istəyərək, yazımı bir kiçik teşbeh ilə bitirmək istəyirəm. Kənddə yaşayanlar yəqin ki, xatırlayar, altı-yeddi aylıq buzovu (ona atrıq dana da demək olar) ana südündən ayırmaq çox “agrılı” bir prosesdir. İllah ki, inəyin südü quruyanda…