Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Əsl siyasət vədəsi yetişdi, vədlər yada düşdü...

Tarix:19-01-2017, 15:52 Baxış Sayı:264

Əsl siyasət vədəsi yetişdi, vədlər yada düşdü...

Bəlkə də Barak Obamanın özünün və administrasiyasının artıq hansısa ölkələrə səfər etməsinin, gurultulu bəyanatlar verməsinin heç bir önəmi yoxdur - böyük ehtimalla bunlar hamısı vida xarakterli işlərdir...
 
Amma Obama özü də, onun administrasiyasının üzvləri də belə hesab etmirlər - səfərlər də, bəyanatlar da davam edir.
Ola bilsin, bunun başqa səbəbləri də var. Demokratlar indi hakimiyyətdən gedirlər, siyasət isə davam edir. Onların bir qismi bundan sonra da fəal siyasətçi kimi, digərləri isə məsləhətçi və lobbiçi kimi işlərini davam etdirəcəklər.
 
Görünür, ölkələr, onların siyasətçiləri də məsələyə bu aspektdən yanaşırlar - ABŞ-ın ictimai və siyasi həyatında hər bir ölkənin öz adamının olması heç kimə və heç nəyə mane olmur...
Bütün bunlar C.Baydenin Ukraynaya səfər edəcəyi haqqında xəbəri oxuyanda ağlıma gəldi. Düşündüm ki, hakimiyyətdə olan vitse-prezident cənablarının başıbəlalı ölkəyə səfərinin mənası varmı?..
Xeyli çək-çevirdən sonra ağlıma gəldi ki, hamı amerikalı dostlarının sayını artırmağa çalışır. Bir daha deyirəm ki, dostlar hakimiyyətdə də ola bilər, ictimai - siyasi həyatda da...
Amma hamını hər şeydən çox digər məsələ düşündürür: görən, D.Trampın timsalında onun ölkəsi dost qazanacaqdır, yoxsa düşmən?..
Bu yazı işıq üzü görəndən az sonra artıq D.Trampın andiçmə mərasimi olacaq. Yox, bu vaxta qədər ürəyimizi boşaltmaq, fikirlərimizi oxucularla bölüşmək imkanlarımız olub. Yeni bir söz yoxdur. Yalnız bircə nüansdan savayı...
Görən, yeni ABŞ administrasiyasının Dağlıq Qarabağ probleminə münasibəti necə olacaq? Qardaş Türkiyəyə münasibətdə hansı siyasət yürüdüləcək?
İndi bunları yalnız təxmin etmək qalır. Dəqiq bir söz demək mümkün deyil. Kiçik C.Buş deyirdi ki, Azərbaycan sözünü düzgün tələffüz etmək üçün ona xeyli vaxt lazım olmuşdu. 
D.Tramp üçün isə Azərbaycan bir o qədər də uzaq və yaxud da ki,  ekzotik ölkə deyil. Hətta onun Azərbaycanla işgüzar əlaqələrinin olduğu da bildirilir...
Fəqət, hətta belə detal da konkret söz deməyə imkan vermir. Ən azı seçki debatlarını xatırlasaq, keçmiş sovet məkanındakı münaqişələr D.Trampın seçki ərəfəsi çıxışlarında, bəyanatlarında elə bir yer almadı. Təbii ki, bir istisna vardı - o, da Ukrayna idi...
Amma bu xüsusda da ürəkaçan və ümidverici söz eşitmədik. Hətta Tramp bir neçə dəfə demişdi ki, Krımı Rusiyanın ərazisi kimi tanımaq və Rusiya ilə sıx münasibətlər qurmaq lazımdır.
Düzdür, bütün bunlar seçki ərəfəsində deyilmişdi. Seçki vaxtı deyilənlər isə çox vaxt real siyasətdə özünün ifadəsini tapmır.
Üstəlik, yeni dövlət katibi “patron”undan fərqli olaraq Rusiyaya elə də isti münasibət bəsləmir. Senatdakı çıxışında dedi ki, ABŞ bir halda Krımı Rusiyanın ərazisi kimi qəbul edər - o halda ki, Ukrayna özü bunu etmiş olsun. Ümumiyyətlə, D.Trampın vəzifəyə təyin etdiyi və ya namizəd kimi irəli sürdüyü adamlar heç də rusofil deyillər, əksinə onların bəzisi artıq indidən rəsmi Kremli narahat etməyə başlayıb. Nə isə, çox irəli qaçmaq lazım deyil - indiyədək gözləmişiksə, bir azacıq da gözlərik...
Qarabağ probleminə gəldikdə isə təəssüf, məsələ ABŞ siyasəti üçün öndə olmağı vəd etmir. Bundan başqa da xeyli məsələlər vardır. Tramp İranla bağlı Obamanın siyasətinə ciddi düzəlişlər etmək istəyir. Bundan savayı Suriya məsələsi, Fələstin-İsrail problemi, hətta Avropada çözüləsi məqamlar var...
Amma bir detal var. Əgər D.Tramp İrana qarşı sərt siyasət yürüdərsə, o halda onun siyasətində Azərbaycanın rolu arta bilər, ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq dərinləşər... 
Amma Azərbaycan bunlara nə qədər hazırdır? Rəsmi Bakı buna nə deyər? Güman etmirik kimsə bu suallara qətiyyətlə “hə” cavabı vermiş olsun...
Məsələ bundadır ki, Ermənistanı çıxmaqla Bakı özünü bölgədəki hər hansı ölkəyə qarşı qoymaq istəmir. Bir tərəfdən bu, yaxşı siyasətdir və başadüşüləndir. 
Fəqət, böyük siyasət deyilən şey də vardır ki, əksər hallarda çox mürəkkəb vəziyyətlər yaradır və buna adekvat davranış tələb edir. Elə o üzdən də bəzən “böyük oyun”lara da qatılmaq zərurəti yaranır. Bir daha deyirik ki, rəsmi Bakı əvvəlki dövrlərdə bu cür siyasətə tamamilə biganə olduğunu göstərib. Gəl, siyasət statik bir şey deyil və hətta o, da fəsillər kimi dəyişkəndir...
Hüseynbala Səlimov
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL