Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?

Tarix:5-12-2022, 10:53 Baxış Sayı:31

Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?

Respublikanın bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Yevlax, Ağdaş, Zərdab rayonlarında, nazir müavini Vüqar Kərimovun iştirakı ilə isə Şabran rayonunda aparılıb. Ümumilikdə 12 hektar meşə fondu torpağında 18 min 500 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqramdan çox palıd toxumu səpilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  bildirib ki, nazirliyin rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə noyabrın 24-də meşəbərpa tədbirləri, eyni zamanda, Şəki, Qəbələ, Şamaxı, Quba, Ağcabədi, Bərdə, Sabirabad, Lənkəran, Masallı, Tovuz, Şəmkir rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində həyata keçirilib: “Beləliklə, gün ərzində ümumilikdə 42 hektar sahədə 32 min 500 müxtəlif növ ağac tingi əkilib, 2 min 100 kiloqram toxum səpilib”. Mətbuat katibinin sözlərinə görə, payız əkin planına uyğun olaraq son dörd gün ərzində meşə fondu torpaqlarında 105 min ağac əkilib.
İndi isə gəlin görək, rayonlarda ağac tingi əkərək, toxum səpərək özünü reklam etdirən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun himayəsi altında məmurlar meşə talançılığına necə rəvac verirlər. Onun havadarlıq etdiyi məmurlar arasında ən “favorit” görünəni Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalıb Həsənovdur desək, yanılmarıq. Çünki ona “gözün üstə qaşın var” deyən, nəzarətindəki rayonun Mirasəfli kəndi ətrafındakı meşə fondunda bir neçə mal-qara fermasının necə fəaliyyət göstərdiyini soruşan yoxdur.
Zərdab rayonu ərazisində Alçanlı meşəbəyliyinin 4, 5 və 6 saylı dolaylarında dövriyyədə olan 200 hektara yaxın əkin batıb (nar 3,00 ha, göyrüş və qarabaşaq və s.). Çarlı meşəbəyliyində isə 1000-ə yaxın dövlət meşə fondu zəbt altındadır və mal-qara örüşü kimi satılıb.
İnternet resurslarında bu ilin yayında Bərdə rayon Əyricə kəndinin yanında dövlət meşə fondu torpaqlarında qanunsuz 40.00 ha sahədə pambıq, qarpız və s. bitkilərin əkildiyi, sözügedən Mərkəzdə hər hektarı dövlət meşə fondu sahibkar və vətəndaşlara 400 manata satıldığı, Qalıb Həsənovun 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə bu ilin mart ayında rəis təyin olunmuş Tofiq Əsgərovla birləşərək batmış əkinləri yalandan dövriyyədəki kimi qeydə alıb dövlət büdcəsindən hər ay külli miqdarda pullar sildikləri, amma faktiki dövriyyədə (sənəd üzərində) olan əkinlərin 60%-dən çoxunun batdığı, Ağdaş rayonun Kotovan kəndi ərazisiylə həmsərhəd olan dövlət meşə fondunda 0.21 ha ərazidə qarğıdalı, pomidor və bostan bitkilərinin əkildiyi barədə informasiyalara rast gəlmək olar.
Mövzuya qayıdacağıq. //azinfo.tv//
Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?
Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?
Vüqar Kərimov bir tərəfdə ağac əkib, toxum səpir, digər tərəfdən isə… - BU NƏDİ BELƏ?

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL