Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Rusiya uduzsa, Xankəndiyə girərik , ABŞ qalib olsa, Milli Şura hakimiyyətə gələr...

Tarix:24-02-2023, 22:14 Baxış Sayı:477

Rusiya uduzsa, Xankəndiyə girərik , ABŞ qalib olsa, Milli Şura hakimiyyətə gələr...

Ukrayna müharibəsinin başlaya biləcəyi siqnalları hələ 2022-ci ilin fevralından bir neçə ay əvvəl vardı. Çünki Rusiya-ABŞ və Rusiya-NATO danışıqlarında Moskvanın əsas tələbləri-Ukraynanın Şimali Atlantika Alyansına qoşulmayacağı, eləcə də Rusiya sərhədlərinə təhlükəsizlik təminatı verilməməşidi. Müharibə təhlükəsi Qərbi Moskva ilə anlaşmağa sövq etmədi.

Münhen konfransında Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen etiraf etdi ki, Rusiyaya qarşı sanksiyalar hələ müharibədən əvvəl hazırlanmışdı. 2015-ci ildə imzalanmış Minsk razılaşmasının da məhz imitasiya olduğu, Ukraynanı müharibəyə daha yaxşı hazırlaşdırmaq üçün zaman qazanmağa hesablandığı da artıq etiraf edilmiş faktdır. Bu müharibədə günahkar axtarışına çıxsaq, Putin qədər Bayden, eləcə də onun əlaltısı statusuna düşmüş NATO və Avropa Birliyi də günahkardır. Çünki bu müharibədən əlbəttə ki, yayınmaq olardı.

Sən gəlib ayı yuvasına çomaq soxursansa, demək reaksiyasını da bilirsən.

Amerika və onun müttəffiqləri əsas məqsədlərini nə qədər rəngli sözlərlə bəzəsələrsə də, əsl niyyəti daha gizlətmirlər də... Dünyada “ayı rolunu” ABŞ təkbaşına icra etmək istəyir. Rusiya SSRİ dağılandan sonra bu xəyallarla yaşayıb, amma onun cızdığı dairə dünya boyda olmayıb, heç vaxt bu rola iddia etməyib. Ona görə yox ki, bunu istəməyib. O səbəbdən ki, gücünün nəyə qadir olduğunu hesablaya bilib. Amerika və Qərb müttəfiqləri isə həmişə yekəxanalıq, ağalıq havasında olublar, indi də eyni prosesdir. Toyuq qaz kimi yumurtamaq istəyəndə isə güc özünə düşür...

bay.jpg (73 KB)

Sən bu dünyada ağalıq etmək istəyirsən, 6 min nüvə başlığı olan Rusiyanı görməzdən gələ bilərsən, bəs Çinə nə deyirsən? Dünyanın ikinci iqtisadi gücünə sataşmaq üçün ərazisi hesab etdiyi Tayvana Nensi nənənin təyyarəsini sürdürürsən, hələ sonra da barmaq silkələyirsən ki, “Rusiya ilə yaxınlaşma...” Çin çörəyi qulağına yemir ki... Bilirlər ki, Rusiya çökdürülərsə, sırada məhz Çİn var.

İndi Amerika və NATO müttəfiqlərinin çox işlədikləri bir termin var: strateji məğlubiyyət. Amerika Çinlə Rusiyanı bu qədər yaxınlaşdırmaqla artıq ciddi strateji məğlubiyyətə uğrayıb. Bu yarıgizli, yarıaşkar hərbi-siyasi əlaqələr əvvəllər də vardı, amma indi daha da ciddi, həm də çəkinmədən yaxınlaşmaq zorundadırlar. Amerika bu iki gücü qarşısına alıb dünyada yenə də təkbaşına ağalıq etmək fikrindən daşınmayacaqsa, bunun bədəli ağır olacaq. Çin bu müharibədə məsafəli davranmağa çalışırdı. BMT-də əlbəttə ki, Rusiyanı müdafiə edirdi, amma indi Ukrayna müharibəsində daha fəal rol almağa başlayır. Münhendəki konfransında Qərbi günahlandıran və Ukraynada müharibənin dayandırılması üçün təkliflər hazırladıqlarını deyən Çinin xarici siyasət idarəsinin rəhbəri oradan birbaşa Rusiyaya gəlməklə mesajını vermiş oldu. Çin rəhbərinin də mart-aprel aylarında Rusiyaya səfəri gözlənilir...

put.jpg (34 KB)

Dünyada ağalıq uğrunda mübarizə İkinci Dünya müharibəsinin nəticələrindən sonra səngimişdi. Berlin divarlarının sökülməsi bu tarazılığı qismən pozdu, Yuqoslaviyanın dağılması isə Avropada çox qanlı hadisələrə səbəb oldu. Amerika bu illər ərzində bir neçə ölkəyə hərbi təcavüz etdi, günahsız insanları qırdı. Rusiya da ətraf regionda mövqelərini gücləndirməyə çalışdı, Qərblə sövdələşməyə gedən Gürcüstan tam işğaldan zorla qurtuldu.

Ukrayna Rusiyaya qarşı çoxdan hazırlanırdı, hələ SSRİ dağılandan bəri onu Moskvanın əlindən almaq proses gedirdi. Rusiya Ukraynanı “arxa baxçası” kimi idarə etdiyi dövrlər də oldu, amma Amerika 2014-cü il inqilabı ilə bu ölkəni Moskvanın nəzarətində çıxarıb, öz nüfuz dairəsinə, “öz pul kisəsindən” asılı vəziyyətə saldı...

uk-rus.jpg (60 KB)

Amerika Ukrayna müharibəsinin haradan başlayacağını əlbəttə bilirdi, o səbəbdən orada elə istehkamlar qurulub ki, Rusiya ordusu bir ildə Donbası tam nəzarətinə ala bilmədi. Ukrayna bu müharibəyə hazırlanmışdı. Amma Qərbin müharibənin irəliləyin ayları üçün heç bir ciddi planı olmadığı da üzə çıxdı. Görünür, belə düşünürdülər ki, görünməmiş sanksiyalar Rusiyanı tezliklə geri çəkilməyə məcbur edəcək, acları Putini devirəcək. Rusiya sanksiyalardan ciddi itkilərə məruz qaldı, amma gözlənildiyi kimi çökmədi. Rusiya da zənn edirdi ki, onların tanıdıqları Ukrayna ağır raket zərbələrdən tezliklə yıpranacaq, gedib Zelenskini sarayından bayıra atacaqlar. O səbəbdən müharibənin 1 ilindən sonra yeni hesablaşmalar başlayıb...

İndi Almaniya tankları, daha uzaqvuran ABŞ silahları yoldadır. Rusiya da Amerika ilə nüvə silahları ilə bağlı sənədin icrasını dayandırmaqla yeni həmlə etdi. Putinin son çıxışının guya Qərbə ünvanladığı haqda deyilənlər gerçək deyil, ya da diqqətlə dinlənilməyib. Putinin müraciəti əsasən, Rusiya xalqına idi. Putin xalqa dedi ki, Qərb Rusiyanı məhv etmək istəyir və buna imkan vermək olmaz. Xalqdan daha uzunmüddətli müharibəyə hazırlıq üçün dəstək istəkdi. İki saatlıq çıxışında nə Baydenin, nə Zelenskinin adını çəkdi. Əlbəttə, onlara da mesaj vardı.

“Rusiyanı məğlub etmək mümkün deyil” dedi. Baydenin Polşada çıxışı, ondan sonra NATO-nun reaksiyası da onların da geri çəkilməyəcəyini göstərir...

son abzasa.jpeg (115 KB)

Bu müharibədə son nəticədə kimin qalib, kimin məğlub olacağını demək çətindir. “Rusiya uduzarsa, bizim Xankəndə yolumuzun açılacaq” qədər primitiv nəticələr gözləyənlər də, “Amerika udarsa, Milli Şura Azərbaycanda hakimiyyətə gələr” deyən gerizakalılar da var.(Müharibənin nəticələrinin Azərbaycana mümkün təsirləri haqda növbəti yazıda). Görünən odur ki, hamının bu müharibənin nəticəsində öz maraqları var. Uduzan isə Ukraynadır...

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL