Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Məhkəmədə “Tərtər işgəncələri” elan olunanda zərərçəkən huşunu itirdi: butılka ilə zorlama, siqaretlə yandırma…

Tarix:9-06-2023, 15:01 Baxış Sayı:547

Məhkəmədə “Tərtər işgəncələri” elan olunanda zərərçəkən huşunu itirdi: butılka ilə zorlama, siqaretlə yandırma…

İşlə bağlı ittiham aktı 500 səhifədən ibarətdir

Tərtər hadisələri zamanı hərbçilərə kütləvi şəkildə işgəncə verməkdə ittiham olunan 4 nəfərdən ibarət daha bir qrupun işi üzrə məhkəmə istintaqı başlayıb. Bunlar həmin dövrdə Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmuş, leytenant rütbəsində xidmət etmiş 1993-cü il təvəllüdlü Ruslan Mikayılov və üç gizirdir – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev.

Onlar 2017-ci ilin may-iyun aylarında 180-dən çox hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsini işgəncə ilə öldürməkdə, yaxud da intihara vadar etməkdə ittiham olunur.

Adları çəkilən şəxslər bundan öncə də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 6 il həbs cəzası verilib. Bu cəzanın da bir hissəsini çəkib, azadlığa buraxılıblar. 2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar.

“Tərtər işi”. Foto: Meydan TV

Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.

İşgəncəyə görə mühakimə olunan daha iki qrupun işi

Ruslan Mikayılovgildən əvvəl 4 və 5 nəfərdən ibarət iki qrupun işi məhkəməyə göndərilib. Hazırda onların da işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxılır. Hərbi hissə komandiri olmuş, polkovnik Vüsal Ələsgərovun daxil olduğu 4 nəfərlik qrup da Tərtərdəki işgəncələrə görə mühakimə olunur. Lakin general Bəkir Orucovun daxil olduğu 5 nəfərlik qrup isə Beyləqandakı işgəncələrə görə ittiham edilir.

2017-ci ilin may-iyun aylarında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi şəkildə işgəncə verilib, onlardan ermənilərə casusluq etmələri haqda etiraf ifadələri almağa cəhd göstərilib. Beyləqandakı işgəncələr nəticəsində bir nəfər ölüb.

“O cür vacib şahid mütləq dindirilməlidir”

Məhkəmədə Ruslan Mikayılovun vəkili vəsatət qaldırıb ki, ya bu qrupun işinə polkovnik Vüsal Ələsgərovgillə birlikdə baxılsın, ya da ümumiyyətlə, Bakı Hərbi Məhkəməsində baxılmasın. Vəkilin sözlərinə görə, çünki hər iki qrup eyni adamlara qarşı qanunsuz hərəkətlərdə ittiham olunur. Yəni faktiki ittihamlar eynidir. Onların işinə də eyni hakimlər baxır. Belə olan halda, bu iki işin nəticəsi bir-birindən asılı vəziyyətə düşəcək:

“Bu işlər ya bir icraatda birləşdirilməli, birlikdə baxılmalıdır, ya da eyni hakimlər tərəfindən baxılmamalıdır. Çünki bu işlərdən biri üzrə hökm çıxarılanda məhkəmə kollegiyasında o biri iş üzrə fikir formalaşmış olacaq”.

Vəkil Türkel Süleymanlı etirazı müdafiə edib. O bildirib ki, işgəncələrə göstəriş vermiş yuxarı komandanlığı məsuliyyətdən kənarda saxlamaq üçün işləri ayırıb məhkəməyə göndəriblər.

Prokuror isə vəkillərlə razılaşmayıb. O bildirib ki, bu iş genişhəcmli və çoxepizodludur. Bu səbəbdən məhkəmə baxışı zamanı çevikliyi, tezliyi təmin etmək məqsədilə ayrılıb.

Məhkəmə. Foto: Meydan TV

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəkilin etirazının baxılmamış saxlanmasına qərar verib.

Vəkil Telman İbrahimovun daha bir vəsatəti Tərtər hadisələri zamanı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş Fuad Ağayevin şahid qismində dindirilməsi olub. Fuad Ağayev bundan əvvəl Tərtər işgəncələrinə görə 10 il azadlıqdan məhrum edilib. 2021-ci ildə Tərtər işi üzrə icraat təzələnəndən sonra onunla bağlı yeni epizodlar üzə çıxıb.

Vəkil Türkel Süleymanlı da onun dindirilməsinin vacib olduğunu vurğulayıb:

“Fuad Ağayev qaranlıq məsələlərə az da olsa, işıq sala biləcək şəxsdir. Vəsastət əsaslıdır. O cür vacib şahid mütləq dindirilməlidir”.

Zərərçəkmişlər də bu vəsatəti müdafiə edib.

Məhkəmə bu vəsatətin baxılmamış saxlanmasına qərar verib:

“Dindirmələr başlansın, ifadələrdə adı çəkilsə, müzakirə olunar”.

“Lüt soyundurub işgəncə veriblər”

Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub və prokuror ittiham aktını elan edib. İttiham aktının həcmi 500 səhifədən çoxdur. Bu səbəbdən onun elanı üçün 6 saatlıq bir günlük məhkəmə iclası kifayət etməyib.

İttiham aktında hərbçilərə qarşı onların lüt soyundurulub plastik və dəmir borularla döyülməsi, onların bədəninə yanan siqaret basılması, plastiklərin əridilib üstlərinə tökülməsi, bədənlərinin müxtəlif nahiyələrinə elektroşok qoşulması, butılka ilə zorlanmaları, başlarının su çəlləklərində boğulana qədər saxlanması və s. işgəncələrdən bəhs olunur.

İttiham aktının həcmi geniş olduğundan 6 saatlıq bir məhkəmə iclasında prokuror onun bir hissəsini elan edə bilib. Bu hissədə zərərçəkənlərdən bir qisminə olunan işgəncələr açıqlanıb. Onların arasında işgəncələrdən ölən hərbçilərin də adları çəkilib. Onların arasında Elxan Ağazadə, Təmkin Nizamioğlu da vardı.

Həmçinin işgəncə nəticəsində özünün və ya başqalarının əleyhinə ifadə verən şəxslərlə bağlı məsələlər də ittiham aktında yer alıb. Bu cür ifadələr nəticəsində dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 ilə qədər azadlıqdan məhrum edilən, 5 il 6 ay sonra bəraət alıb azadlığa çıxan hərbçilərin başına gələnlər də ittiham aktına daxil edilib.

Həmin şəxslərdən biri – Bərdə sakini Müşfiq Əhmədli prokurorun oxuduqlarını dinləyərkən məhkəmə zalında durumu pisləşib və o, huşunu itirərək yıxılıb. O, ətrafdakı digər zərərçəkənlərin köməyilə zaldan çıxarılıb. Ona məhkəmə binasında yardım göstərildikdən sonra vəziyyəti nisbətən yaxşılaşıb. Müşfiq Əhmədli məhkəmə iclasını yarımçıq tərk edib.

“Tərtər işi”. Foto: Meydan TV

O, jurnalistlərə açıqlamasında bildirib ki, ittiham aktında əks olunan işgəncələr səsləndikcə, o zaman baş verənləri xatırlayıb və bu üzdən vəziyyəti pisləşib:

Bizim başımıza gətirilənləri ifadə etmək üçün sözlər kifayət etməz. Nələr çəkdiyimizi bir özümüz bilirik. Ona görə deyirəm ki, neyləsələr də, bizim başımıza gətirilənlərin əvəzi ola bilməz”.

Bu qrupun məhkəməsi iyunun 14-də davam edəcək. Həmin iclasda prokuror ittiham aktının elanını davam etdirəcək.

Təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov ötən məhkəmə iclasında bildirmişdi ki, onlara əmr verən şəxslərin adlarını açıqlayacaq. Bu səbəbdən məhkəmədə jurnalistlərin iştirakını və onlara çəkiliş aparmağa icazə verilməsini istəyirdi:

“Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənləri o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin”.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL