Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Prezident təqaüdü kimlərə verilir? Yazıçı Anar: “Seçim ədalətli aparılır”

Tarix:7-12-2022, 11:27 Baxış Sayı:20

Prezident təqaüdü kimlərə verilir? Yazıçı Anar: “Seçim ədalətli aparılır”

31-yaşlı şair Ruzbeh Məmməd 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinə müraciətindən sonra Prezident təqaüdü alanların siyahısına düşüb. Şair təqaüdün məbləğindən və bir illiyə verilməsindən narazı qalsa da, hazırkı durumda bu ödənişi “boğulan adam üçün saman çöpü” sayır.

Ruzbeh MəmmədRuzbeh Məmməd

Prezident təqaüdü – “Boğulan adam üçün saman çöpü də bir tutacaqdır”

Məmməd 13 ildən çoxdur şeir yazdığını deyir. Bugünə kimi üç kitabı çapdan çıxmış şairin fikrincə, qonorar sistemi inkişaf edənə, şairlərin işinə verilən dəyər artana kimi bu təqaüdün olması labüddür.

“Azərbaycan Yazıçılar Birliyi tərəfindən gənc və yaşlı yazarlara 200-300 AZN məbləğində birillik Prezident təqaüdü ayrılır. Bu təqaüdü bir neçə il öncə almışam. Təqaüd alanların böyük əksəriyyətinin yazdıqları amansızcasına zəifdir, heç ədəbiyyata dəxili yoxdur”, – deyən şair qonorar sisteminin zəif inkişaf etdiyi bir dönəmdə prezident təqaüdünü “yazıçı üçün bir müddətlik nəfəslik” adlandırır.

“Elə bilin ki, boğulan adam üçün saman çöpü də bir tutacaqdır. Bunun davamlı verilməsi, təbii, mümkün deyil. Amma müsabiqə yolu ilə, seçim imkanı ilə vaxtını artırmaq, yenidən vermək olar”, – AzadlıqRadiosuna müsahibəsində Ruzbeh Məmməd deyib. 200 manatlıq təqaüdü 500-600 manata qaldırmağı təklif edən şairin fikrincə, bu halda ədib azı bir il işdən ayrıla, o vəsaiti xərcləyərək “sanballı” əsər yaza bilər.

Əlisa NicatƏlisa Nicat

Təqaüdə ehtiyacı olanlar…

100-ə yaxın kitab müəllifi olan Əlisa Nicat da bir müddət öncə AzadlıqRadiosuna müsahibəsində Prezident təqaüdü üçün müraciətlərin cavabsız qalmasından gileylənmişdi: “Təqaüd üçün Azərbaycan Yazıçılar Birliyinə heç vaxt müraciət etməmişəm. Özümə sığışdıra bilmərəm. Sadəcə üç dəfə prezidentə məktub yazmışam. Bunun birini də Yazıçılar Birliyinə göndərmişdilər. Yazıçılar Birliyi Prezident təqaüdü almağıma razı idi. O zaman Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə idi. O demişdi ki, Əlisa Nicat bizim adam deyil, mən burada olduğum müddətcə o, təqaüd almayacaq. “Bizim adam” dedikdə isə tərif yazmamağıma işarə vururdu”.

Fatma Abdullazadənin bu fikirlərə münasibəti bəlli deyil.

Anar RzayevAnar Rzayev

35 ildir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olan Xalq yazıçısı Anar Rzayev isə AzadlıqRadiosuna bildirib ki, Prezident təqaüdünə təqdim olunan siyahı ədalətli şəkildə seçilir: “Səkkiz-doqquz ildir ki, hər il apreldə siyahı təqdim olunur və 50-si yaşlı, 20-si gənc olmaqla, ümumilikdə 70 yazara Prezident təqaüdü verilir. 200-dən çox ərizə içərisindən 70 nəfər seçilir ki, bu da müxtəlif kateqoriyalara əsasən təyin edilir. Daha çox xidmət edən, bu yardıma ehtiyacı olanlar seçilir. Bəzən əvvəlki illərdə müraciət edib ala bilməyən şəxslərə də bu təqaüd ayrılır. Ala bilməyənlər bəzən seçimin ədalətsiz olduğunu düşünür. Bu, belə deyil. Prezident təqaüdü barədə seçimlər ədalətli aparılır”.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL