Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Hacıqabulun kəndlərindən şikayət: “Acınacaqlı həyat sürürük”

Tarix:19-01-2023, 15:34 Baxış Sayı:19

Hacıqabulun kəndlərindən şikayət: “Acınacaqlı həyat sürürük”

İcra hakimiyyəti deyir, yaxın vaxtlarda problemlər həllini tapacaq

“Kəndimiz pis gündədir, yol yox, su yox, körpü yox… İki ildir ki, guya nəsə etməyə çalışırlar, görüntü üçün gətirib ortalığa torpaqdan, dəmirdən atıblar, ancaq hərəkət yoxdur. Reallıq odur ki, biz hələ də əziyyət çəkməkdə davam edirik”.

Hacıqabul rayonunun kəndlərindən şikayət var. İkinci Udullu kəndinin sakinləri kənddə tibb məntəqəsinin, yolun və suyun olmamasından, Talış kəndinin sakinlərisə kəndiçi yolların bərbadlığından gileylənirlər. İkinci Udulluda yaşayan Ruhiyyə Səmədova deyir, bu kənddə adamlar çıxış yolunu evini satıb, paytaxta köçməkdə görür:

“Adamlar bezib, çoxu evini satışa qoyub. Hamı beş gün də insan kimi yaşamaq istəyir. Bu, hər bir insanın təbii arzusudur. Heyvan tapırıq, yem tapmırıq, nar satıb dolanırıq, ağacı suvarmağa ilin çox vaxtı da su tapmırıq. Ağaclarımız quruyur. Adamlara iş verilsin, kəndin cavanlarının karxanada daş yükləməkdən beli bükülüb. Nə qədər gəncimiz müharibədə şəhid oldu. Bunlar da sabahın, birigünün şəhidləridir, dövlət bunların belini niyə qırır burda? Niyə iş vermir insanlara?”.

Sakinlər düşünürlər ki, yaxınlıqdakı Kür çayından kəndə su çəkilsə, su problemi həll edilər:

“May ayı gələndə kənddə su qeybə çəkilir. Həyətlərimizə su çəkilsin, camaat susuzluqdan əziyyət çəkməsin. Kür böyrümüzdən keçir, ordan çəksinlər. Yolu düzəltsinlər. Birini sancı tutanda üstünə qaçmağa bir həkim məntəqəmiz olsun. Sovet vaxtı bunlar hamısı vardı. Xaraba yollarla xəstəni rayon mərkəzinə aparınca əlimizdə keçinir”.

Əli Hüseynovsa Talış kəndinin sakinidir. Onun sözlərinə görə, kəndiçi yollar o qədər bərbaddır ki, yağış yağanda evdən çölə çıxmaq mümkün olmur. Son bir neçə gündə yağan yağış yolları daha da keçilməz edib.

“Uşaqları palçığın-zığın içində böyütməkdən bezmişik. Məktəbə göndərə bilmirik, palçıq dizdəndir. Ayaqqabı almaqdan yorulmuşuq, yollarımıza ayaqqabı da davam gətirmir”.

Sakinlər deyir, kəndin yayı da, qışı da zülm içərisində keçir:

“Yayı bir zülmdür, qışı başqa zülm… Hara müraciət ediriksə, deyirlər, bələdiyyənin işidir, gedirik bələdiyyəyə, deyir, fondda pul yoxdur. Bir dəfə yağış yağdısa, sonra günlərlə palçıqlı su ortalıqdan çəkilmir. Hamının uzunboğaz, rezin çəkməsi var, ayağımıza sellofan bağlayıb, o çəkməni geyinirik. Nə vaxtadək belə davam edəcək? Biz də insan kimi yaşamaq istəyirik axı…”.

Kənd sakini Səbinə Hüseynova isə deyir, yığışıb öz maliyyə hesablarına bir neçə dəfə yolu alayarımçıq düzəltməyə çalışıblar:

“Kasıb kənddir. Heç çörəyə pul çatdırmırıq, o ki qala yolları düzəldə bilək… Kişilərimiz gedib rayonda günəmuzd bir iş tapıb, 3-5 manat qazanıb gəlirlər. Bir də kəndin yolunu, işığını, suyunu dzəltməliyik? Axı bildiyimiz qədər, dövlət bu işlərə pul ayırır. Ancaq bizə kəndimizə xərclənmiş pulların hesabatını verən yoxdur. Çünki reallıqda kəndimiz üçün heç bir məmur heç nə etmir”.

Hacıqabul Rayon İcra Hakimiyyətindən bildirilib ki, Udullu İnzibati Ərazi Dairəsindən keçən çay suları adətən yay aylarında mövsümlə əlaqədar quruyur. Hazırda kənddə su var. Kəndlərə yol çəkilişi də nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Digər problemlərin də həll olunması mərhələli qaydada planlaşdırılır. Talış kəndindəki daxili yolların təmiriylə isə kənd bələdiyyəsi məşğul olmalıdır. Vətəndaşlardan gələn şikayətlər bələdiyyəyə yönləndirilir. Bələdiyyənin fondunda isə pul yoxdur.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL