Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Qusarda sürüşmədən ziyan çəkənlər üçün tikilmiş evlər niyə boşdur?

Tarix:17-06-2019, 21:37 Baxış Sayı:84

Qusarda sürüşmədən ziyan çəkənlər üçün tikilmiş evlər niyə boşdur?

Yamyaşıl təpələrin döşündə 16 eyni biçimdə ev ard-arda düzülüb… Bəzilərinin divarlarının boyası tökülüb. Evlər bomboşdur, hiss olunur ki, bir çoxuna tikiləndən bəri insan nəfəsi dəyməyib.

Zənnimiz bizi aldatmır, öyrənirik ki, Qusarın Qənərçay kəndində 2008-ci ildə baş vermiş sürüşmədən zərərçəkənlər üçün tikilən 16 yeni evdən təkcə birində yaşayış var.

Elə o birində ailəsi ilə məskunlaşan Adil Dəmirov 11 il öncə üzləşdikləri təbii fəlakətdən danışır. O deyir ki, xoşbəxtlikdən o vaxt ölüm-itim olmadı, amma kənd sakinlərinin çoxu kəndi tərk etməli oldu.

“Prezidentin hədiyyə kimi verdiyi evlərdə yaşamaq lazımdır”, deyən Adil Dəmirov çətinliklərin də olduğunu deyir: “Bizə təkcə 4 divar verilib. Elə vaxt olur ki, evdə odun qalamasan, şaxta olur”.

“Başqa ərazi təklif etmişdik…”

Adil Dəmirovun ailəsi sürüşmədən sonra Xudata köçüb. Özü isə kənd məktəbinin direktoru olduğundan Qənərçayda qalıb:

“Bu evlərin tikildiyi ərazi bataqlıqdır, ona görə də nəmişlik olur. Təklif etmişdik ki, evləri başqa yerdə tiksinlər. Bu evlərə 1 kilometr məsafədə əvvəllər kənd camaatının istifadə etdiyi bir yer var idi. Amma razılaşmadılar. Evlər orda tikilsəydi camaatın yolu da olardı, mal-qara saxlamağa yeri də. 6 sot yerdə kənd sakini yaşaya bilməz, mal-heyvan saxlamalıdır axı..”

Bu evlərin ətraf kəndlərə, daha uzaqlara baş alıb gedən sakinlərini axtarıb. Onlardan biri, hazırda Sudur kəndində yaşayan Kərimxan Qəhrəmanov deyib ki, evini atıb getməyinin səbəbi çoxdur: “Bizim dolanışığımız mal-qaradan çıxır, yeni evlərin isə həyətyanı sahələrində əlavə tikililər, o cümlədən, tövlə yoxdur”.

Ailəsi ilə Sudur kəndində məskunlaşmış Mövlan Qasımov “boş evə necə köçüm” deyir. O danışır ki, evlərin təqdimatı zaman içərisində mebel olub, evlərə sayğac çəkilib, onlara tam təhvil veriləndə isə görüblər ki, “mebel nə gəzir”.

Mövlan Qasımovun da imkanı olmadığından ehtiyac duyduğu mebeli ala bilməyib, üstəlik, evlərin sayğacı da sökülüb.

Sakinlər evlərinə sənəd də ala bilmirmiş. Bəzi sakinlər deyir ki, sənədi olmadığına görə bu evlərdə yaşamağı doğru saymır.

Kəndin daxil olduğu Sudur inzibati ərazisi vahidinin bələdiyyə başçısı Qəzənfər Əmiraslanov evlərin boş qalmasının səbəbini sənədləşdirmədə görür: “Sakinlər evlərin onların hesabına keçirilmədiyi üçün orda yaşamır. Kimisi başqa bir mülkündə, kimisi isə kirayədə yaşayır”.

Fövqəladə Hallar Nazirliyi burda evlərin tikintisinə 2012-cü ildə başlanıb, iki ildən sonra evlər sahiblərinə təhvil verilib.

Azərtac agentliyi yazıb ki, tikilən 16 evlə yanaşı, sakinlərə 6 sot torpaq sahəsi də ayrılıb.

Bəs niyə evlərin hələ də sənədi yoxdur?

Qusar rayon İcra hakimiyyəti sənədi Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında Əmlak Komitəsinin verməli olduğunu deyir. Sakinlər isə hələ də bu rəyi ala bilmirlər.

Fövqəladə Hallar Nazirliyindən özünün tikdiyi evlərə rəy verməməsinin səbəbini öyrənmək mümkün olmayıb.

“Başqa adamın evindən bir-iki stol gətirildi”

Tikilən evlərin mebelsiz təhvilinə gəlincə, Qusar rayon icra hakimiyyəti yeni evlərdə mebellərin əvvəldən nəzərdə tutulmadığını deyir.

“Açılış vaxtı gələn qonaqlara çay süfrəsi üçün başqa adamın evindən bir-iki stol gətirilib, amma başqa otaqlarda mebel olmayıb”, icra hakimiyyətinin sözçüsü Şahid Fərəməzov deyir.

Sudur inzibati ərazi üzrə nümayəndəsi İkram Əsədov evlərin şəraitsiz olması iddiası ilə razılaşmır.

“Hər bir şəraiti var, bulaq var, işıq var, yol var. Yaşaya bilərlər”, o deyir.

“Sakinlər istəyirdilər ki, sürüşmə baş verən ərazidə tikilsin. Amma bu ərazi də sürüşməyə meyilli sayılıb, FHN, Ekologiya Nazirliyinin əməkdaşları o yerlərə baxış keçiriblər və tikinti üçün uyğun sayılmayıb”.

“Dövlət öz borcunu yerinə yetirib”

Evlərin boş qalması rayon rəhbərliyini “narahat etmir”, icra hakimiyyəti başçısının müavini Elman Mustafayev deyir ki, dövlət öz borcunu yerinə yetirib, mülki qəzalı vəziyyətə düşən vətəndaşa ev tikib verib.

“Biz vətəndaşın orada, Qusarda və ya Bakıda yaşamağına qarışa bilmərik. Dövlət ev tikib deyə vətəndaşı ömrünün sonuna qədər orada yaşamağa məcbur edə bilməz axı. Bu vətəndaşın öz işidir”.

Sürüşmədən sonra Qusarın Çubuqlu kəndinə köçən Səttar Əlimirzəyevin ailəsi yaydan-yaya bu evə gəlir. “Şəraitsizliyə görə ancaq yayda qala bilirik”, o deyir.

Səttar Əlimirzəyev ümid edir ki, qonşuları ilə birgə onun da ailəsi təkcə yaydan-yaya yox, ilboyu yaşamaq üçün doğma yerlərə qayıda biləcəklər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL