Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Argentina millisi Qəzzaya görə İsraillə oyundan imtina etdi

Tarix:7-06-2018, 14:16 Baxış Sayı:98

Argentina millisi Qəzzaya görə İsraillə oyundan imtina etdi

Argentina Dünya Kubokuna hazırlıq çərçivəsində İsraillə keçiriləcək yoldaşlıq görüşünü ləğv edib. Bəzi xəbərlərə görə bu qərar İsrailin Qəzza zolağında fələstinlilərlə davranışına etiraz olaraq qəbul edilib.

Hər halda Argentina yığmasının hücumçusu Gonzalo Higuain deyib: “Nəhayət ki, biz düz olanı etdik”.

İsrailin müdafiə naziri deyib ki, “Argentina futbolçularının anti-İsrail kampaniyasına tab gətirməməməsi çox pis hadisədir”.

Avigdor Lieberman deyib ki, “biz bir qrup antisemit terror dəstəkçiləri qarşısında boyun əyməyəcəyik”.

BBC xəbər verir ki, İsrailin baş naziri Benjamin Netanyahu hadisə ilə əlaqədar Argentina prezidentinə zəng edib. Lakin Argentina prezidenti Mauricio Macri deyib ki, “bu məsələdə onun edə biləcəyi bir şey yoxdur”.

Argentinanın xarici işlər naziri Jorge Faurie deyib ki, onun məlumatına görə İsraillə oynamaqdan imtina etmək qərarını Argentina futbolçularının özləri qəbul ediblər.

Bu xəbər Qəzza zolağında alqışlanıb. Burada son etirazlarda 120-dək fələstinli İsrail qüvvələri tərəfindən öldürülüb.

İşğal olunmuş Qərb sahilindəki Ramallahda Fələstin Futbol Federasiyası Argentina hücumçusu Lionel Messi və onun komanda yoldaşlarına təşəkkürünü bildirib.

Federasiyanın sədri Jibril Rajoub deyib ki, “baş verən hadisə bütün dünyanın israillilərə göstərdiyi qırmızı kartdır”.

Matçın ləğv olunmasından əvvəl cənab Rajoub İsraili bu yoldaşlıq görüşündən siyasi alət kimi istifadə etməkdə ittiham etmişdi. O fələstinliləri Messinin şəkli olan maykaları yandırmağa çağırmışdı.

İsrail rəsmiləri bidliriblər ki, cənab Rajoub-un bu bəyanatı ilə bağlı dünya futbol qurumlarına şikayət edəcəklər.

Bu oyunun ləğv olunmasına çağıran Avaaz kampaniya qrupu Argentina komandasını “cəsarətli qərara” görə təqdir edib.

Kampaniyanın sözçüsü Alice Jay deyib ki, “cəmi bir neçə kilometrliyində silahsız etirazçılar öldürülən Yerusəlimdə keçirilən matç yoldaşlıq adına layiq olmazdı”.

İsrail iddia edir ki, onun hərbi snayperləri fələstinlilərə yalnız özünümüdafiə məqsədi ilə atəş açıblar.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL