Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

““Qarabağ” “Viktoriya”dan güclü idi” - Çerçesov

Tarix:22-09-2022, 10:01 Baxış Sayı:27

““Qarabağ” “Viktoriya”dan güclü idi” - Çerçesov

Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la oyunlarda uğursuz olmalarının (1:1, 1:3) səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya mətbuatına danışan Çerçesov, ÇL-in pley-offunda “Qarabağ”ın “Viktoriya”dan (Plzen, Çexiya) da güclü olduğunu deyib:

“Bir büdrəmə, bir uğursuz gün, ötürmə, yanlış fitlə hər şey bitə bilər. “Qarabağ”la evdəki oyunda da belə alındı. Oyunun əvvəlində bizim qapıdan uzaqlaşmaqda olan rəqib hücumçuya ötürmə ilə demək olar ki, özümüzə qol vurduq. Təkbətək və artıq 5-ci dəqiqədə hesab 0:1 oldu. Azərbaycan komandası ilə səfərdə keyfiyyətli futbol oynayıb, 1:1 hesablı heç-heçəyə nail olmuşduq. Evdə isə belə başladıq və vəziyyəti dəyişməyi bacarmadıq.

Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Viktoriya”dan da yaxşı idi. “Qarabağ”ın qapıçısı bizimlə oyunda yüksəlişdə idi və hər topu tuturdusa, orada fərqli alındı. Azərbaycan çempionu rəqibdən güclü oynadı, amma Çempionlar Liqasının qrupuna düşə bilmədi. “Qarabağ” ənənələrə malik və səviyyəli komandadır”.

Çempionlar Liqası ilə vidalaşan “Ferentsvaroş” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL