Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Şərur sakini bələdiyyəni hərracsız torpaq satmaqda ittiham edir

Tarix:28-04-2023, 18:00 Baxış Sayı:15

Şərur sakini bələdiyyəni hərracsız torpaq satmaqda ittiham edir

Ekspert tikintinin hərracdan öncə aparılmasını qanun pozuntusu sayır

Şərurun Zeyvə kənd sakini Afiyəddin Cəfərov yerli bələdiyyədən narazıdır.

O, Meydan TV-yə deyir ki, Zeyvə Kənd Bələdiyyəsinə torpaqla bağlı etdiyi müraciətə cavab verilmir:

“Təxminən doqquz ay öncə Şərurun Zeyvə Kənd Bələdiyyəsinə torpaq almaq üçün ərizə ilə müraciət etmişəm. Dövlət rüsumunu ödəyib beş yüz kvadratmetr torpaq almaq istəyirdim. Doqquz ay ərzində bələdiyyədən heç bir xəbər çıxmadı. Son bir ayda həmin ərazidə tikinti işlərinin aparıldığını gördüm”.

Şikayətçi iddia edir ki, bələdiyyə torpaqları hərraca çıxarılmadan satılıb:

“Öyrəndim ki, bütün bələdiyyə torpaqları sənədləşdirilib və satılıb. Bələdiyə sədri Şəmsəddin Cəfərov da mənə dedi ki, torpaqlar hələ satılmayıb. Hərraca çıxarılmayıb. Belə çıxır ki, kimlər rüşvət veribsə, həmin torpaqları alaraq, orada tikinti işlərinə başlayıblar”.

Afiyəddin Cəfərov məsələ ilə əlaqədar dəfələrlə Naxçıvan Şəhər İcra Hakimiyyətinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə getdiyini, hətta Prezident İlham Əliyevə məktub yazdığını deyir:

Ali Məclisə getdim, şikayətimi bildirdim. Mənə dedilər ki, narahat olma, məsələn həll olunacaq. Dəfələrlə icra  hakimiyyətinə getdim, axırda torpaq şöbəsindən mənə iki nəfər nümayəndə verdilər. Nümayəndələrlə istədiyim torpağı ölçməyə getdik. Bütün işlər görüləndən sonra mənə dedilər ki, narahat olma, məsələ həll olunacaq. Üzərindən bir müddət keçdi. Torpağı başqa adama veriblər. Hazırda ərazidə tikinti işləri gedir”.

Onun sözlərinə görə, bələdiyyə sədri həmin torpağı digər vətəndaşa verməyini belə əsaslandırıb ki, ərazi həmin şəxsin torpaq sahəsinin qarşısındadır:

Dedi ki, hərrac vaxtı dövlət rüsumunu ödəyib torpağı alacaq. Cavabında dedim ki, mən də bələdiyyə rüsumunu ödəyib, alacaqdım. Mənə deyirlər ki, kimin pulu çoxdursa, torpağı o alacaq. Hazırda həmin ərazidə inşaat işləri gedir”.

Zeyvə Kənd Bələdiyyəsinin sədri Şəmsəddin Cəfərov hərracdan öncə həmin ərazidə tikintinin aparıldığını təsdiqləyib.

O, Meydan TV-yə bildirib ki, Zeyvə bələdiyyəsi tərəfindən dörd-beş sakinin sənədləri aidiyyəti qurumlara göndərilib:

Hələ ki dəqiq qiymətləndirmə yoxdur. Qiymətləndirmənin may ayında dəqiqləşəcəyini güman edirik. Torpaqlar hərrac yolu ilə veriləcək. Qiyməti dövlət qoyacaq. Həmin ərazidə Zaur Axundovun altı yüz kvadratmetr şəxsi torpağı var. Ona verilən əlavə beş yüz kvadratmetr torpaq da protokollaşdırılaraq, aidiyyəti qurumlara göndərilib. Zaur Axundov həmin ərazidə maşın təmiri servisi açacaq. Servisin də layihəsi  Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. O da digər vətəndaşlar kimi hərracı gözləyir. Bəli, həmin yeri hörüb. Bundan aidiyyəti qurumların da xəbəri var. Torpağa rəy verilib, pulunu da ödəyiblər. Hamının işi hərraca qalıb”.

Şəmsəddin Cəfərov deyir ki, həmin ərazidəki digər torpaqlar da artıq başqa vətəndaşlara satılıb:

“195 kvadratmetr yer dükan üçün verilib. Hazırda tikinti işlərinə başlayıblar. Başqa bir vətəndaşa 500 kvadrat metr ərazi çay evi açmaq üçün verilib. Düzdür, bu gün həmin torpaqlar onlara aid deyil. Hələ ki həmin vətəndaşlara kimliyindən asılı olmayaraq, torpağın sənədi verilməyibsə, heç bir vətəndaşın hüquq çatmır ki, “bura mənimdir” desin”.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Meydan TV-yə deyib ki, qanunvericiliyə əsasən, torpaq hərraca çıxarılıbsa, satılmamışdan öncə ərazidə tikinti işləri aparmaq qanun pozuntusudur:

“Qanunla vətəndaş həyətyanı torpaq, yaxu da sahibkarlıq fəaliyyəti üçün ərazi istəyəndə rəsmi şəkildə bələdiyyəyə müraciət edir. Bələdiyyə də müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarır və qərara gəlinir ki, vətəndaşın sənədləri hazırlansın və tələb olunan səviyyədə ona torpaq verilsin. Bələdiyyə lazımi sənədləri toplayır. Vətəndaşın istədiyi ərazidə olan torpaq hərraca çıxarılır. Sənədlərin təsdiqlənməsi bir neçə instansiyadan keçir. Rəy alınandan sonra vətəndaşın istədiyi torpaq hərraca çıxarılır. Tikinti işləri aparıb, sonra torpağı hərraca çıxarmaq tam qanunsuz bir məsələdir. Bu, heç bir məntiqə sığmır və qanunvericilikdə belə məsələlər yolverilməzdir”.

Vüqar Tofiqli. Foto: screenshot İTV

Ekspert qeyd edib ki, Afiyəddin Cəfərov öncə Naxçıvanda Ədliyyə Nazirliyinin müvafiq qurumuna müraciət etsin:

Həmçinin də məhkəməyə şikayət versin. Fakt odur ki, burada daha çox həmin rayonun icra hakimiyyətinin məsuliyyəti var. Bu prosesdə müəyyən məsələlərə nəzarət onlardadır. Tutaq ki, vətəndaş xərc çəkib hərraca çıxarılmayan torpaqda obyekt tikib. Birdən başqa bir vətəndaş hərracı udsa, çəkilən xərcin aqibəti necə olacaq? Bu, ciddi qanun pozuntusudur. Əvvəlcə torpaq sənədləşdirilməlidir. Sənədləşdiriləndən sonra təsdiq edilən eskizə uyğun sahibkarlıq fəaliyyəti təsdiqini tapmalıdır. Bundan sonra vətəndaş, sahibkar həmin ərazidə nəsə iş görə bilər. Torpağın sahibi məlum olandan və çıxarış alınandan sonra tikinti işi aparıla bilər”.

Məsələ ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL