Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Prezident İqamətgahına görə qarajı söküldü

Tarix:10-06-2019, 16:48 Baxış Sayı:42

Prezident İqamətgahına görə qarajı söküldü

9 ildir nə kompensasiya verilir, nə də qaraj

Ataxəlil Süleyman oğlu Həkimov uzun illər BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığında menecer işləyib. İndi təqaüdçüdür. Redaksiyaya yolladığı şikayətin məktubunda illərdir həll olunmayan problemindən yazır:

“1989-cu ildə, Bakının Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 136, mənzil 34-də (indiki Ə.Əbdürəhimov küçəsi) özünə 2 otaqlı, 40 kv.metr ərazisi olan mənzil aldım. Yaşadığımız  bina Prezident İqamətgahının qarşısında aparılan abadlıq işləri ilə əlaqədar söküldü. Bundan sonra həmən binada yaşayan ailələrə, həmçinin bizə də, elə adı saxlanılmaqla yeni bina tikilərək təhvil verildi. Yaşadığımız köhnə binanın yaxınlığında mənə və başqa 27 şəxsə məxsus qeyri-yaşayış sahəsi – qaraj (2010-cu ildə Nazirlər Kabinetinin 10 mart 2000-ci il, 40 nömrəli Qərarı, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil Kommunal Təsərrüfatı Departamenti, İstismar Yığımı 54-Q-131 saylı Müqaviləsi ilə – Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi, ev 132-nin həyətində yerləşən, mənə verilmiş 18 kv.metr ərazisi  olan)söküldü. Həmən vaxt mənə bildirildi ki, sökülən qarajın  yerləşdiyi ərazi əvəzinə yaxın müddətdə elə həmən ölçüdə yeni sahə veriləcək…

O çağdan 9 ildən çox vaxt keçir…

Bu məsələ ilə əlaqədar dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə rəsmi və şifahi müraciətlər etmişəm. Hər dəfə müraciətimə baxılacağı bildirilib. Lakin bu məsələ hələ də öz həllini tapmayıb. Hətta Nərimanov Rayon  İcra  Hakimiyyətinə  son rəsmi  müraciətindən sonra, Nərimanov Rayon MKTB-dən, rəis E.Həşimovun  imzası  ilə, 26.10.2018-ci  il  tarixli, 71-48  saylı  bildirişdə  mənə – “Nərimanov  RİH-dən həmən  müəssisəyə  daxil  olmuş  22.10.2018-ci  il  tarixli, H-124-150  saylı  məktubla, yaşadıqları  binanın  həyətyanı  sahəsində  istifadəsində  olmuş  və  2010-cu  ildə  sökülmüş  qaraj  yerinin  yenisilə  əvəz olunması  və  ya  kompensasiya  ödənilməsi  üçün  tapşırıq verildiyi bildirildi. Lakin elə həmin bildirişdə – mövcud Qanunvericiliyə  görə, Bakı  şəhərinin  Baş Planına  uyğun  olaraq, Dövlət  əhəmiyyətli və  eləcədə  digər  işlər  aparılacağı  zaman  tikinti  zonasına  düşən müvəqqəti  qurğular  heç bir  kompensasiya  ödənilmədən  sökülə  biləcəyi, bütün  qarajların  müvəqqəti  qurğu  hesab  edildiyi  və  bu səbəbdən  mənə  heç bir  kömək  göstərilməyəcəyi  izah edildi… 2010-cu ildə qarajları, zirzəmi və yarımzirzəmiləri sökülən 27 şəxsin bir çoxu torpaq sahəsi və ya onun əvəzində maddi kompensasiya ilə təmin edilib. Amma mənim bu məsələ ilə əlaqədar problemim hələ də həll olunmayıb”.

Maraqlıdır ki, Nərimanov Rayon MKTB-dən, rəis  E.Həşimovun  imzası  ilə, 26.10.2018-ci  il  tarixli, 71-48  saylı  bildirişdə Həkimova  edilən izahlardan fərqli olaraq –  onunla Nərimanov Rayon MKTB arasında imzalanmış və 31.12.2025-ci ilədək qüvvədə  olan – 2010-cu ildə, Nazirlər Kabinetinin 10 mart 2000-ci il, 40 nömrəli Qərarı, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil Kommunal Təsərrüfatı Departamenti, İstismar Yığımı 54-Q-131 saylı Müqaviləsində, həmin vaxt rəsmi şəkildə ona verilmiş qarajın “müvəqqəti qurğu olması” barədə heç bir qeyd yoxdur və ona həmin dövrdə Qanunvericiliyə əsasən: istənilən vaxt söküləcəyi izah edilməyib…

Ataxəlil Həkimovun sözlərinə görə, həmən ərazini almaq üçün müvafiq dövrə uyğun minimum əmək haqqından kifayət qədər yüksək sayılacaq vəsait xərcləyib. Həmçinin, ondan fərqli olaraq, qaraj və zirzəmiləri sökülən, Prezident Aparatı və digər yuxarı instansiyalarda çalışan qonşularının bəziləri sökülən ərazinin əvəzində kompensasiya və ya torpaq sahəsi ilə təmin edilib…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL