Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Rusiyadakı azərbaycanlılar Putinin Ukraynadakı müharibəsinin qurbanları ola bilərlər

Tarix:22-09-2022, 09:33 Baxış Sayı:21

Rusiyadakı azərbaycanlılar Putinin Ukraynadakı müharibəsinin qurbanları ola bilərlər

AXCP sədri Əli Kərimli

Hazırkı bir nömrəli milli vəzifəmiz Rusiyada yaşayan azərbaycanlıları Putinin Ukrayna ilə müharibəsindən xilas etmək olmalıdır. Əks təqdirdə Rusiyada yaşayan minlərlə azərbaycanlı Putinin Ukrayna ilə savaş avantürasının qurbanı ola bilər. Hərbi səfərbərlik Rusiya vətəndaşı olan azərbaycanlıları da əhatə edəcək. Rusiya vətəndaşlarının 603 min nəfəri azərbaycanlılardır. Rusiya azərbaycanlıları arasında böyük çoxluq 20-45 yaşlı kişilərdir. Onlar isə hərbi səfərbərliyə çağırılacaq. Hesablamalar göstərir ki, Rusiya hakimiyyəti minlərlə, bəlkə də 10 minlərlə azərbaycanlını Ukrayna ilə savaş üçün səfərbərliyə cəlb edə bilər. Özgəsinin, həm də avantürist və işğalçı müharibəsində kütləvi şəkildə həyatını itirmək Əliyevlər hakimiyyətinin Vətəndən didərgin saldığı soydaşlarımız üçün çox ağır faciə olar.

Ancaq Rusiyada yaşayan soydaşlarımız üçün yeganə təhlükə bu deyil. Rusiyada təqribən 1.4 milyon nəfər də Rusiya vətəndaşı olmayan azərbaycanlı yaşayır. Rusiya hakimiyyəti Rusiyada müvəqqəti yaşayan, vətəndaşlığı olmayan miqrantlara təklif edir ki, Rusiyada hərbi xidmət müqaviləsi imzalayıb, Ukrayna ilə savaşa gedib, Rusiya vətəndaşlığı alsınlar. Vətəndə özünə heç bir perspektkv görməyən, Rusiyada da vətəndaşlığı olmadığı üçün çətinlik çəkən xeyli sayda soydaşımızın da bu tələyə düşəcəyindən çox narahatam.

Rusiyada yaşayan azərbaycanlıların bu acınacaqlı duruma düşməsinin məsuliyyəti də 30 illik Əliyevlər iqtidarının üzərinə düşür. Bu ölkə normal inkişaf etsəydi, ölkəmizdə iş yerləri olsaydı, milyonlarla azərbaycanlı Vətəndən didərgin düşməzdi, hazırda da Putin işğalçılığının qurbanı olmaq təhlükəsilə üzləşməzdi.

Azərbaycan hakimiyyəti son aylarda da quru sərhədlərini açmamaqla soydaşlarımızın Rusiyanı tərk etməsini çətinləşdirib. İndi heç olmasa millətcə, hamılıqla soydaşlarımızın xilası üçün təcili tədbir görməliyik:

  1. Hamılıqla hakimiyyətdən tələb etməliyik ki, ən azı Rusiya ilə quru sərhədlər açılsın. AZAL qiymətləri qaldırmadan Rusiya şəhərləri ilə Bakı arasındakı aviaresyləri artırsın.
  2. Xalq olaraq hamılıqla Rusiyada yaşayan soydaşlırımıza izah etməliyik ki, Putinin işğalçılıq müharibəsində iştirakdan bütün mümkün vasitələrlə yayınsınlar.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL