Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Soçi görüşünün yaratdığı suallar

Tarix:1-11-2022, 12:26 Baxış Sayı:25

Soçi görüşünün yaratdığı suallar

Milli Şuranın sədri Cəmil Həsənli

Soçi görüşü və yekunları haqqında bizim camaat lazım olduğundan çox optimistdir. Soçidə yeni bir şey olmadı deyə yorumlar var. Bunu İlham Əliyevin, Azərbaycan diplomatiyasının qələbəsi, Putinin (Vladimir padşah) planlarının iflası kimi təqdim edənlər də var. Əlbəttə, ilk baxışda bəlkə də, yeni bir şey yoxdur. Amma suallar doğuran bəzi məqamlar da yox deyil.

Əvvəlcə məsələnin müsbət tərəfini qeyd edək. İlham Əliyev Vladimir padşahın hüzurunda bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Biz də inanmaq istəyirik belədir. Amma gercək mənzərə bunu təsdiq etmir. Qarabağın Dağlıq hissəsində Azərbaycanın suverenlik atributları işləmir.

Valdimir padşah Valday ritorikasını axıra qədər Soçidə reallaşdıra bilmədi. Məlum oldu ki, razılaşdırılmayan məqamlar razılaşdırılanlardan daha çoxdur.

Digər diqqəti çəkən məqamlar:

1.Vladimir padşah dedi ki, Söçi görüşü onun yox, Azərbaycan və Ermənistan rəhbərlərinin xahişi, müraciəti və təşəbbüsü ilə keçirilib. Ermənistanla bağlı məsələ aydındır. Azərbaycan rəhbərliyi niyə bu görüşün təşəbbüsçüsü olmalıydı və onun keçirilməsin Vladimir padşahdan xahiş etməli idi? Burada Brüssel və Praqa prosesi ilə yanaşı Rusiyanın yolunu saxlamaq cəhdi, regionda möhkəm və uzunmüddətli sülhün bərqərar edilməsinə yönəlmiş Vaşinqton nizamlanmasını pozmaq niyyəti yoxdur ki?

2.Valdimir padşah elan etdi ki, biz ekspertlərin hazırladığı sənəddən bir sıra məsələləri çıxardıq, onu olduğu kimi imzalamadıq. Bu ekspertlər kimlərdir və onların hazırladığı sənədin məzmunu nədən ibarət olub? Azərbaycanın ekspertləri o sənədin hazırlanmasında iştirak edibmi? Həmin sənəddən çıxarılan məqamlar hansılar olub? Rusiya sülhməramlılarının vaxtının uzadılması ilə bağlı maddə ekspertlərin hazırladığı sənəddə yer alıbmı? Bu ekspertlər məsələsi də xeyli suallar doğurur.

  1. Bizim bir sıra təhlilçilər qeyd edirlər ki, Putinin Valday çıxışında səsləndirdiyi “Qarabağın özünə məxsusluğunu”, Qarabağda sülhməramlıların vaxtının uzadılması, Zəngəzur dəhlizi və sair məsələlər Soçi görüşündə müzakirə edilməyib. Əgər bu məslələr yekun bəyanatda öz əksini tapmayıbsa bu hələ o demək deyil ki, müzakirə olunmayıb. İstər ikitərəfli, istər üçtərəfli danışıqlar bağlı qapılar arxasında keçirilib, orada nəyin və necə müzakirə edildiyi ictimaiyyətə bəlli deyil.
  2. Bizim ziyanımıza bəyanatda nə var? Bu ilk növbədə Rusiya sülhməramlıları və onun perspektivi ilə bağlıdır. Sənəddə qeyd edilir: “Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq”. Vladimir padşah maraqlı gediş etdi. O, Əliyevə xatırlatdı ki, siz bu sülhməramlıların öz missiyasını nümunəvi yerinə yetirməsi ilə bağlı dəfələrlə bizə təşəkkür etmisiniz. Valday çıxışında isə sülhməramlıların missiyasını Putin daha açıq ifadə etmişdi. “Qarabağın özünə məxsusluğunu” təmin etmək və bu özünə məxsusluğu statusla tamamlamaq. Əlbəttə, Vladimir padşah ehtiyat edirdi ki, bu açıqlamadan sonra Azərbaycan Rusiya sülhməramlıların bölgədən vaxtından əvvəl çıxarılması məsələsini qoya bilər. Çünki “Qarabağın özünə məxsusluğu” məsələsi onların mandatına aid deyil. Amma Əliyev bu məsələni qoymadı. Əvəzində onların təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edildi və sülhməramlıların regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğu rəsmi sənəddə vurğulandı. Biz isə sevinirik sülhməramlıların müddəti uzadılmadı. Halbuki, onların müddətinin uzadılmasına hələ iki il yarım vaxt var. Bu gün Rusiya sülhməramlılarının “töhfəsini” və onlara “ehtiyac” olduğunu rəsmiləşdirmək, sabah onun vaxtını uzatmaq üçün Rusiyanın əlində bir vasitə olacaq. Ona görə də Vladimir padşah nə etdiyini yaxşı bilir və bu məsələdə Rusiya diplomatiyası alt yapı hazırlayır.
  3. Və nəhayət “Azərbaycan Respublikasının və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını alqışladılar”. Ermənistan üçün aydındır. Rusiyanın Cənubi Qafqazda missiyası ilə bağlı 3-4 gün əvvəl Lazarev klubu adı ilə Moskva – Yerevan tele körpüsündəki (75 nəfər Ermənistan tərəfdən, Zatulin başda olmaqla 45 nəfər Rusiya tərəfindən) və Xankəndi mitinqindəki ritorika göz önündədir: əgər Ermənistan “Arsax respublikası”nın təhlükəsini təmin etmirsə, ikitərəfli (Arsax – Rusiya) qaydada bu missiyanı Rusiya öz üzərinə götürməlidir. Valdayda İsgəndəryanın sualı göydən düşməmişdi. Sual da, cavab da məxsusi olaraq Soçi “ab-havası” üçün, Putinin əlini gücləndirmək üçün əvvəlcədən Rusiya polittexnoloqları tərəfindən hazırlanmışdı. Yəni diplomatik dildə desək biz bu sənəddə Rusiyanın “Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını” alqışlamaqla, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş siyasəti alqışlamış oluruq.
  4. Soçidəki müzakirələrlə və qəbul edilmiş yekun bəyanatdakı bəzi suallar doğuran müddəalarla Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə yol açmır, əksinə onu qeyri-müəyyən vaxta ertələyir. Mübahisəni saxlayır, məşhur təmsildə olduğu kimi hər dəfə tərəflərin birinin payını çox etməklə mübahisəni sonsuzluğa doğru uzadır. Həm də bizim BMT və beynəlxalq birliklər tərəfindən tanınan ərazilərimizin mübahisələndirilməsi hesabına.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL