Anons

27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...

25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir

25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO

25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb

25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…

25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı

25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?

25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir

23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb

23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)

23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı

23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR

23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...

22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’

22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO

22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb

22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar

22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”

22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB

Haqqımızda Əlaqə

AXCP üzvü “Azərişıq”la bağlı etirazından sonra həbs olundu

Tarix:31-01-2023, 21:58 Baxış Sayı:12

AXCP üzvü  “Azərişıq”la bağlı etirazından sonra həbs olundu

“Şəhidin qardaşını 85 yaşlı nənəsinin işığının kəsilməsinə etiraz etdiyinə görə şərləyib həbs edirlər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin üzvü Elnur Həsənov həbs olunub. Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov onun İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka həbs olunması haqda qərar çıxarıb. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Elnur Həsənov yanvarın 31-də səhər saatlarında “Azərişıq” ASC-nin Yasamal şöbəsində saxlanılıb.

“Elnur Həsənovun qardaşı Teymur Həsənov Qarabağ döyüşlərində şəhid olub. Nənəsi onun himayəsindədir. 85 yaşlı qadın imtiyazlı ailələr kateqoriyasına aiddir. “Azərişıq”ın əməkdaşları qışda, bu soyuq günlərdə gəlib yaşlı qadının işıqlarını kəsiblər. Elnur Həsənov iki gün əvvəl sosial media vasitəsilə onların bu davranışını tənqid eləmişdi. Ümumiyyətlə, hökumətin sosial siyasəti, öz vətəndaşlarına qarşı münasibətilə bağlı tənqidi fikirlər səsləndirmişdi. O bildirmişdi ki, ölkədə baş verən bütün qanunsuzluqlara görə məsuliyyət hakimiyyətin, o cümlədən ölkə başçısının üzərindədir”, – AXCP-dən bildirilib.

Foto: Elnur Həsənovun şəxsi arxvindən

Elnur Həsənov yanvarın 30-da “Facebook” hesabında yazmışdı ki, sosial media hesabında bir gün əvvəlki çıxışından sonra üç nəfər tərəfindən izlənilir.

“Dünənki çıxış deyəsən kimlərisə çox narahat edib. Qapımızı 3 dənə enli kürək kəsdirib, məlumatlı olun”, – AXCP üzvü belə yazmışdı.

AXCP-dən bildirilib ki, Elnur Həsənov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək:

“Şəhidin qardaşını 85 yaşlı nənəsinin işığının kəsilməsinə etiraz etdiyinə görə şərləyib həbs edirlər. Bu, nə biabırçılıqdır?!”

Meydan TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL