Anons

27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...

25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir

25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO

25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb

25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…

25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı

25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?

25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir

23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb

23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)

23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı

23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR

23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...

22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’

22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO

22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb

22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar

22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”

22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB

Haqqımızda Əlaqə

Adil Qeybulla ADR-dən istefa verdi

Tarix:15-03-2023, 11:58 Baxış Sayı:0

Adil Qeybulla ADR-dən istefa verdi

Qubad İbadoğlu: “Siyasət bir sənətdir, amma riyakarlıq sənəti deyil”

Professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verib.

O, bu barədə “Facebook” hesabında məlumat yayıb.

Adil Qeybulla istefasının səbəblərini hərəkatın antidemokratik idarə olunması ilə əlaqələndirib.

Professor yazır ki, bir müddət Vurğun Əyyubun nüfuzu fonunda hərəkatın strukturları qurulub, təşkilat qısa müddət ərzində nüfuz qazanıb, bir neçə müraciətdən sonra Ədliyyə Nazirliyindən də qeydiyyatdan keçib:

Vurğun bəy partiyada 1-ci müavin vəzifəsini tuturdu. Vurğun bəyin  dünyasını dəyişməsindən sonra distansion idarə olunan təşkilat partiyaya çevrilmək qərarını verdi. Demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur”.

“Təşkilatı Zoom proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur. Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun “əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub”, – deyə Qeybulla əlavə edib.

Professorun fikrincə, bu durum partiya daxilində ikitirəliyin, mövqe savaşının əsasını qoyub:

Adil Qeybulla. Foto: publika.az

Beləliklə, partiyada qeybət mədəniyyətinə, vicdanlı üzvlərə qarşı şantaj, gözdənsalma kampaniyasına start verildi. Rayon təşkilatlarına kriminal ünsürlərin, reputasiyası zədəli şəxslərin yerləşdirilməsi, saxta seçkilər, rayon təşkilatlarının qurulması haqda görüntü yaratmaq, təşkilat üzvləri arasında partiya sədri haqda üfürülmüş nüfuz və sərsəm xülyalarla illüziyalar formalaşdırmaq bir qrup şəxsin fəaliyyət proqramına çevrildi. Antik dövrlərin mumiyalarını xatırladan vücudların bayraq statusunu ala bilməyən ağ parçanın fonunda poz verərək apardığı müdəllidlik kompaniyalarının kompozisiyaları da bunu bir daha sübut edir”.

Siyasi partiyalar haqqında” məlum qərardan sonra, heç kimlə məsləhətləşmədən qeydiyyatdan keçə bilməmiş bakirə bir təşkilatın mərkəzi strukturlarının müəmmalı şəkildə, avtoritar mahiyyətli və ədalı bir sərəncamla buraxılmasından (dekapitasiya edilməsindən) sonra yenidən həmin buraxılmış strukturlarla birgə təşkil etdiyi onlayn toplantının isə hamınız şahidi oldunuz”, – Qeybulla belə yazıb.

Yanvarın 12-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) mərkəzi icra strukturları buraxılıb.

Partiyanın sədri Qubad İbadoğlu səbəb kimi dövlət başçısı İlham Əliyevin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar haqqında” Qanununu göstərib.

Meydan TV Adil Qeybullanın fikirləri ilə bağlı Qubad İbadoğluna sorğu göndərib.

Hərəkatın sədri deyib ki, ADR Partiyası Azərbaycandakı avtoritar rejimə qarşı olduğundan belə hallar gözləniləndir:

Odur ki, geniş açıqlamaya ehtiyac görmürəm. Yeganə ricam odur ki, Vurğun bəyin təmiz adını çirkli dillərinə dolamasınlar. Siyasət bir sənətdir, razıyam, ancaq riyakarlıq sənəti deyil, biz fərdlərə yox, rejimə qarşı mübarizə aparırıq və bu mübarizədə yeganə silahımız dürüstlükdür”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb.

17 oktyabr 2021-ci ildə keçirilmiş təsis qurultayında partiya elan edilib.

2023-cü ildə ADR Partiyası icra strukturlarını buraxaraq yenidən özünü hərəkat elan edib.

Hərəkatın sədri iqtisad elmləri doktoru Qubad İbadoğludur.

Meydan TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL