Anons

6-09-2023, 16:30- Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.

30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir

27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi

26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah

26-07-2023, 13:31- REKTOR XOFU

25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq

24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında

22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir

21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı

21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı

19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir

19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”

17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır

17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."

17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."

16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir

15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir

Haqqımızda Əlaqə

Paşinyan 27 erməninin Xankəndinə buraxılmamasını “insident” adlandırdı

Tarix:7-04-2023, 14:00 Baxış Sayı:25

Paşinyan 27 erməninin Xankəndinə buraxılmamasını “insident” adlandırdı

Baş nazir Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icra olunmadığını deyir

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 4-də tanınmayan Dağlıq Qarabağ Respublikasının 30 nəfərə yaxın vətəndaşını Laçın dəhlizində beş saat saxlanılmasını “açıq-aşkar insident” adlandırıb.

Daha bir dəhşətli hadisə Dağlıq Qarabağın bir qrup sakininin Gorusdan Stepanakertə (Xankəndi) gedərkən yenidən öz evlərinə qayıtmasına icazə verilməməsi ilə baş verib”, – deyə Baş nazir hökumətin 6 aprel iclasında bildirib.

Aprelin 4-də axşam Rusiya sülhməramlılarının Laçın yoluyla Gorusdan apardığı 27 erməni Xankəndinə buraxılmayıb.

Bu zaman halı pisləşən qadınlara ilkin tibbi yardımı azərbaycanlı həkimlər göstərib.

Onlara Şuşada tibb məntəqəsinə yerləşmək təklif edilsə də, imtina ediblər.

Ona görə də qadınları TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin) iki təcili yardım maşını ilə Xankəndi xəstəxanasına aparıblar.

N.Paşinyan çıxışında Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin açılması ilə bağlı qərarının icra olunmadığını bir daha xatırladıb.

Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin bir sıra yüksəklikləri nəzarətə götürməsində gəlincə, Baş nazir deyib ki, ermənilərin mövqelərində heç bir dəyişiklik yoxdur, sadəcə, Ermənistan-Dağlıq Qarabağ marşrutunda dəyişiklik olub:

“Bizim qiymətləndirməmizə görə, bəzi yerlərdə Azərbaycan tərəfi sərhəddən 100-300 metr aralıda Ermənistan ərazisində məskunlaşıb və mühəndis işləri aparıb. Bundan sonra hər iki tərəfin kartoqraflarının vəziyyəti düzəltməsi qərara alındı. Sərhədçilərin dislokasiya yerlərinin tənzimlənməsi işləri aparıldı və vəziyyət bir qədər yaxşılaşdı. O cümlədən, 12 km-dən 7-də dislokasiya məntəqələri dəqiqləşdirilib, 5 km-də işlər davam etdirilir”.

Aprelin 1-də Ermənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələri görüşüb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, tərəflər sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparıb və nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb.

Ancaq Azərbaycan tərəfi bu günə qədər görüş barədə rəsmi məlumat verməyib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

 

Meydan TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL