Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Medalla ağzına qıfıl, əllərinə qandal vurduranlar xalqa SÖZünü harası ilə deyəcək?!

Tarix:4-06-2019, 13:00 Baxış Sayı:161

Medalla ağzına qıfıl, əllərinə qandal vurduranlar xalqa SÖZünü harası ilə deyəcək?!

Məlahət Ağacan Rübabə

 Aprelin 6-sı Azərbaycanın on milyonuncu vətəndaşı  dünyaya gəldi. Dövlət səviyyəsində gəlişi qeyd olundu, şərəfinə konsertlər verildi, göyə fişənglər atıldı, havaya şarlar buraxıldı… Telefonlara  on milyonuncu  vətəndaşın gəlişi münasibətilə SMS-lər gəldi, metroda hər stansiyada təbriklər səsləndirildi… Elə həmin günlərdə N saylı hərbi hissənin qəzalı silah anbarından dəmir oğurluğu etmək istəyən ?.. milyonuncu  Azərbaycan vətəndaşının faciəli ölümü haqqında isə balaca bir xəbər də verilmədi: tapdığı “ağır dəmir”i oğurlaya bilməyəcəyini anlayan ?.. milyonuncu vətəndaş onu dəmirkəsən mişarla kəsmək istəyəndə “dəmir” partlayıb, ?.. milyonuncu vətəndaş faciəli şəkildə dünyasını dəyişib…

On milyonuncu vətəndaşın dünyaya gəlişini bayram edildiyi günlərdə qapımızı dizdən aşağı sol ayağı olmayan, 60-65 yaşlı bir kişi döyürdü. Təəccüb və heyrətlə ona baxdığımı görüb dedi: -Əgər sınıq, deşik plasmas qablarınız varsa, mən onları yığıb satıram… -Sonra utana-utana əlavə etdi,- protez ayağım sınıb, yenisini sifariş etmişəm, gedib götürməyə pulum çatmır…

Ailəsinə çörək almaq üçün bomba doğrayan, protez ayaq üçün qapılardan, zibilliklərdən plasmas, dəmir… toplayanların ölkəsində  təzəlikcə İlham Əliev xalq şairi, xalq yazıçısı, xalq müğənnisi adları, orden-medalları paylayıb. Müğənni Cavan Zeynallı deyib ki, “xalq artisti” adı aldığımı eşidəndə protez ayağım silkələndi, az qaldı mişarla kəsilən bomba kimi partlayım. Üzr istəyirəm, səhv yazdım, deyib ki, sevincdən dizlərim əsdi “ayrı-ayrı doğulduq bu dünyada, axır gəlib bir olduq, bu dünyada. Ey həyat, sən nə qəribəsən?!” mahnımı şir kimi nərildəyərək oxumaq istədim, axı bir vaxtlar adım CavanŞir idi…

Sumqayıtda Heydər Əliyevin böyük heykəlini götürüb, yerinə Eyfel qülləsinə bənzəyən balaca neft buruğu maketi qoyublar. Neft gəlirləri hesabına quduran məmurlar Heydər Əliyevin heykəlini götürüb yerinə ancaq neft buruğu maketi qoya bilərdilər. Axı onlar dünyasını dəyişən  Heydər Əliyevin yox, rəhmətə gedən Neftin, quruyan neft buruqlarının həsrətini çəkirlər. Neftsiz ölkə elə eybəcər hala düşüb ki, hakimiyyətdəkilər ondan utanır. Elə ona görə də Ramiz Rövşənə “Səndən utanıram Vətən”şeirini yazdığı üçün xalq şairi adı verildi:

“…Adam səni sevməyə indi utanır, Vətən.

Üstündə neft ləkəsi

kim yuyacaq bu ləkəni,

Milyonçular ölkəsi,

dilənçilər vətəni.

Neftlə getdi bərəkətin,

bərəkət qaçdı səndən.

Neftlə getdi bəkarətin,

borular keçdi səndən…”.

Ad, medal alanda sevincdən dizləri əsənlər, ürəyi gedənlər, özünüz də bilirsiz ki, İlham Əliyev orden-medalı yaxanıza yox, ağzınıza, əllərinizə vurur…

Əcəba, medalla ağzına qıfıl, ordenlə əllərinə qandal vuran şair, yazıçı xalqa SÖZünü harası ilə çatdıra bilər?!..

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL