19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
ABŞ və müttəfiqləri Putinin Ukrayna ərazilərini ilhaq etmək cəhdlərini pozmaq üçün beynəlxalq ictimaiyyəti səfərbər edir, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
“Biz ilhaqın davam etməsinə görə Rusiyaya qarşı əlavə ciddi və sürətli sanksiyalar tətbiq etməyə hazırıq və tətbiq edəcəyik”, deyə dövlət katibi Entoni Blinken çərşənbə axşamı Hindistanın xarici işlər naziri Cayşankarla birgə brifinqdə bildirib.
ABŞ Vladimir Putinə “indi müharibə dövrü olmadığını” deyən Hindistan baş naziri Narendra Modi ilə razılaşmaya bilməz.
“Təəssüf ki, Putin təcavüzünü davam etdirir və indi təkcə Ukrayna xalqı deyil, bütün dünya bunun nəticələrini görür. Biz heç vaxt Ukrayna ərazisinin ilhaqını tanımayacağıq”, deyə dövlət katibi bildirib.
“Orada nə baş verdiyini xatırlamaq vacibdir. Rusiya əraziləri işğal edir, yerli əhalini filtrasiya düşərgələrindən keçirərək oradan köçürür. Bəzi insanlar deportasiya olunur, digərləri isə sadəcə olaraq yoxa çıxır. Oraya ruslar gətirilir, marionet hökumətlər qurulur, referendumlar keçirilir, nəticələr manipulyasiya edilir, sonra isə deyirlər ki, bu ərazi Rusiyaya məxsusdur”, deyə Blinken bildirib.
O təsdiq edib ki, ukraynalılar Amerikanın onlara verdiyi silahlardan öz ərazilərini, o cümlədən Rusiya tərəfindən ilhaq olunmuş ərazilərini qaytarmaq üçün istifadə edə biləcəklər.