19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
ABŞ prezidenti Co Bayden Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə dəyən ziyanı qəsdən törədilmiş təxribat adlandırıb.
Hələki konkret səbəblərin bəlli olmadığını deyən ABŞ prezidenti baş verən hadisə barədə Rusiya preidenti Vladimir Putini “yalan və dezinformasiya” yaymaqda günahlandırıb.
Bayden deyib ki, ABŞ müttəfiqləri ilə birgə qaz kəməri ilə bağlı konkret nə baş verdiyini araşdırmağa çalışır və həmçinin artıq müttəfiqləri üçün mühüm vacib olan infrastrukturların qarunmasına yardım etməyə başlayıblar.
Amma o məsələnin detallarını açıqlamayıb.
Rusiya prezidenti Kremldə Ukrayna ərazilərinin ilhaqı ilə bağlı çıxışı zamanı heç bir sübut gətirmədən “anqlosaksonları” qaz kəmərlərində təxribat törətməkdə ittiham edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə cümə günü etiraf edib ki, qaz kəmərində təxribatda Qərb ölkələrinin xüsusi xidmət orqanlarının mümkün iştirakı ilə bağlı Moskvada “heç bir məlumat yoxdur”.
“Amma bizdə məlumat var ki, onlar bunu əvvəllər edirdilər”, – Patruşev konkret nədən danışdığını açıqlamayıb.
Rusiya hakimiyyəti ABŞ-ı və Böyük Britaniyanı “anqlo-sakson” nümayəndələri adlandırır.
Hər iki “Şimal axını” qaz kəmərində böyük sızmalar sentyabrın 26-da baş verib. Həm Rusiya, həm də Avropa İttifaqı ölkələri hadisəni təxribat adlandırırlar.
Seysmoloqlar Baltik dənizinin dibində təxminən sızmaların baş verdiyi yerlərdə bir neçə partlayış qeydə alıblar ki, bu da kəmərin partladılması ehtimalını yaradır.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı “Qazprom”un sözçüsü Sergey Kupriyanov boru kəmərlərində təxminən 800 milyon kubmetr qaz olduğunu deyib. Onun sözlərinə görə, “Şimal axını”nın fəaliyyətinin bərpası “çətin texniki məsələdir”.
Bundan əvvəl Almaniyanın “Tagesspiegel” qəzeti də mənbələrə istinadən yazıb ki, qaz kəmərlərinin təmiri mümkün olmaya bilər.
“Şimal axını-1” vasitəsilə qaz nəqli Rusiya texniki səbəbləri əsas gətirərək dayandırıb, “Şimal axını-2” isə istismara verilməyib. İddia edilən təxribat Ukraynadakı müharibə və Moskva ilə Qərb ölkələri arasında münasibətlərin kəskin pisləşməsi fonunda baş verib.
“Qazprom” Ukrayna, eləcə də Qara dənizin dibi ilə boru kəməri vasitəsilə Avropa İttifaqı ölkələrinə məhdud miqdarda qaz tədarükünü davam etdirir. Bu isə müharibədən əvvəlki qa həcmindən xeyli aşağıdır.
Azadlıq radiosu