Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İranda İslam inqilabından əvvəl qadınlar üçün həyat necə idi?

Tarix:2-10-2022, 11:57 Baxış Sayı:75

İranda İslam inqilabından əvvəl qadınlar üçün həyat necə idi?

“İnqilabdan əvvəl nənəmin hicablı, anamın isə mini ətəkdə olduğu bir çox şəkil görmüşəm. Onlar yanaşı dayanmışdılar və harmoniyada idilər.”

Bunları BBC Farsca xidmətindən Rana Rahimpour deyir. Bu danışdıqları, sadəcə, öz ailəsi üçün keçərli deyil.

İranda 1979-cu il İslam inqilabından əvvəl qadınlar üçün geyimlə bağlı indiki kimi ciddi qadağalar yox idi. İndi qadınlar başlarını bağlamaq, uzun və geniş geyimlər geyinmək məcburiyyətindədirlər.

Rahimpour deyir: “İran liberal ölkə idi. Qadınlar istədikləri kimi geyinirdilər.”

İranda qadınların bu qaydalara əməl etməsinə nəzarət etmək vəzifəsi daşıyan əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qadının ölümü ölkə daxilində etirazlara səbəb olub.

Rahimpour inqilabdan sonra anadan olub. Lakin o bir jurnalist kimi valideynlərinin və qohumlarının təcrübələri ilə yanaşı, şahın devrilməsindən sonra İranda yaşanan dəyişiklikləri yaxından izləyib.

İran, qadın, insan haqlarıŞəklin alt yazısı,1970-ci illərdə bir stadionda Şahın ad günü mərasiminə qatılanlar

Bu, ilk illərdə geyimlə bağlı məsələlərdən kənara çıxan bir transformasiya idi.

BBC Dünya xidmətində qadınlarla bağlı məsələlərlə əlaqədar xəbərlər hazırlayan iranlı jurnalist Feranak Amidi deyir: “İnqilabdan əvvəl cinsi ayrı-seçkilik yox idi. Amma 1979-cu ildən sonra məktəblər ayrıldı, bir-biri ilə qohumluq əlaqəsi olmayan kişilər və qadınlar ictimailəşmək üçün görüşəndə saxlanılmağa başladı.”

“Yeniyetməlik çağlarımda dostlarımla pizza yeyərkən saxlanıldım. 1979-cu ildən əvvəl gecə klubları, əyləncə məkanları var idi. İnsanlar burada azad şəkildə zaman keçirə bilirdilər.”

İnqilabdan əvvəlki dövrə aid filmlərdə də qadınların istədikləri kimi geyinə bildiklərini görmək olar. Bəziləri Qərb tərzində, bəziləri isə daha mühafizəkar geyinirdilər.

Amidi deyir: “Fərqli geyim tərzləri var idi. Bəziləri qara çarşablı idi, lakin bu da indiki hökumətin istədiyi kimi deyildi.”

İran, qadın, insan haqlarıŞəklin alt yazısı,Şahın ad günü mərasiminin keçirilməsi

Beyin mərkəzi Wilson Center “Yenidən qurulan həyatlar: İranda Qadınlar və İslam İnqilabı” kitabının müəllifi Haleh Esfandiari ilə 1997-ci ildəki müsahibəni təkrar yayımlayıb.

Esfandiari bu reportajda deyir: “İranda qadın hərəkatı 19-cu əsrin sonlarında konstitusiya inqilabı zamanı qadınların küçələrə çıxması ilə başlayıb.”

Daha sonra qızlar üçün məktəb açılması və qadın jurnallarının yayımlanması kimi fərqli sosial layihələrə başlanıb.

Bu şəbəkə paytaxt Tehranda təşkil edilib. Sonra başqa şəhərləri də əhatə etməyə başlayıb və qadın hərəkatının yaranmasına səbəb olub.

İranda qadınların geyimləri 20-ci əsrin əvvəllərindən hökumətin gündəmində olan məsələdir.

Esfandiari deyir: “Çadra ölkədə 1936-cı ilə qədər, müasir İranın atası Rza şah Pəhləvinin dövründə rəsmən qadağan edilməmişdi.

“İllər əvvəl İran lideri qadınları çadra geyinməməyə təşviq edirdi. Əvəzində baş örtüyünü təbliğ edirdi. Sonda çadra qadağan edildi. Bu qadınlar üçün bir qələbə idi. Eyni zamanda da faciə idi. Çünki seçim haqları əllərindən alınmışdı.”

Bir çox qadın çölə çıxarkən çadranı çıxarmalı oldu. Onlar özlərini alçaldılmış və müdafiəsiz hiss edirdilər.

Esfandiari bununla birlikdə, son şahın atasının qadınlar üzərində müsbət təsirlər yaradan bəzi dəyişikliklər etdiyinə diqqət çəkir.

Ağ inqilab

1941-ci ildə Məhəmməd Rza iqtidara gəldi.

Amidi deyir: “Onun dövründə ölkənin modernləşməsinin əsası qoyuldu.”

Tarixə “Ağ inqilab” adı ilə düşən bu müddətdə 1963-cü ildə qadınlara səs vermək hüququ və kişilərlə eyni siyasi hüquqlar verildi.

Bundan əlavə, kənd yerlərində qadınların təhsilə çıxış imkanlarının artırılması istiqamətində addımlar atıldı.

Bu dövrdə nikah və boşanma məsələlərini özündə ehtiva edən ailənin qorunması haqqında qanun qəbul edildi.

Amidi bu qanunun qadınların hüquqlarını artırdığını deyir:

“Ailənin qorunması haqqında qanun qızların evlilik yaşlarını 13-dən 18-ə yüksəltdi. Eyni zamanda qadınların boşanma ərizəsi yazmaq hüquqlarının önünü açdı. Kişilərin evlənə biləcəyi qadınların sayı 1-ə endi. Bunlar regionun digər ölkələri ilə müqayisədə kifayət qədər mütərəqqi addımlar idi.”

İran, qadın, insan haqlarıŞəklin alt yazısı,1978-ci ilin avqustunda Tehranda alış-veriş

Şah avtokratik lider olmasına baxmayaraq, mütərəqqi lider idi və Qərb mədəniyyətini sevirdi. O, dünyəviləşmə proqramını həyata keçirirdi.

Qadınlar əhəmiyyətli vəzifələrə yiyələndilər. Rahimpour deyir: “Qadın nazirlərimiz, həkimlərimiz var idi.”

Amma Amidi deyir ki, Ağ İnqilabın vədlərinə baxmayaraq, qadınlar ənənəvi rollarla kifayətlənməli olublar.

Parlamentdə təmsil olunmalarına baxmayaraq, qadınların həqiqətdə siyasətə qatılmadıqlarını bildirir:

“Amma unutmayaq ki, bu, təxminən yarım əsr əvvəl idi və dünya miqyasında qadınların böyük siyasi gücləri yox idi.”

“Onların cəmiyyətdə canlı varlığı var idi” deyən Amidi, həmin dövrdə iranlı qadınların ictimai həyatda daha çox rol almağa başladıqlarını da qeyd edir.

Amidi Məhəmməd Rzanın həyat yoldaşı kraliça Fərəh Pəhləvinin sənət və mədəniyyətdəki təsirlərinə diqqət çəkir.

Həqiqətən də, 1950-ci illərdən 60-70-ci illərə qədər incəsənət böyük ölçüdə canlandı. İran beynəlxalq sənət səhnəsinə çıxdı.

İran, qadın, insan haqlarıŞəklin alt yazısı,İranlı rəssam Nahid Həqiqət

İncəsənət fəaliyyəti, əsasən, ölkənin iqtisadi rifahı ilə paralel inkişaf edirdi.

Lakin İranın zəngin neftinin olmasına baxmayaraq, iranlıların böyük qismi bu zənginlikdən yararlana bilmirdilər.

Şah və həyat yoldaşı sənəti dəstəkləsələr də, sənət adamları bu reallığa və rejimin ona qarşı çıxanlara etdiyi təzyiqlərə biganə qalmadılar.

Əvvəl özünü “Şahənşah” (kralların kralı) elan edən Məhəmməd Rza 1971-ci ildə dünyanın ən zəngin insanı və İranın mütləq lideri olmuşdu.

Rejim öz əleyhdarlarına qarşı getdikcə daha sərt tədbirlər görməyə başladı.

Rahimpour deyir: “Əvvəlki rejimdə (inqilabdan əvvəl) insanların sosial azadlıqları var idi. Lakin siyasi azadlıqları sıfır həddində idi.”

“Bu, çox böyük bir problem idi. Bütün siyasi partiyalar kralın nəzarətində idi. Nəzarət cəmiyyəti var idi. Mətbuat azadlığı yox idi. İstənilən siyasi fəaliyyətlə məşğul olan hər kəs həbs oluna bilərdi.”

Küçələri sosial iğtişaşlar bürüdü və 1978-ci ildə şah rejiminə qarşı genişmiqyaslı etirazlar başladı.

İran, qadın, insan haqları

Esfandiariyə görə, qadınların Şah dövründə əldə etdikləri qazanclar iqtidarın son mərhələsində ərimişdi:

“Cəmiyyətdə getdikcə artan ənənəni dəstəkləyən səslərə qarşılıq olaraq qadınların qərarverici mövqelərdə vəzifə tutmalarına maneələr yaradıldı.”

Rahimpoura görə, İslam inqilabı dindar olmayan iranlıların da dəstəyini qazanmışdı. Bir çox insan buna “gerçək demokratiya” deyirdi:

“Liberallar, kommunistlər və dindarlar daxil olmaqla, bütün qrupların dəstəyi var idi.”

Nə geyinmək istədiklərindən və nə qədər dindar olduqlarından asılı olmayaraq, qadınlar 1979-cu ildə şahı devirən qüvvələrin bir hissəsi oldular.

Esfandiari deyir: “İnqilabla nəticələnən yürüşlərdə hicabsız savadlı qadınlar, ənənəvi hicablı qadınlar, aşağı və orta təbəqədən olan qadınlar var idi.”

“Bütün bu qadınlar inqilabın onların iqtisadi və sosial vəziyyətini, ən əsası isə hüquqi statuslarını gücləndirəcəyi ümidi ilə çiyin-çiyinə addımlayırdılar.”

Amidi qadınların İslam inqilabından əvvəl özlərini daha azad hiss etdikləri fikrinə qatılmır:

“İran hələ də mühafizəkar, dindar bir cəmiyyət idi. Amma o zaman bu ənənəvi və mühafizəkar stereotipləri qırmaq, qadınların cəmiyyətdə çəkisini artırmaq üçün siyasi iradə var idi.”

İran, qadın, insan haqlarıŞəklin alt yazısı,Xomeyni tərəfdarları

Amma Amidi bunun reallaşdırılmadığına diqqət çəkir.

Rahimpour İslam inqilabından əvvəl qadınların daha azad və güclü hiss edib-etmədiklərinə dair fərqli fikirlərin olduğunu bildirir:

“Dindar qadınlar inqilabdan sonra çölə çıxarkən daha rahat hiss etdiklərini deyə bilərlər. Amma liberal qadınlar fərqli düşünürlər. Unutmayaq ki, İran cəmiyyətinin bir qismi çox dindardır.”

Arxivlərdə olan hicabsız qadınların fotoşəkilləri inqilabdan əvvəlki qadınların ümumi əhval-ruhiyyəsini tam əks etdirmir.

Fərqli yaşlarda olan bir çox qadının hicabı və dini geyimləri seçmələrinin səbəbi, bəlkə də, cəmiyyətin bu günlə müqayisədə daha çox mühafizəkar və dindar olması idi.

Rahimpoura görə, bir çox iranlı azadlıq ümidi ilə inqilaba qoşuldu və xəyalları qısa çəkdi:

“İnqilabdan sonra bir çox insanın mini ətəklərdən və sahib olduqları hüquqlardan narahat olduqlarının fərqinə vardıq. inqilaba qoşulmalarının səbəbi bu idi.”

“Dində məcburiyyət yoxdur” deyən Rahimpour, qatı dindarların çoxunun hicabın qadınların öz seçimi olduğuna inandıqlarını qeyd edir.

İndi İranda hicabı düzgün geyinmədiyi üçün saxlanılan 22 yaşlı qadının polis nəzarətində olarkən ölməsi ilə bağlı yeni etiraz dalğası yaşanır.

Rəsmilər Məhsa Amininin sağlamlığı ilə bağlı başqa problemləri olduğu üçün öldüyünü iddia edirlər. Ailəsi isə Amininin döyülərək öldürüldüyünə inanır.

Bu nümayişlər İran liderlərinin son illərdə üzləşdikləri ən böyük problemlərdən biridir. Bu, eyni zamanda kütləvi etirazlarda yeni bir dövrdür.

Bbc

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL