Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Paşinyan: Rusiya, Aİ və ABŞ “Qarabağın müstəqilliyini tanımağa hazır deyil”

Tarix:3-10-2022, 09:01 Baxış Sayı:94

Paşinyan: Rusiya, Aİ və ABŞ “Qarabağın müstəqilliyini tanımağa hazır deyil”

Ermənistan lideri deyib ki, Moskva, Brüssel və Washington Qarabağın müstəqilliyini tanımağa hazır deyil. Nikol Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

“Hər kəsin öz paketi olduğunu demək olmaz, amma hər kəsin müəyyən bir ideyası var”, – “Dağlıq Qarabağ münaqişəsinin” həlli ilə bağlı Rusiya, Aİ və ABŞ-ın öz təkliflərinin olub-olmaması barədə sualı cavablandıran Nikol Paşinyan deyib.

“Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa və mən həqiqətin dilində danışmağa borcluyam, o zaman bunları qeyd etməliyəm (bunu daha əvvəl, müharibədən də öncə etməliydim): adı çəkilən heç bir ölkə Qarabağın müstəqilliyini tanımağa hazır deyil və onlardan heç biri Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”.

Paşinyanın sözlərinə görə, adıçəkilən ölkələr beynəlxalq nöqteyi-nəzərdən “Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi” olduğu barədə bəyanatlar veriblər.

“Və bu açıq bəyanatlardı. Məgər bu təzə xəbərdir?”, – Paşinyanın sözləri Armenpress agentliyində iqtibas olunur.

Azərbaycan dəfələrlə “Dağlıq Qarabağ” adında ərazinin olmadığını, münaqişənin arxada qaldığını bildirib.

Ermənistan liderinin bəyanatı ötən ay Azərbaycan-Ermənistan sərhədində İkinci Qarabağ müharibəsindən sonra bəri ən şiddətli döyüşlərdən sonra səslənir.

Bu həftənin əvvəlində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin sahmana salınmasının labüdlüyünü qeyd edib.

Ermənistanın 2020-ci ildə ikinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra müxalifət Baş nazir Paşinyanın istefasını tələb edir. Müntəzəm olaraq izdihamlı etiraz aksiyaları, mitinqlər keçirilir.

Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Brüsseldə keçirilən Azərbaycan-Ermənistan liderlərinin üçtərəfli görüşündə əhalini “uzunmüddətli davamlı sülhə” hazırlamağın vacibliyi qeyd olunub.

Bbc

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL