Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Maskdan ‘Krım Rusiyada qalsın’ təklifi

Tarix:3-10-2022, 07:00 Baxış Sayı:97

Maskdan ‘Krım Rusiyada qalsın’ təklifi

Zelenski izləyicilərindən soruşub ki, hansı Mask daha çox xoşunuza gəlir – Rusiyanı, yoxsa Ukraynanı dəstəkləyən?

ABŞ-dan milyarder biznesmen İlon Mask Twitter-də Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün dörd şərt irəli sürüb. O təklif edib ki, Krım Rusiyanın tərkibində qalsın, anneksiya edilmiş Ukrayna ərazilərində BMT-nin müşahidəsi altında təkrar referendum keçirilsin.

“Krım rəsmən Rusiyanın tərkibindədir, 1783-cü ildən bəri (Xruşovun səhvinədək) belə olub”, – Mask təkliflərinin ikinci bəndində yazır. Onun fikrincə, Krıma su təchizatıyla bağlı zəmanət verilsin, Ukrayna isə neytral statusunu saxlasın.

“İlon, sən yaxşı oğlansan”

Bu tvit dünyada hiddət və tənqidə səbəb olub. “KyivPost” nəşri yazıb: “İlon, sən yaxşı oğlansan, Starlink-ə görə çox sağ ol. Amma yaxşı olardı ki, bildiyin şeylərlə bağlı səsvermə keçirəsən. Biz aparteid və Nelson Mandelayla bağlı səsvermə keçirmirik”.

Tvitin dərci, ona reaksiyalardan sonra Maskın təsisçisi və sahibi olduğu Tesla şirkətinin səhmləri 8% ucuzlaşıb.

“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin Telegram kanalında yazıb ki, Mask bu bəyanatı CrewDragon gəmisinin Beynəlxalq Kosmik Stansiyaya uçuşundan öncə verib. Həmin gəmidə “Roskosmos”un kosmonavtı Anna Kikina da uçacaq. “Görün, rus qadını amerikalıya neyləyib”, – Roqozin yazıb.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak ölkəsinin Rusiya ilə sülh bağlamasının parametrlərini sadalayıb: “Ukrayna öz ərazilərini azad edir. İlhaq edilmiş Krım da daxil olmaqla. Rusiya demilitarizasiya və denuklearizasiya olunur və bir daha heç kəsi təhdid edə bilmir. Hərbi cinayətkarlar beynəlxalq tribunala verilir”.

Mask yazmağa davam edir

Ancaq sosial şəbəkələrdə tənqidə baxmayaraq, Mask Rusiya və Ukrayna haqda yazmağa davam edib. O belə bir sorğu dərc edib ki, Donbas və Krım sakinləri Rusiya, yaxud Ukraynanın tərkibində olmağa qərar verməlidirlərmi. Biznesmen yazıb ki, “Rusiyanın əhalisi Ukraynadan üç dəfə böyükdür, buna görə də total müharibədə Ukraynanın qalib gəlmək şansı azdır”. “Ukrayna xalqının qayğısına qalırsınızsa, sülh əldə edin”, – o yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində sorğu dərc edib. O izləyicilərindən soruşub ki, hansı Mask daha çox xoşunuza gəlir – Rusiyanı, yoxsa Ukraynanı dəstəkləyən?

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayıb. Sentyabrın 30-da Xerson, Zaporojye, Donetsk və Luhansk vilayətlərinin ilhaqını elan etsə də, dünya birliyi bunu qanunsuz, saxta adlandırıb.

Ukrayna qüvvələri oktyabrın 2-də müharibə başlanandan bəri ölkənin cənubunda “ən böyük irəliləyişə” nail olduqlarını bildiriblər. Onların cəbhə xəttini yararaq Dnepr çayının sahili boyunca irəlilədiyi xəbər verilir.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL