29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Mark Qaleotti 70 illik yubileyi ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin həyatdan qopmuş avtokrata necə çevrildiyini və Ukraynaya faciəli təcavüzə başladığını anlamağa çalışır.
Vladimir Putinin həyatında yeddi dönüş nöqtəsi onun düşüncə tərzini formalaşdırmağa kömək edib və bunlar onun getdikcə Qərbə yadlaşmasını izah edə bilər.
Hələ də İkinci Dünya müharibəsinin 872 günlük mühasirəsinin vurduğu zərərlərdən əziyyət çəkən Leninqradda anadan olmuş gənc Vladimir məktəbdə qapalı və döyüşkən bir oğlan idi – ən yaxın dostu xatırlayırdı ki, “o, hər kəslə döyüşə bilərdi”, çünki “heç bir qorxu hiss etmirdi”.
Xüsusilə də küçələrini quldur dəstələrinin basdığı şəhərdə arıq, lakin yöndəmsiz oğlan özünü müdafiə etməyi bacarmalı idi və 12 yaşında əvvəlcə sambo, sonra isə cüdo ilə məşğul oldu.
O, əzmkar və intizamlı idi və 18 yaşına kimi cüdo üzrə qara kəməri və yeniyetmələrin respublika yarışlarında isə üçüncü yeri var idi.
Təbii ki, o vaxtdan bəri cüdo onun diqqətlə hazırlanmış maço obrazının bir hissəsinə çevrilib.
Lakin onlar həm də onun inamını gücləndirdi ki, təhlükəli bir dünyada özünə arxayın olmalısan və onun öz təbirincə desək, döyüş qaçılmaz olanda “əvvəlcə sən vurmalısan və o qədər güclü vurmalısan ki, rəqib ayağa qalxa bilməsin”.
İnsanlar ehtiyac olmadığı hallarda Leninqraddakı DTK-nın qərargahına gedən Liteyni prospekti 4-dən yan keçirdilər.
Stalinin vaxtında, QULAQ düşərgələrində onun sorğu-sual kameralarından o qədər çox adam keçib ki, Leninqradda indi bu barədə kədərlə zarafatlaşırdılar: “Böyük ev” şəhərin ən hündür binasıdır, çünki onun zirzəmilərindən Sibir görünür.
Lakin 16 yaşı olanda Putin qırmızı xalçalı gözləmə zalına daxil olub və piştaxtada çox çaşqın vəziyyətdə olan zabitdən necə işə düzələ biləcəyini soruşmuşdu.
Ona hərbi xidmət keçməli və ya elmi dərəcə almalı olduğunu demişdilər və o, hətta hansı diplomun daha yaxşı olduğunu da soruşmuşdu.
Ona cavab vermişdilər ki, hüquqşünaslıq və o andan Putin hüquq dərəcəsini almaq qərarına gəlmişdi.
Şəhər qulduru Putin üçün DTK şəhərin ən böyük quldur dəstəsi idi, hətta partiya ilə heç bir əlaqəsi olmayan birinin təhlükəsizliyini və yüksəlişini təmin edirdi.
KQB-də işləmək də perspektiv təklif edirdi. Putinin özü bir vaxtlar yeniyetmə ikən baxdığı bir casus filmi haqqında dediyi kimi, “bir casus minlərlə insanın taleyini həll edə bilər”.

Putinin bütün ümidlərinə baxmayaraq, onun DTK karyerası heç vaxt zirvəyə qalxmadı. O, güclü orta təbəqədən idi, lakin vəzifədə yüksəklərə qalxa bilmədi. Buna baxmayaraq, Putin alman dilini öyrənməyə başlayır və nəticədə 1985-ci ildə Drezdendə DTK-nın əlaqə şöbəsinə təyin olunur.
Orada yeri kifayət qədər rahat idi, lakin 1989-cu ilin noyabrında Şərqi Almaniya rejimi şokedici sürətlə çökməyə başladı.
Dekabrın 5-də izdiham Drezden DTK binasını mühasirəyə aldı. Putin ümidsiz halda ən yaxın sovet ordusu qarnizonuna zəng edərək mühafizə istədi və onlar çarəsiz halda cavab verdilər: “Moskvadan əmr olmasa, heç nə edə bilmərik. Moskva isə susur”.
Putin mərkəzi hakimiyyətin qəfil dağılmasından qorxmağı öyrəndi və onun fikrincə, hesab etdiyi kimi, sovet lideri Mixail Qorbaçovun müxalifətlə qarşılaşdıqda məhz tez və qətiyyətli reaksiya verməmək səhvini heç vaxt təkrarlamamaq qərarına gəldi.
Sovet İttifaqının dağılmasından sonra Putin DTK-dan istefa verdi, lakin tezliklə özünü doğulduğu şəhərin, indiki Sankt-Peterburqun yeni islahatçı merinin köməkçisi vəzifəsində təsdiqlədi.
İqtisadiyyat kəkin enişdə idi və Putinə 100 milyon dollar dəyərində neft və metalları ərzaqla mübadiləsini aparmaqla şəhər əhalisinin sağ qalmasına kömək etmək üçün müqavilə bağlamaq tapşırığı verildi.
Şəhər əhalisi ərzağı görmədi: hakimiyyət tərəfindən tez bir zamanda ört-basdır edilən istintaqa görə, Putin, onun dostları və şəhər quldurları pulları ciblərinə qoymuşdular.
“Azğın 90-cı illərdə” Putin dərhal anladı ki, siyasi təsir pula çevrilə bilən bir əmtəədir və quldurlar faydalı müttəfiq ola bilərlər. Ətrafındakı hər kəs öz vəzifəsindən qazanc əldə etdiyi halda, nə üçün o da eyni şeyi etməsin?
Putin 2000-ci ildə Rusiya Prezidenti olanda ümid edirdi ki, keçmiş Sovet İttifaqında Rusiyanın təsir dairəsi də daxil olmaqla, Qərblə öz şərtləri əsasında müsbət münasibət qura bilər. O, tezliklə məyus oldu, sonra isə qəzəbləndi, Qərbin fəal şəkildə Rusiyanı təcrid etməyə və alçaltmağa çalışdığına inandı.
Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkəsini NATO-ya daxil etmək qərarına gələndə Putin, nəhayət, qəzəbləndi və Gürcüstanın Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya regionuna nəzarəti bərpa etmək cəhdi cəza əməliyyatı üçün bəhanə oldu.

Beş gün ərzində rus qoşunları gürcü ordusunu darmadağın etdi və Saakaşviliyə alçaldıcı sülh tətbiq etdi.
Qərb təəccüb içində idi, lakin bir il sonra ABŞ Prezidenti Barak Obama Rusiya ilə münasibətləri “yenidən qurmağı” təklif etdi və Moskva hətta 2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququnu aldı.
Putinə aydın oldu ki, o, düzgün üsul seçib – zəif və dəyişkən Qərb səs-küy salsa da sonunda güclü iradə qarşısında geri çəkiləcək.
2011-ci il parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığına dair geniş yayılmış və inanmağa haqq verən fikirlər Putinin 2012-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini elan etdikdən sonra etirazların daha da güclənməsinə səbəb oldu.
Moskvanın Bolotnaya meydanında keçirilən etirazlar Putinin prezidentliyi dövründə ən böyük etiraz aksiyasına çevrildi.

O hesab edirdi ki, mitinqlər Washington tərəfindən hazırlanıb, həvəsləndirilib və istiqamətləndirilib və o, şəxsən buna görə ABŞ dövlət katibi Hillary Clinton-u günahlandırırdı.
Putin üçün bu, maskaların atıldığını, Qərbin şəxsən ona hücum etdiyini və əslində, onun müharibə vəziyyətində olduğunu sübut edirdi.
Koronavirus pandemiyası bütün planeti bürüdükcə, Putin hətta avtokratların standartlarına görə də qeyri-adi şəkildə dərin təcrid vəziyyətinə düşdü.
Onunla görüşməyə hazırlaşan hər kəs iki həftə mühafizə altında təcrid olundu, sonra mikrob öldürən ultrabənövşəyi işıqla dolu və dezinfeksiyaedici maddələrlə dolu dəhlizdən keçməli oldu.
Bu müddət ərzində Putinlə üz-üzə görüşə bilən müttəfiqlərin və müşavirlərin sayı kəskin şəkildə azalaraq bir ovuc yalançı “podxalimov”lara və həmfikir “yastrebov”lara çevrildilər.
Alternativ fikirlərə qulaq asmaq imkanı olmayan və öz ölkəsini demək olar ki, heç vaxt görməyən Putin, deyəsən, bütün fərziyyələrinin doğru və bütün qərəzlərin haqlı olduğunu hesab edirdi. Nəticədə Ukraynaya təcavüzə çevrilən toxumlar belə səpildi.
Professor Mark Qaleotti – alim və “Putin haqqında danışmalıyıq” və çapa hazırlanan “Putin müharibəsi”nin müəllifidir.
Bbc