Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Hələ orduya çatmamış ölən çağırışçılar-Rusiyadakı son səfərbərlik

Tarix:10-10-2022, 19:10 Baxış Sayı:78

Hələ orduya çatmamış ölən çağırışçılar-Rusiyadakı son səfərbərlik

Rusiyadakı son səfərbərlikdən sonra müxtəlif şəraitdə və müxtəlif səbəblərdən hələ döyüşlərə göndərilməmiş 17 çağırışçı ölüb

Sibreal-ın (AzadlıqRadiosunun layihəsi) yazdığına görə, səfərbərlik başlayandan indiyədək hələ Ukraynaya çatmamış 17 çağırışçı ölüb. (Rusiyada son səfərbərlik sentyabrın 21-dən başlayıb) Məlum olub ki, ölənlərdən bəzilərinin vəziyyəti toplanma mərkəzlərindəki ağır şərait səbəbindən daha da ağırlaşıb. Digərləri isə qeyri-müəyyən şəraitdə ölüblər.

35 yaşlı Aleksandr Koltun sentyabrın 28-də Bratskdan çağırış komissiyasına könüllü olaraq gedib. Oktyabrın 2-i günortadan sonra Koltun anasına sonuncu dəfə zəng edib və növbəti gecə onun ölüm xəbəri gəlib. Aleksandrın anası Elena Qudo oğlunun hansı şəraitdə, nə səbəbdən öldüyünü hələ də bilmir.

Aleksandr Koltun, (sağda)Aleksandr Koltun, (sağda)

“…Deyirlər ki, Saşa skamyada uzanıb, sonra siqaret çəkməyə gedib – orada xüsusi bir otaq var idi, sonra qayıdıb düz küncdə oturub. O elə orda da tapılıb. Onda xəstəlik var idi, amma o bunun xidmətə mane olmayacağına inanırdı.

Yelena Qudo deyir nə hərbi komissarlıqdan onlara zəng də olub, nə könüllülərə vəd edilən 300 min rubl ödənişdən bir söz deyən olub. Ananın dediyinə görə, 7 min rublla evdən çıxan oğlu oktyabrın 2-də sonuncu dəfə danışanda pulu olmadığını deyib. Oğlu həm də anasına toplanış məntəqəsində naməlum şəxslərin araq satdığını, çağırışçıların çoxlu içki içdiklərini, yemək verilmədiyini, hələ də evdən götürdükləri yeməklə qidalandırlarını deyirmiş.

Ailə dostu Anastasiya Pestovanın dediyinə görə, Aleksandr onlarla danışanda yatmağa yerləri olmadığını, betonun üstündə yatdıqlarını, ac-susuz qaldıqlarını deyirmiş.

Sentyabrın 27-də orduya çağırılan 44 yaşlı Denis Kozlov 3 gün sonra təlim mərkəzindən xərəkdə evlərinə gətirilib.

Anasının sözlərinə görə, oğlu özündə olsa da onu və atasını güclə tanıyıb, oktyabrın 3-də isə onu dəfn ediblər.

“Komissarlıqdan onun dizindəki problemə görə evə göndərildiyini deyiblər. Amma sentyabrın 30-da onu evə gətirəndə qonşuar da gördü ki, onun burnu qırılmışdı, qarnı tam göy rəngdə idi. İnanıram ki, onu çox güclü döyüblər. Amma məndə bir kağız yoxdur ki, bunu sübut edəm…”

Sonra Denisin valideyinlərinə övladlarını başqa bir çağırışçının vurduğunu deyiblər.

Sentyabrın 21-dən bəri Rusiyanın müxtəlif bölgələrindən səfərbər edilmiş ən azı 17 çağırışçının ölümü rəsmən məlum olub.

Oktyabrın 7-də isə Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbində orduya səfərbər edilmiş çağrışçının “zorakılıq hərəkətlərinin izləri olan” cəsədi tapılıb.

Oktyabrın 6-da Kamenka kəndində “qismən səfərbərlik” çərçivəsində hərbi xidmətə çağırılan 28 yaşlı Sankt-Peterburq sakini təlim atəşi zamanı avtomatdan özünü güllələyib.

Ertəsi gün həmin kənddə səfərbər olan daha iki nəfər həlak olub. Bu ölümlərin rəsmi səbəbi infarktdır.

Oktyabrın 5-də Penzadakı poliqonda məşq zamanı səfərbərlik çərçivəsində çağırılan 41 yaşlı yerli sakin vəfat edib. “Penzaİnform”-un məlumatına görə, sənədlərdə onun da ölüm səbəbi infarkt göstərilib.

“Sibreal.arg” sentyabrın sonu oktyabrın əvvəlləri səfərbərliyə cəlb edilən daha bir neçə çağrışçının öldüyünü yazır.

Sentyabrın sonunda Transbaykaliyanın cənub-şərqində yerləşən hərbi hissədə səfərbər edilmiş şəxs, Pesçankada isə regionun başqa bir hissəsində çağırışçı və səfərbər olmuş şəxs həlak olub.

Oktyabrın 10-da Müdafiə Nazirliyinin Sverdlovsk vilayətindəki təlim mərkəzində səfərbər edilmiş üç nəfər həlak olub. Sverdlovsk vilayətindən Dövlət Dumasının deputatı Maksim İvanovun dediyinə görə, həmin çağrışçılardan biri öldürülüb, digəri intihar edib, orduya yarasız olduğu üçün geri qaytarılan bir çağırışçı isə qaraciyər serrozundan ölüb.

Oktyabrın 10-da məlum olub ki, Yakutiyada toplaşma məntəqəsində səfərbər olan gənc pəncərədən yıxılaraq ölüb. İlkin məlumatlara görə, hərbi hissəyə göndəriləcəyini bilən həmin çağırışçı çarpayıların arasından ipin köməyi ilə binanın ikinci mərtəbəsindən enmək qərarına gəlib, lakin yerə yıxılıb.

Sentyabrın 21-də Rusiyada hərbi səfərbərlik elan edilib. Rusiya rəsmilərinin qismən səfərbərlik adlandırdığı bu kampaniyada 300 min çağırışçının orduya çağırılması nəzərdə tutulub. Amma səfərbərlik ölkədə etirazla qarşılanıb, bununla bağlı Rusiyanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya ordu yeridib və müharibə hələ də davam edir. Beynəlxalq təşkilatlar Rusiyaya çoxsaylı sanksiyalar tətbiq ediblər, həm də Moskvadan tələb olunur ki, dərhal ordusunu Ukrayna ərazisindən çıxarsın.

Moskva bu çağırışların əksinə olaraq tutduğu Ukrayna torpaqlarının Rusiyaya birlədirlməsi ilə bağlı işğal ərazilərində referendum keçirib. Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin referendum keçirilən həmin ərazilərin Rusiyaya birləşdirildiyi elan edib.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL