Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməyə səs verəcək

Tarix:11-10-2022, 14:16 Baxış Sayı:144

BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməyə səs verəcək

Ukrayna beynəlxalq ictimaiyyəti paytaxtına və bir sıra digər şəhərlərə edilən ölümcül raket hücumlarını pisləməyə, Moskvanın ölkənin şərq və cənubunda dörd rayonu ilhaq etmək cəhdini rədd etməyə çağırıb.

“Rusiya nümayəndə heyəti Baş Assambleyaya daxil olanda onun arxasınca qan izi gəlir və bu salon tüstülənən insan ətinin iyisi ilə dolur” – deyə, Ukraynanın BMT-dəki səfiri Serhiy Kislitsa BMT Baş Assambleyasının xüsusi iclasında çıxışı zamanı bildirib.

Kislitsa deyib ki, Ukraynaya azı 84 raket və azı 20 pilotsuz aparat atılıb, onların ardında ölüm və dağıntı izləri qalıb.

“Hədəflər arasında enerji obyektləri, yaşayış binaları, məktəblər və universitetlər, muzeylər və şəhər mərkəzlərindəki qovşaqlar olub. Bütün dünya xalqımızı qətlə yetirən terrorçu dövlətin əsl üzünü bir daha gördü”, Kislitsa deyib.

Rusiyanın keçirdiyi qondarma “referendumlar” və Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporijye vilayətlərini ilhaq etmək cəhdlərini müzakirə etmək üçün xüsusi fövqəladə iclas çağırılıb. Lakin iyun ayından bəri sakitliyin hökm sürdüyü Kyiv də daxil olmaqla, Ukrayna şəhərlərinə endirilən zərbələr onları kölgədə qoyub.

Rusiyadan başqa çıxış edən 20 ölkənin hamısı son hücumları pisləyib, bəziləri isə hücumları hərbi cinayət kimi qiymətləndirib.

Moskva nümayəndəsi bazar ertəsi endirilən raket zərbələrinin şənbə günü Krımı Rusiya ilə birləşdirən körpüdə baş verən partlayışa cavab olduğunu bildirib.

“Biz xəbərdarlıq etdik ki, bu və buna bənzər şeylər nəticəsiz qalmayacaq. Kyiv rejimi bu cür təxribat törətməklə, terror təşkil etməklə, bəyənmədiyi məmurları və siyasətçiləri qətlə yetirməklə özünü ən iyrənc beynəlxalq terror təşkilatları ilə bir sırada qoyub” , Vasili Nebenzya deyib.

Ukrayna yük maşınının körpüdə partladılmasının onun xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyinə inandırıcı eyham vursa da, ictimaiyyət qarşısında məsuliyyəti üzərinə götürməyib.

Baş Assambleyada müzakirələr çərşənbə günü davam etdiriləcək. Rusiyanın bir neçə müttəfiqi – Belarus, Şimali Koreya və Suriya daxil olmaqla, 45 ölkə söz istəyib. Rusiyanın BRICS blokundakı dostlarından assambleyada yalnız Çin çıxış etmək istədiyini bildirib.

Müzakirələrin sonunda ABŞ çıxış edəcək. Bazar ertəsi görüşdən əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, heç bir vicdanlı ölkə Rusiyanın Ukraynada törətdiyi dəhşətlərə biganə qala bilməz.

Amerikanın səsi

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL