19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ağ Ev uzun müddət gecikdirilmiş milli təhlükəsizlik strategiyasını çərşənbə günü təqdim edib. Bu strategiya Çinin yüksəlişini cilovlamağa çalışıldığı, eyni zamanda demokratik ölkələrin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün müttəfiqlərlə işləməyin vacibliyini yenidən vurğulayıb.
Ukrayna böhranı ilə gecikdirilən 48 səhifəlik sənəd nə böyük dəyişikliklər, nə də Baydenin xarici siyasəti üçün heç bir yeni doktrina təqdim edib. Əvəzində sənəddə ABŞ rəhbərliyinin iqlim dəyişikliyi və avtoritar rejimlərin yüksəlişi kimi qlobal təhdidlərin öhdəsindən gəlməsində açar rolunu oynadığı fikri vurğulanıb.
Sənəddə Rusiyanın işğalından sonra belə Çinin qlobal nizama ən ciddi problem olduğu deyilib. Sənəddə eləcə də deyilib ki, ABŞ bütün dünyada nüfuzunu qoruyub saxlamağa ümid edən dövlətlə iqtisadi silahlanma yarışında qalib gəlməlidir.
“Çin Xalq Respublikası ABŞ-ın ölkələrimiz arasında rəqabəti məsuliyyətlə idarə etməyə sadiq qalmasına baxmayaraq, qlobal oyun müstəvisini öz xeyrinə əyərək beynəlxalq nizamı yenidən formalaşdırmaq niyyətindədir” – deyə, Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə günü bildirib.
Sallivan deyib ki, ABŞ iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, yoluxucu xəstəliklər, terrorizm, enerji və inflyasiya da daxil olmaqla, hər yerdə insanlara təsir edən bir sıra transmilli problemlərlə yanaşı, Çinlə münasibətləri də idarə etməlidir.
Bayden sələfi Donald Tramp tərəfindən ABŞ idxalçılarına milyardlarla dollara başa gələn Çin mallarına rüsumlar da daxil olmaqla, bəzi əsas xarici siyasət məsələlərini hələ də həll etməyib və uzun müddət müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə münasibətlərin pozulması və Hindistanın Rusiya enerjisindən asılılığı kimi yeni problemlərlə üzləşib.
Amerikanın səsi