19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ötən bazar günü ABŞ və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində təsadüfən qarşılaşıblar. Rusiyanın Ukraynaya hücumuyla bağlı bu iki ölkə arasında münasibətlərin son dərəcədə gərgin olmasına baxmayaraq görüş kifayət qədər səmimi alınıb: tərəflər dostcasına bir-birilərinə əl uzadıblar, birlikdə şəkil çəkdiriblər.
“Frans Press” agentliyi bu hadisəylə bağlı fotoreportaj yayınlayb.
Hazırda zidd mövqelərdə olan tərəflərin belə davranması, şübhəsiz ki, nadir hadisədir.
Ukraynayla bağlı kəskin fikir ayrılıqlarından başqa (Kiyevin ən böyük silah tədarükçüsü ABŞ-dır), Washington və Moskva Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində müxtəlif tərəfləri dəstəkləyir.
Oktyabrın 8-də, səhər saatlarında Suriyanın şimal-şərqindəki Əl-Həsəkə əyalətinin Əl-Qahtaniya şəhəri yaxınlığındakı neft yatağı ərazisində ABŞ və Rusiya patrullarının yolları kəsişib.
Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri
Şəklin alt yazısı,Hərçənd Rusiyanın sosial şəbəkələrində yayılmış videolardan birində görünür ki, sonda rusiyalı hərbçilər ədəbsiz ifadələrlə (rus dilində) amerikalıları məğlub edəcəklərini deyirlər.
Bölgənin bir hissəsi Rusiyanın dəstəklədiyi Suriya mərkəzi hökumətinin nəzarətindədir, digər hissəsi isə Amerika qoşunlarının yardım etdiyi kürd administrasiyası tərəfindən idarə olunur.
Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri
Rusiya və ABŞ hərbçiləri kürdlərin nəzarətində olan tərəfdə daha əvvəl də rastlaşıb, amma bu dəfə kolonlar dayanıb və hər iki tərəfin əsgərləri qarşılıqlı şəkildə söhbət edib şəkil çəkdiriblər.
Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri
2020-ci ildə həmin ərazidə bir neçə ABŞ hərbçisinin yaralanmasıyla nəticələnmiş hadisə baş vermişdi. Onda Rusiyanın zirehli transportyoruyla ABŞ-a məxsus hərbi maşının toqquşmasında tərəflər bir-birini günahlandırmışdı.
Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri
Birləşmiş Ştatlar rəsmiləri bildirmişdilər ki, Amerika hərbçiləri Rusiya tərəfi patrul maşınını onların avtomobilinə çırpdığı üçün zədələniblər. Moskva isə bəyan etmişdi ki, qəza amerikalılar həmin maşının qarşısını kəsmək istədiyi üçün baş verib.
“Frans press” müxbirlərinin dediyinə görə, söhbət zamanı bəzi hərbçilər uniformalarındakı nişanları suvenir kimi bir-birinə hədiyyə ediblər.
Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri
Həmişə Bəşər Əsəd rejiminə qarşı olmuş, Rusiya və bir sıra başqa ölkələrin terrorçu birləşmə kimi tanıdığı İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmuş ABŞ Suriyanın şimal-şərqinə ilk dəfə 2014-cü ildə qoşun yerləşdirib.
Rusiya Əsəd hökumətini 2015-ci ildən dəstəkləyir, amma həmin əraziyə 2019-cu ildə – Türkiyə həmin il kürd silahlılarına qarşı əməliyyatlara başladıqdan sonra qüvvə göndərib.
2015-ci ildən bəri həm Rusiya, həm də ABŞ Suriyada bir-birilə toqquşmamağa çalışır.
Rusiya qüvvələrinin mövcudluğu ABŞ ordusuna Suriya hərbçiləriylə birbaşa qarşıdurmadan yayınmağa kömək edib – “Frans press” belə yazıb.
Bbc