Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ABŞ Ukraynaya 725 milyon dollarlıq əlavə hərbi yardım göndərib

Tarix:15-10-2022, 10:56 Baxış Sayı:136

ABŞ Ukraynaya 725 milyon dollarlıq əlavə hərbi yardım göndərib

Cümə günü Ağ Ev Ukraynaya 725 milyon dollara yaxın əlavə hərbi yardım elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Yeni silah partiyası Bayden administrasiyası dövründə Ukraynaya ümumi hərbi yardımı 18,3 milyard dollara çatdıracaq.

Pentaqon da öz növbəsində yardımı belə açıqlayıb:

– yüksək mobil artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları (HIMARS);

– 23.000 155 millimetrlik artilleriya mərmisi;

– 500 yüksək dəqiqlikli 155 millimetrlik artilleriya mərmisi;

– məsafədən tank əleyhinə minaatan üçün 5000 155 millimetrlik mərmi (RAAM);

– 5000 tank əleyhinə raket;

– yüksək sürətli antiradar raketləri (HARM);

– 200-dən çox yüksək hərəkətli təkərli nəqliyyat vasitələri (HMMWV);

– atıcı silahlar və onlar üçün 2 000 000-dan çox patron;

– dərmanlar.

Cümə günü günorta jurnalistlərə açıqlama verən Pentaqonun yüksək vəzifəli nümayəndəsi bildirib ki, hava hücumundan müdafiə vasitələri Ukrayna qüvvələrinə “çox lazımdır”. ABŞ,  onun müttəfiqləri və tərəfdaşları bu vasitələrin Ukraynaya çatdırılması üzərində işləyirlər. O deyib ki, son vaxtlar Ukraynanın böyük şəhərlərinə yüzlərlə raket atılıb. Ukrayna qüvvələri onları məhv etməkdə müəyyən uğurlar əldə edib, lakin onlara daha çox hava hücumundan müdafiə vasitələri lazımdır.

Bu arada, Xersonda Ukrayna qüvvələri üç istiqamətdə rusiyalılara hücum edirlər. Ukraynalılar bəzi kənd və qəsəbələri azad ediblər və hücumlarını davam etdirirlər.

Hava hücumundan müdafiəyə gəlincə, bu, çox bahadır. Vurulan hər raket və ya təyyarə üçün bir neçə raketdən istifadə olunur. Bu qədər sayda raketin tədarükü və ümumilikdə hava hücumundan müdafiənin möhkəmləndirilməsi Ukraynanın müdafiəsi üçün əsas məqamdır. ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə bunun üzərində işləyir, Pentaqon nümayəndəsi bildirib.

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL