19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib ki, o prezident Volodmir Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edəcək.
Nazir bildirib ki, İran Rusiyanı Ukraynaya qarşı təcavüzkar müharibəsində dronlar və başqa silahlarla təchiz edir.
Kuleba oktyabrın 18-də jurnalistlərə deyib ki, Rusiya İrandan aldığı dronlarla Ukraynanın həyati infrastrukturuna dağıdıcı zərbələr endirib, mülkilərin ölümünə səbəb olub.
O bildirib ki, Ukrayna bundan əvvəl heç vaxt anti-İran mövqeyi tutmayıb, amma “İran Rusiyanın Ukrayna torpağında törətdiyi cinayətlərə şərik olandan sonra” Kiyev Tehrana münasibətdə “aydın və ədalətli” mövqe tutacaq.
Kuleb deyib ki, Ukrayna İranın hərəkətlərinə və yalanlarına dözümlülük göstərməyəcək.
ABŞ: İran Rusiyaya dron verməklə BMT sanksiyasını pozub
ABŞ bildirib ki, o İranın Rusiyanı partladıcı dronlarla təchiz etməklə BMT sanksiyalarını pozmasını bildirən Qərb müttəfiqlərinin fikri ilə razıdır.
Kiyev oktyabrın 17-də Rusiya tərəfindən, inanıdıldığına görə İran istehsalı olan kamikadze dronları ilə atəşə tutulub.
ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton London və Parisin İranın BMT-nin 2231 nömrəli qətnaməsini pozması ilə bağlı qənaətini bölüşür.
İranla imzalanmış nüvə sazişinə bağlı həmin qətnamə İranın müəyyən hərbi texnologiyaları transfer etməsini qadağan edir.
Şahed-136 Geran-2 kimi
Ukrayna Rusiyanın zərbələr üçün istifadə etdiyi intiharçı dronların İran istehsalı Şahed-136 PUA-ları olduğunu müəyyən edib.
Rusiya bu dronlardan Geran-2 adı ilə istifadə edir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib:
“Biz inanırıq ki, İrandan Rusiyaya transfer edilən və Rusiya tərəfindən Ukraynada istifadə olunan PUA-lar 2231 saylı qətnaməyə görə qadağan olunmuş silahlara aiddir”.
İran Rusiyanı dronlarla təchiz etdiyini danır, amma Patel bildirib ki, ABŞ Rusiyanın İrandan dronlar almasını açıq şəkildə faş edib və bu Rusiyanın İrandan müxtəlif tipli yüzlərlə PUA alması planının bir hissəsi olub.
O əlavə edib ki, Rusiyanın bu PUA-lardan Ukraynada istifadə etməsinə dair çox sayda sübutlar var.
Hərbi cinayətlər
Rusiyanın Kiyev, Dnepr və Sumı regionlarında həyati infrastruktura endirdiyi zərbələr ölkədə yüzlərlə kənd və şəhəri elektriksiz qoyub.
Dördü Kiyev və dördü Sumıda olmaqla bu hücumlar nəticəsində 8 nəıfər həlkak olub.
ABŞ bildirib ki, Rusiya bu hücumlara görə müharibə cinayətləri kimi məsuliyyət daşıyır.
Cənab Patel bildirib ki, Rusiya və İran arasında artmaqda olan müttəfiqlik bütün dünya üçün təhlükə təşkil edir:
“İranla PUA-lar və ballistik raket proqramı ilə, habelə İrandan Rusiyaya silah transferi ilə hər hansı əlaqəsi ola biləcək sahələrdə biznes edən hər bir kəs ehtiyatlı olmalıdır. ABŞ onlara qarşı sanksiyalar qoymaqda tərəddüd göstərməyəcək”.
Azadlıq radiosu