29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Çərşənbə axşamı ABŞ bildirib ki, İran silahlarının Rusiyaya göndərilməsini ifşa etmək və qarşısını almaq üçün “bütün mövcud alətlərdən” istifadə edir. Bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.
“Biz Rusiyanın İrandan “yer-yer” raketləri ala biləcəyindən narahatıq, yəqin ki, bunlardan Ukraynaya qarşı istifadə edəcək”, – Prays mətbuat üçün gündəlik brifinqdə deyib.
Vaşinqton artıq bir neçə aydır ki, İran pilotsuz təyyarələrinin yayılmasını izləyir və “sanksiya və digər maliyyə tədbirləri şəklində cavab tədbirləri axtarır”.
Praysın şərhləri çərşənbə axşamı Ukrayna hərbi kəşfiyyatı noyabrın əvvəlində İranın Rusiya qüvvələrinə “Həştərxanda Xəzər dənizi vasitəsilə 200-dən çox döyüş pilotsuz təyyarə, o cümlədən “Araş 2” göndərməyi planlaşdırdığını bildirdikdən sonra səslənib.
Həmin mənbəyə görə, pilotsuz təyyarələr sökülmüş vəziyyətdə çatdırılır, Rusiyaya çatdıqdan sonra “yığılacaq, yenidən rənglənəcək və Rusiya işarələrilə markalanacaq “.
Çərşənbə axşamı ABŞ KİV-i ayrı-ayrılıqda rəsmi şəxslərə istinadən bildirib ki, İran Rusiyanı böyük ballistik raket partiyası ilə təmin edir.
Turan-ın müxbirinin “Vaşinqton bu məsələ ilə bağlı Xəzər dənizi ölkələrinə müraciət edibmi” sualının cavabında Ned Prays deyib: “Hesab edirəm ki, bu ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı mübarizədə tərəfdaşdırlar. Biz bütün dünyada ölkələrin, o cümlədən Xəzər regionu ölkələrinin tutduqları bu mövqeni görməkdən məmnun olduq”.
“Rusiyanın Ukraynaya hücumuna və Moskvanın ABŞ və ya beynəlxalq sanksiyalardan yayınma cəhdlərinə yardım edən istənilən ölkəyə bunun nəyə başa gələcəyini və bunun nəticələrini çox açıq şəkildə bildirmişik”, – o vurğulayıb.
ABŞ İran və Rusiya arasında hərbi tərəfdaşlıqdan narahatdır. Aydındır ki, İran rejimi bu tərəfdaşlığı dərinləşdirmək üçün addımlar atır. Rusiya ağır vəziyyətdədir, əks halda İran və ya Şimali Koreya ilə tərəfdaşlıq axtarmazdı, Prays əlavə edib.
Öz növbəsində Pentaqon da Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün İrandan hücum silahları almaq cəhdlərindən narahatlığını bildirib.
“Rusiyanın Ukraynada istifadə etmək üçün İrandan “yer-yer” raketləri almaq cəhdlərilə bağlı narahatlıq var”, – General Pet Rayder jurnalistlərə deyib.
Öz növbəsində Ağ Ev işarə edib ki, problemin həlli üçün “bir sıra variantları nəzərdən keçirir”.
“Gəlin, unutmayaq ki, Tehran rejimi özünü açıq şəkildə və könüllü olaraq ukraynalıların qətlinə şərik edir”, – Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi deyib.
Contact.az