Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Rusiyalılar da Qarabağın statusunu təxirə salmağı düzgün sayırlar, çünki…

Tarix:3-11-2022, 09:36 Baxış Sayı:134

Rusiyalılar da Qarabağın statusunu təxirə salmağı düzgün sayırlar, çünki…

Oktyabrın 31-də Soçidə üçtərəfli görüşdə Yerevan Qarabağdakı Rusiya sülhməramlılarının missiyasını qeyri-müəyyən – 20, 15, 5 il müddətinə uzatmağı təklif edib. Bunu bu gün – noyabrın 2-də parlamentdəki 2023-cü ilin büdcə müzakirələrində Baş nazir Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, bu təklif qəbul olunmayıb.

“Məsələ gündəliyə salınıb”

“Ancaq qeyd etməliyəm ki, fikrimcə, məsələ gündəliyə salınıb”, – Paşinyan deyib.

Paşinyan Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi görüşünün yekunlarına dair birgə bəyanata imza atıb. Bəyanatda tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqlik bildiriblər. Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar.

Putin sülhməramlılarla bağlı deyib ki, kontingentin mandatını uzatmaqla bağlı qərar digər məsələlərdən – sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır:

“Bu məsələlər həllini tapsa, onda sülhməramlılar məsələsi də başqa cür qoyulacaq. Ancaq həll olunmasa, yaxud müəyyən həcmdə həll edilsə, sülhməramlı kontingentimizin taleyi də bundan asılı olacaq”.

Status məsələsini qeyri-müəyyən vaxta saxlamaq

Paşinyan Soçi görüşünün yekunlarıyla bağlı deyib ki, sülh gündəminin reallaşmasına doğru çox vacib addım atılıb. O, görüşü faydalı və əhəmiyyətli adlandırıb.

Onun sözlərinə görə, sammitin həm qapalı, həm də açıq hissəsində mühüm məsələlər qaldırılıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindünən (1 noyabr) deyib ki, Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır. Paşinyan da deyir ki, rusiyalı tərəfdaşlar Qarabağın statusunu qeyri-müəyyən müddətə təxirə salmağı düzgün yanaşma sayırlar və bunu belə əsaslandırırlar ki, hazırda qarşılıqlı qəbulolunan status tapmaq çətindir.

Baş nazir Ermənistan hökumətinin siyasətinin bu baxışa 100 faiz uyğun gəldiyini söyləyib.

Paşinyanın sözlərinə görə, üçtərəfli danışıqlarda Ermənistan tərəfi israr edib ki, birgə bəyanatda Rusiyanın təkliflərinə istinad olunsun. “Ancaq rusiyalı həmkarlarımızın çağırışına uyğun olaraq, daha çevik olmağa, vəziyyəti dalana salmamağa çalışdıq”, – o vurğulayıb.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL