Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

İran polisinin qəddarlığını əks etdirən video yayılıb

Tarix:3-11-2022, 10:37 Baxış Sayı:129

İran polisinin qəddarlığını əks etdirən video yayılıb

Video yazısının bir məqamında polislərdən birinin sözü gedən adamın üstündən motosiklet sürdüyü görünür

Sosial mediada yayılmış videoda İranda polis zabitlərinin bir nəfəri döydüyü, onun üstündən motosikletlə keçdiyi və sonra ona atəş açdığı görünür.

Polis bildirib ki, sosial mediada noyabrın 1-də yayılmış bu video ilə bağlı təhqiqata başlayıb.

Bəzi xəbərlərdə bildirilir ki, video Tehranın cənubundakı Naziabad qəsəbəsində çəkilib.

Bu qəsəbədə anti-hökumət aksiyasının keçirildiyi məlumdur.

AzadlıqRadiosu bu xəbəri müstəqil şəkildə təsdiq edə bilmir.

Polisin verdiyi bəyanatda deyilir ki, bu hadisə ilə bağlı dərhal araşdırmaya başlanıb:

“Polis zorakı və ya qanuna zidd davranışı qəbul etmir və qanunu pozanlara qarşı tədbirlər görüləcək”.

“O ölüb, o ölüb…”

Sözü gedən videoda gecə vaxtı bir küçədə onlarca polisin yerə uzanmış bir nəfəri döydüyü əks olunub.

Video yazısının bir məqamında polislərdən birinin sözü gedən adamın üstündən motosiklet sürdüyü görünür.

Bunun ardınca əynində polis forması olan bir nəfər həmin şəxsi dəyənəklə döyür, digər polis isə ona atəş açır.

Hücuma məruz qalan şəxs əvvəlcə əlləri ilə müdafiə olunmağa çalışsa da, videoda onun süst düşdüyü görünür.

Arxa planda kimsə “o ölüb, o ölüb” deyir.

“Saxta polislər” iddiası

Bu hadisə gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orda vəfat etməsindən sonra başlanan etiraz aksiyalarının yeddinci həftəsində baş verib.

Bu etirazların gedişində qadınlar hicablarını açır, yandırır və etiraz olaraq saçlarını kəsirdilər.

Aksiyalarda “diktatora ölüm” və “qadın, həyat və azadlıq” şüarları səsləndirilirdi.

İran hakimiyyəti Qərbi bu etirazları qızışdırmaqda ittiham edir.

Etirazlarda 250 nəfərin öldüyü və bir neçə min insanın polis tərəfindən saxlandığı xəbər verilir.

Ötən ay İran polisinin rəisi general Hüseyn Əştari heç bir dəlil-sübut təqdim etmədən bildirmişdi ki, “polis forması geyinmiş xarici əks-inqilabi qüvvələr” izdihama atəş açıb.

O bunu da iddia etmişdi ki, “saxta polislərdən” bəziləri həbs olunub.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL