Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Ruben Vardanyan Qarabağda ermənilərin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb

Tarix:3-11-2022, 12:39 Baxış Sayı:126

Ruben Vardanyan Qarabağda ermənilərin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb

Bu yaxınlarda Qarabağda separatçıların qanunsuz hökumətində baş nazir vəzifəsinə uyğun olan “dövlət naziri” vəzifəsinə təyin edilmiş Rusiyalı milyarder Ruben Vardanyan Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə verib.

Vardanyan tez-tez Azərbaycan əleyhinə fikirlər səsləndirən sələfindən fərqli olmayaraq, belə etməyib. Onun sözlərində hərbi qisas niyyətinin nümayişi yoxdur.

Separatçıların yeni rəhbəri Qarabağ ermənilərinin sosial-iqtisadi və hərbi təhlükəsizliyinə diqqət çəkib.

“… fəaliyyət proqramını addım-addım açıqlamaq istəmirəm…, bu qərarların tələsik və düşünülməmiş olmaması, tarazlaşdırılmış olması çox vacibdir. Cəmiyyətdə mövcud olan balansa zərər verməmək, onu pozmamaq çox vacibdir. Əsas vəzifə odur ki, elə etmək lazımdır ki, Arsaxda yaşayan insan qorunduğunu, övladlarına yaxşı təhsil vermək imkanı olduğunu, normal tibbi xidmətlə təmin olunduğunu, işi və səylərini həyata keçirmək imkanı olduğunu bilsin”, deyə Vardanyan bildirib.

Azərbaycanla münasibətlərdən bəhs edərkən o, ifadələrini çox ehtiyatla seçir:

“… mənim təklif etdiyim düstur – birlikdə deyil, yan-yana yaşamaq, – o deməkdir ki, çox mürəkkəb, ağır qarşılıqlı münasibətlərimiz olan insanlarla qonşuluqda olduğumuzu başa düşürük və qəbul edirik. Amma yığılmış çox ciddi neqativ və qonşudan gələn təhlükə davam edərkən, biz özümüzdə qonşu ilə münasibətlər qurmağı öyrənmək gücü və iradəsi tapmalıyıq ki, o da başa düşsün ki, məhv etməyə çalışmaq yox, birlikdə yaşamaq daha sərfəli və daha doğrudur”.

Onun fikirlərində yalnız Qarabağ ermənilərinin taleyinin müzakirəsi zamanı onların fikirlərinin nəzərə alınması öhdəliyi birmənalıdır:

“Mənə elə gəlir ki, yalnız bir məsələ birmənalıdır – Arsaxın gələcəyi, bu torpaqlarda yaşayan insanların gələcəyi onların iştirakı ilə müəyyən edilməlidir, həll edilməlidir. Və bu mənada hazırda gedən istənilən danışıqlar Arsaxsız aparıla bilməz… Ermənistan Respublikası rəhbərliyinin Arsaxın yerinə onların necə yaşayacağına qərar vermək mandatı yoxdur”.

Vardanyan hesab edir ki, Qarabağda Rusiya sülhməramlılarını problem tam həll edilənə qədər saxlamaq lazımdır.

Müsahibə prezident İ.Əliyevin müharibənin nəticələrinə görə bağlandığını dediyi “Dağlıq Qarabağın statusu” haqqında suala cavabla başa çatır.

Vardanyan deyir ki, status beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə də, status-kvonun saxlanılması “birmənalı olaraq aydın olmalı” və Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı tərəfindən “qəbul edilməlidir”.

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL