Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

İranda repçinin həbsi. “Uşaqlarımız gecə aç yatarkən”

Tarix:9-11-2022, 12:19 Baxış Sayı:137

İranda repçinin həbsi. “Uşaqlarımız gecə aç yatarkən”

Tumac Salehinin İranda etirazçılara lirik dəstəyi daha öncə də həbslə nəticələnmişdi. Ancaq bu dəfə populyar repçinin pərəstişkarları və yaxınları onun həyatına görə narahatdırlar.

32 yaşlı Salehi sentyabrın 30-da həbsindən cəmi bir neçə gün öncə ən son videosunu paylaşıb. Videoda o proqnoz verir ki, İranın dini rejimi hökumət əleyhinə etirazlara zorakı hücumlarını dayandırmasa, sonu pis olar.

“Aslan çaqqalı ovlayır”

“Mən öncədən görənəm, falçıyam”, – o, “Fal” adlı rep mahnısı üçün çəkilmiş videoda deyir. Videoda əlində qəhvə fincanı tutub.

“Qəhvə fincanında qəfəs gördüm – aslan çaqqalı ovlayır. Boz dibdən yüksələrək piramidanın başını hədəfə alacağıq”, – deyə o, ağlın fiziki gücə qalib gələcəyinə işarə edir.

Salehi daha sonra deyir ki, rejimi qoruyanlar, o cümlədən İslam İnqilab Keşikçiləri Korpusu (İİKK), Bəsic silahlı qruplaşması, Kəşfiyyat Nazirliyi və dövlət mediası ömrünü məhkəmədə bitirəcək.

Etirazçılarla birgə

Yeni bir videoda isə Salehi İsfahan əyalətindəki doğma şəhərində etirazçılarla birlikdə görüntülənib. Etnik lur olan repçi ötən il hökuməti tənqid edən başqa mahnılara görə həbs olunmuşdu. Bu dəfə də o, doğma şəhəri Şahinşəhrdə saxlanılan etirazçılar azad edilərsə polisə təslim olmağı təklif edib. Növbəti videoda isə hökumət qurumları haqda kəskin ifadələr işlədib.

Bundan az sonra Salehi yoxa çıxıb və o vaxtdan ondan xəbər yoxdur.

Sentyabrın 30-da dövlət mediası Salehinin həbs olunması xəbərini verib. İİKK-ya yaxın bir xəbər qurumu isə onun bir maşının içində gözü bağlanmış şəklini paylaşıb. İranın dövlət teleradiosuna bağlı press klubun paylaşdığı qısa videoda isə reper səhvini etiraf edir.

Bəziləri bu videonun saxta olduğunu, digərləri isə ona bu sözlərin zorla dedirdildiyini düşünür. Rəsmi xəbərlərdə isə reperin ölkənin qərb sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanıldığı iddia edilir.

Salehinin yaxınları və rəsmi “Twitter” hesabı onun əslində qərb sərhədindən yüzlərlə kilometr aralıda, cənub-qərbi Çaharmahal və Bəxtiyari əyalətində həbs olunduğunu deyir.

İttihamlar

Salehinin dayısı Eğbal Eğbali açıqlamasında bacısı oğlunun sentyabrın 30-u səhər əyalətin Borujen şəhərində olduğunu deyib. Həmin vaxt o, qaldığı evin ətrafında “şübhəli hadisələr” baş verdiyini yazıbmış. Bundan az sonra Salehi ilə əlaqə kəsilib. Eğbali Salehinin qonşuları və dostlarından çox sayda təhlükəsizlik əməkdaşının həmin əraziyə gələrək repçini apardığını öyrənib.

Sentyabrın 30-da İran ədliyyə sisteminə yaxın “Mizan” xəbər agentliyi yaxınlıqdakı İsfahan əyalətinin prokuroruna istinadən Salehinin “ölkənin əyalətlərindən birində” həbs olunduğunu bildirib. Prokuror reperin “qarışıqlıq yaratmaq və İsfahan əyaləti və Şahinşəhrdə son dövrlərin qarışıqlıqlarının təşviqində mühüm rol oynadığını” iddia edib.

Rəsmi IRNA xəbər agentliyi isə İsfahan əyalətindən bir ədliyyə rəsmisinə istinadən Salehinin “hökumət əleyhinə təbliğatda, düşmən hökumətlərlə əməkdaşlıqda və ölkədə intizamın pozulması məqsədilə qanunsuz qruplar yaratmaqda” ittiham olunduğunu yazıb.

227 deputatın çağırışı

Salehi hökumətin etirazları yatırmaq məqsədilə son həftələr həbs etdiyi yüzlərlə tanınmış simadan biridir. Həbs olunanlar arasında hökumətin etirazçılara hücum və repressiyalarına qarşı çıxan ictimai fəallar, sənət adamları və idmançılar da var. Ümumən fəallar etirazların başlanmasından bəri hökumətin minlərlə insanı həbs etdiyini bildirirlər.

İranda dini hakimiyyətin mövcudluğunun təhlükə altında olduğunu anlayan parlament üzvləri bu həftə ədliyyə sistemini etirazçılara qarşı “daha qətiyyətli” davranmağa çağırıb. 290 parlament üzvündən 227-si bu çağırışa qoşulub.

Salehi son illərdə İran rəhbərliyinə qarşı açıq müxalifətdə olması ilə tanınırdı. O, İran gəncliyini narahat edən məsələləri musiqi və sosial media vasitəsilə gündəmə gətirirdi.

“Normal” adlı mahnısında yoxsulluqdan söz açır və İranın liderlərindən “uşaqlarımız gecə aç yatarkən” necə rahat yata bildiklərini soruşur.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL