Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ABŞ Ukrayna müharibəsində 200 mindən çox itki olduğunu deyir

Tarix:10-11-2022, 12:35 Baxış Sayı:130

ABŞ Ukrayna müharibəsində 200 mindən çox itki olduğunu deyir

Ukrayna qüvvələri şərqi Donetsk vilayətində Rusiyanın yeni hücumlarını dəf ediblər. Moskva isə Baxmut və Avdiyevka istiqamətlərində hücumu davam etdirir. Bu arada ABŞ-ın aparıcı generalı müharibənin ukraynalılara “nəhəng” əziyyət və itkiyə başa gəlməsi haqda xəbərdarlıq edib.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qismən işğal olunmuş Xerson vilayətindəki qüvvələrin Dnepr çayının qərb sahilindən çıxarılmasına göstəriş verib.

Ukrayna ordusu Luqanskda da Rusiyanın hücumlarının dəf olunduğunu bildirib. Luqansk Donetkslə birlikdə ölkənin şərqi Donbas regionunu təşkil edir.

Hər iki tərəfdən 100 minlik itki

Ordu Rusiya qüvvələrinin Donetsk, Luqansk, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Sumı və Xerson vilayətlərində 30-dan çox yaşayış məntəqəsinə raket zərbələri endirdiyini bildirir.

ABŞ Birgə Qərargahlarının başçısı general Mark Milli (Mark Milley) isə noyabrın 9-da deyib ki, müharibədə indiyədək 100 minədək rusiyalı və 100 minədək ukraynalı əsgər öldürülüb, ya da yaralanıb.

Nyu Yorkda bir tədbirdə çıxış edən Millinin sözlərinə görə, münaqişə 40 minədək dinc sakinin həyatına son qoyub.

Ancaq bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün deyil.

Kiyevlə Moskva itki sayını ehtiyatla açıqlayırlar.

Qaçqın sayı

Rusiya sonuncu dəfə sentyabrda bildirib ki, fevralın 24-də müharibə başlayandan 6 minə yaxın əsgəri öldürülüb.

“Ortalıqda nəhəng əziyyət, insan əziyyəti var”, – deyən Milli münaqişənin 15-30 milyon qaçqının yaranmasına səbəb olduğunu vurğulayıb.

BMT isə indiyədək 7.8 milyon ukraynalı qaçqının Avropaya, o cümlədən Rusiyaya getdiyini bildirib. Ancaq Ukraynanın özündə evindən didərgin düşənlər buraya daxil deyil.

Şoyqunun Xersondan çıxmaqla bağlı əmrinə gəlincə, Milli deyib ki, ilkin indikatorlar Rusiyanın çıxma prosesinə davam etdiyini göstərir, ancaq bunun tamamlanmasının zaman alacağını sözlərinə əlavə edib.

Kiyev də Rusiyanın qüvvələrini çıxarması xəbərinə ehtiyatla yanaşıb, Xersonda qüvvələrin qaldığını, vilayətə əlavə qüvvələr göndərildiyini qeyd edib.

“Onlar çıxırlar, ancaq tamamilə çəkilmə, yaxud yenidən qruplaşma formasında deyil”, – Prezident Volodimir Zelenskinin müşaviri Oleksey Arestoviç noyabrın 9-da axşam videomüraciətində deyib.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL