Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Almaniyadan Ukraynaya tanklar, Rusiyaya ‘qoşunları çıxart’ çağırışı

Tarix:13-11-2022, 13:17 Baxış Sayı:151

Almaniyadan Ukraynaya tanklar, Rusiyaya ‘qoşunları çıxart’ çağırışı

Reuters yazır ki, Almaniya hökuməti hazırda Gepard tankları üçün sursat istehsalı ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparır

Almaiya Ukraynaya 7 Gepard tankının göndərilməsinə hazırlaşır. Almaniya hökumətinin rəsmi saytında deyilir ki, bundan əvvəl Kiyevə 30 hava hücumundan müdafiə tankı göndərilib və bunlar artıq döyüş meydanındadır.

Spiegel jurnalı yazır ki, sözü gedən tanklar bundan əvvəl metal qırıntısı kimi təhvil verilməli idi, amma 2023-cü ilin yazında Ukraynaya veriləcək.

Reuters agentliyi yazır ki, 7 Gepard tankı hazırda Münhendə mənzillənmiş Krauss-Maffei Wegmann zavodunda təmir edilir.

Hökumət tankların dəqiq çatdırılma vaxtını bildirməyib. Məlumatda deyilir ki, tankların çatdırılma tarixi onları təmir edən zavoddan asılı olacaq.

Krauss-Maffei Wegmann Reuters-in sorğusuna cavab verməyib.

Şolts Putinə deyib ki…

Bu arada xəbər verilir ki, Almaniya kansleri Olaf Şolts dekabrın 2-də sentyabrdan bəri ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.

Kanslerin mətbuat xidmətinin məlumatına görə bir saat davam edən söhbət zamanı “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun nəticələri” müzakirə edilib.

Məlumatda deyilir ki, Şolts söhbət zamanı Rusiyanın Ukraynanın mülki infrastrukturuna raket zərbələrini pisləyib.

O habelə bildirib ki, Berlin Ukraynanın müdafiə qüdrətinin gücləndirilməsi tədbirlərini davam etdirəcək.

Qeyd olunur ki, kansler Rusiya prezidentini “Rusiya qoşunlarının Ukraynadan çıxarılması da daxil münaqişənin diplomatik kanallarla həllinə” çağırıb.

Putin Şoltsa deyib ki…

Kremlin bu söhbət barədə məlumatında isə deyilir ki, Putin Almaniyanı Ukraynaya “yanaşmasını dəyişməyə” çağırıb.

Putin Şoltsa deyib ki, Rusiya ordusu uzun müddət Ukraynada “müəyyən obyektləri hədəfləməkdən çəkinib, amma indi belə zərbələrin endirilməsinə məcbur olub”.

Rusiya prezidenti bunu da əlavə edib ki, bu, Ukrayna ordusunun Rusiyanın infrastrukturuna qarşı təxribatlarına cavabdır. Putin buna misal olaraq Krım körpüsündəki partlayışı yada salıb.

Ukrayna körpüdəki partlayışla hər hansı əlaqəsini inkar edir.

Rusiya oktyabrın 10-dan başlayaraq Ukarynanın enerji sistemi obyektlərinə ağır raket zərbələri endirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bugünlərdə demişdi ki, Rusiya ordusu “rusların öldürülməsinə” xidmət edən obyektləri vurur.

Ukrayna Rusiyanın mülki obyektlərə zərbələrini “terror aktı” adlandırır.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL