19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Paşinyan vurğulayıb ki, 1996-cı ildə dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qəbul edib
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına geniş müsahibə verib.
Ermənistan hökumətinin Qarabağ məsələsində hazırkı mövqeyinə dair verilən “Artsax (Qarabağ-red) Ermənistandır və nöqtə”, “yoxsa Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə çoxdan barışıb?” sualına cavab verərkən deyib ki, “əgər biz Ermənistanı və Dağlıq Qarabağı fəlakət qarşısında qoymaq istəmiriksə, təkbaşına bütün dünyaya qarşı mübarizə apara bilmərik, çünki bunu bacarmarıq” sözləri ilə cavab verib.
Paşinyan vurğulayıb ki, 1996-cı ildə dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qəbul edib.
Qərb və Rusiya variantı barədə
Paşinyan habelə Qarabağ probleminin tənzimlənməsinə dair iki yanaşmadan – Qərb və Rusiya yanaşmasından danışıb.
O deyib ki, Rusiyanın təklifinin Ermənistan üçün pozitiv, Qərbin təklifinin isə neqativ olduğuna dair şayiələrin heç bir əsası yoxdur.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatıladır ki, hələ oktyabrın 31-də Soçi görüşü zamanı Paşinyan Putinə Praqada və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların Rusiyanın mövqeyinə zidd olmadığını demişdi.
“Qarabağ məsələsi həll olunubsa…”
Nikol Paşinyan habelə vurğulayıb ki, Qarabağ heç vaxt ərazi məsələsi olmayıb və əgər Qarabağ məsələsi həll olunubsa, yerli ermənilər bunu niyə hiss etmirlər:
“Dağlıq Qarabağın erməniləri niyə məsələnin həll olunduğunu hiss etmirlər? Niyə Azərbaycan qoşunları Dağlıq Qarabağın ətrafında mövqelər qurub və niyə Dağlıq Qarabağa atəş açırlar? Biz ona qarşı deyilik ki, Dağlıq Qarabağ məsələsi həll olunmasın. Biz deyirik ki, bu həlli ilk növbədə orda yaşayanlar görməli, hiss və qəbul etməlidirlər. Onlar niyə daim təhlükə altındadırlar?”.
1991-ci ilin sərhədləri
Paşinyan bunu da deyib ki, əgər hər iki tərəf 1991-ci ilin sərhədlərini tanıyırsa, onda Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə daxil olduğu məlum olur.
O xatırtladıb ki, 1991-ci ilin sərhədi keçmiş SSRİ-nin inzibati sərhədidir.
Baş nazir iddia edib ki, delimitasiya üçün də 1991-ci ilin sərhədləri əsas götürüləcək.
“Onlar Ermənistanın yollarından istifadə etmək istəyirlərsə, buyursunlar”
Paşinyan müsahibə zamanı diqqəti belə bir məqama çəkib ki, Azərbaycan XİN-in son bəyanatında “dəhliz” sözündən istifadə olunmur.
Paşinyan vurğulayıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması üçün heç bir maneə yoxdur:
“Günü bugün hökumət belə bir qərarı kağız üzərində de jure qəbul edə bilər. Onlar Naxçıvanla əlaqə üçün Ermənistanın yollarından istifadə etmək istəyirlərsə, buyursunlar. Biz demişik ki, bu yol istənilən an açıla bilər”.
Azadlıq radiosu