19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Çərşənbə axşamı Rusiyanın Polşaya raket zərbəsi nəticəsində iki nəfərin həlak olmasından sonra ABŞ və müttəfiqləri yüksək hazırlıq vəziyyətindədir.
Polşanın insident barədə məlumatından sonra prezident Co Bayden Balidə G20 sammiti çərçivəsində G7 və NATO üzrə müttəfiqlərlə təcili görüş keçirib.
“Biz insidentin araşdırılmasında Polşaya tam dəstək və yardım göstərəcəyik, növbəti addımları müəyyən etmək üçün sıx əlaqə saxlayacağıq”, – “NATO və G7 liderlərinin çərşənbə axşamı Rusiyanın Ukrayna şəhərlərinə və mülki infrastruktura “barbarcasına raket zərbələri”ni pisləyən birgə bəyanatında deyilir.
“Biz Rusiyanın təcavüzü qarşısında Ukraynaya və onun xalqına sarsılmaz dəstəyimizi və Ukraynanın yaşayış məntəqələrinə hücumlarına görə Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün dəyişməz mövqeyimizi bir daha təsdiqləyirik”, – bəyanatda deyilir:
Prezident Bayden Polşa prezidenti Duda və NATO-nun baş katibi Yens Stoltenberqlə danışdıqdan sonra jurnalistlərin qarşısında çıxışı zamanı Rusiya haqqında deyib ki, “onların etdikləri tamamilə vicdansızlıqdır”.
“Polşa NATO Nizamnaməsinin 4-cü və ya 5-ci maddəsinin tətbiqindən danışırmı?” sualının cavabında Bayden deyib ki, bu mövzu “səfirlərin görüşündə” müzakirə olunacaq.
Öz növbəsində, müdafiə naziri Lloyd Austin Polşanın milli müdafiə naziri Mariuş Blaşak ilə söhbətində onu əmin edib ki, ABŞ Polşanın müdafiəsinə qətiyyətlə sadiqdir və Pentaqon insidentin araşdırılmasında Polşaya kömək etməyə hazırdır.
“Əgər Rusiya səhvə yol veribsə, bunu dərhal etiraf etməlidir. İnkar qəbuledilməzdir”, – ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miksin bəyanatında deyilir.
Dövlət Departamentinin nümayəndəsi Vedant Patel brifinqdə deyib ki, Ukraynaya raket zərbələri prezident Zelenskinin G20-dəki çıxışından sonra baş verib. “Biz Rusiyanın amansız hücumu qarşısında Ukrayna hökumətinə və xalqına dəstəyimizi davam etdirəcəyik”, – o deyib.
Çərşənbə axşamı Bayden administrasiyası Konqresə yeni əlavə sorğu çərçivəsində Ukraynaya daha 37,7 milyard dollarlıq yardım istəyib. Daha 7 milyard dollar isə Ukrayna silah və hərbi sursata ayrılacaq.
Contact.az