Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susur

Tarix:6-12-2022, 16:49 Baxış Sayı:145

Rusiya Xəzərdən Ukraynanı vurur. Sahilyanı ölkələr niyə susur

“(Rusiya Prezidenti Vladimir) Putinin əsgərləri mülki vətəndaşlara “Qrad” atırlar, yaşayış yerlərini, yetimxanaları, doğum evlərini ballistik və kruiz raketləri ilə vururlar. Ukrayna bizim evimizdir!”

Bu, 28 yaşlı odessalı Valeria Hlodanın sonuncu sosial media postudur.

Xəzərdən atılan raket

Aprelin 23-də Xəzər dənizindən atılan Rusiya raketi Valeriya və ailəsinin yaşadığı 16 mərtəbəli binaya düşüb. Binanın dördüncü və beşinci mərtəbələri dağılıb, binada yanğın başlayıb. İyirmi nəfər yaralanıb, səkkiz nəfərsə həyatını itirib. Dördüncü mərtəbədə yaşayan Valeriya, 3 aylıq qızı Kira və anası Lyudmyla Yavkina həlak olub. Bu, üç nəslə aid insan deməkdir.

Hücumdan az öncə Valeriyanın əri Yuri Hlodan dükana ərzaq almağa çıxmışdı. Tələsik evə dönən Yuriy xilasedicilərdən yanan evə buraxılmasını tələb edib. Burada o, ailə üzvlərinin cansız bədənlərini tapıb.

Xəzər dənizindən atılan raketlə bir ailənin üç nəslə aid üzvlərinin həyatına son qoyulması faktı Ukrayna Prezidenti Volodımır Zelenskinin videomesajı vasitəsilə dünyaya çatdırıldı.

Bu, Ukraynada döyüş zonasından kənarda ilk ölüm hadisələrindən biri idi. O zaman döyüşlər əsasən Xerson, Zaporojye və Nikolayev bölgələrində, yəni Odessadan yüzlərlə kilometr şərqdə gedirdi. Ancaq Rusiya döyüş zonasından uzaqda yerləşən mülki obyektləri vurmağa davam edirdi.

Hücumlar davam edir

Mayın 3-də Tu-95 strateji bombardmançıları Xəzər dənizindən Lvov, Dnepropetrovsk, Kropivnitski, Vinnitsya, Kiyev və Zakarpatya bölgələrinə yüksək dəqiqlikli raketlər buraxdı. Ölkənin qərb və mərkəz hissələrində dəmir yollarında partlayışlar baş verdi; qatarların hərəkəti dayandı. Bir çox bölgələrdə enerji generatorları sıradan çıxdı və əhali elektriksiz qaldı.

İyunun 26-da Rusiya yenə Xəzər dənizindən Kiyev istiqamətinə altı yüksək dəqiqlikli X-101 raketi buraxdı. Ukrayna hava müdafiə sistemi bir neçə raketi vurub yerə salsa da, onlardan biri Kiyevdə bir yaşayış binasını vuraraq bir nəfərin həyatına son qoydu, beş nəfəri isə yaraladı.

Rusiya iyul, avqust və sentyabrda da Xəzər dənizindən raket atmağa davam edib, Ukraynanın cənub və şərq hissələrində bəzi yerlərdən çəkildikcə raket zərbələri də çoxalıb.

Xəzər dənizindəki raketdaşıyan təyyarələrdən, Qara dəniz və Rostov bölgəsindəki gəmilərdən atılan raketlər Ukrayna ərazisində enerji və su infrastrukturunu iflic edib.

Xəzər dövlətlərinin sükutu

Dörd il öncə, 22 illik danışıqlardan sonra beş xəzəryanı ölkənin liderləri dənizin qanuni statusunu müəyyən edən konvensiya imzaladılar. Konvensiya tərəflərin Xəzər dənizindən, o cümlədən onun suyu, dibi, təki, təbii sərvətləri və üzərindəki hava sahəsindən istifadə ilə bağlı hüquq və vəzifələrini tənzimləyir.

Bu sənədlə tərəflər Xəzər dənizindən yalnız dinc məqsədlərlə istifadə etməyə razılaşıblar.

“Biz Xəzər dənizini dostluq dənizinə çevirməyə nail olduq”, – Qazaxıstanın ozamankı prezidenti Nursultan Nazarbayev Xəzər dövlət başçılarının dörd il öncə Aktauda keçirilən sammitində demişdi.

Sammitdə digər dövlət başçıları da yeni imzalanan konvensiyanı tərifləmişdilər.

Ozamankı İran prezidenti Həsən Ruhani demişdi ki, təkcə konvensiyanın qəbulu deyil, onun düzgün icrası da vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev konvensiyanı “tarixi sənəd”, Xəzər dənizini isə “sabitlik və təhlükəsizlik zonası” adlandırmışdı.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL